Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-170/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə, Ərizəçinın Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16.02.2003-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X5 16.02.2003-cü ildə Bakı şəhərində anadan olmaqla onun qızıdır. X4 orta dərəcəli əqli gerilik, nitq qüsuru, davranış pozuntusu diaqnozu qoyulmuşdur, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi qızına xüsusi qulluq olunmaqla kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, X4 orta dərəcəli əqli gerilik, nitq qüsuru, davranış pozuntusu, dayaq hərəkət aparatının pozuntusu, budun anadangəlmə çıxığı, sağ budun başının deformasiyası, yastılanması, sağ aşağı ətraf əzələlərin atrofiyası, iki tərəfli İİİ dərəcəli yastıpəncəlik, sağ aşağı ətrafın 5 (beş) sm qısalığı, dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuşdur. İş materiallarında olan Ərizəçi məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan X4 məxsus AA1009581 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 16.02.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 19 saylı BŞX-nın ambulator kitabçadan 063798 saylı, 19.03.2021 saylı çıxarışından görünür ki, X4 orta dərəcəli əqli gerilik, kəskin ifadə olunmuş davranış pozuntuları diaqnozu qoyulmuşdur, ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən verilmiş 2216 saylı, 10.03.2021-ci il tarixli arayışdan görünür ki, X4 orta əqli gerilik, nitq qüsuru, dayaq-hərəkət aparatının pozuntusu və davranış pozuntuları ilə F71 diaqnozu qoyulmuşdur, kənar şəxslərin ciddi nəzarət və qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışdan X1 qəsəbəsi, keçid 1595, ev 15, mənzil 6 ünvanında yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 20.12.2021-ci il tarixli, 3043 saylı rəyindən görünür ki, X3 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 16.02.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 öz hərəkətlərinin mənasını anlamaq və ya öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin 16.02.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş qızı X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 16.02.2003-cü ildə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-170/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-170/2022
17.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver