Məhkəmə qərarları › İş №2(002)-1719/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1719/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1719/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Əriçənin tələbi: Ərizəçilər Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterzasiya və qiymətləndirilməsinə aid 1967-ci il tarixli pasportun X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərəzçi işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilən 1967-ci il tarixli pasportla yanaşı evlər idarəsi üzrə texniki inverterzasiya, 1967-ci il tarixli kartoçkasının X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi, Axundov küçəsi 6 saylı mülk məhrum X1na məxsus olmuş və həmin evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterzasiya və qiymətləndirilməsinə aid pasportu verilmişdir. Həmin torpaq sahəsində ev tikərək həmin evdə yaşamışlar. X1 xx.xx.2020-ci ildə həyat yoldaşı X6 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Hazırda evdə o yaşayır. Hazırda evi sənədləşdirmək istəyərkən müəyyən olunmuşdur ki, həmin evə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterzasiya və qiymətləndirilməsinə aid pasportda qaynatasının adı “X7” əvəzinə “X2” yazılmışdır. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, sənəddə texniki səhvə yol verilib. Ata adının səhv olaraq Aqidxan yazıldığını qeyd etmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. b) Əsaslandırma Qaradağ Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-İİ 139592 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. AZE 02308181 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1937-ci il tarixdə doğulmuşdur. X10 tərəfindən verilmiş AZ-İİ 139592 nömrəli, 18 dekabr 2020-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsə mülkiyyət hüququ ilə evlərin texniki inventrizasiyası və qiymətləndirməsinə aid pasport və Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin 1967-ci il tarixli kartoçkasına əsasən, X9 daşınmaz əmlakın istifadəçisi hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsə mülkiyyət hüququ ilə evlərin texniki inventrizasiyası və qiymətləndirməsinə aid pasport və Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin 1967-ci il tarixli kartoçkasında qeyd edilmiş hüquq sahibinin ata adı “Aqidxan” ilə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə, habelə doğum haqqında və ölüm haqqında şəhadətnamədə göstərilən ata adı olan “Azadxan” arasında fərq olduğu aşkar edilmişdir. X7 və onun oğlu (ərizəçini əri) X5 vəfat etdiyindən (ölüm haqqında şəhadətnamələr işə əlavə edilmişdir) İsaxan İsaqovun gəlini Ərizəçi məhkəməyə hazırkı ərizə ilə müraciət edərək, sənədin mərhum qayınatasına məxsusluğu faktının müəyyən edilməsinin torpaq sahəsinin onun və oğlunun adına sənədləşdirilməsini üçün lazım olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən sənədlər hüquqmüəyyənedici sənəd olmaqla, sənədin X4 məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsə mülkiyyət hüququ ilə evlərin texniki inventrizasiyası və qiymətləndirməsinə aid pasport və Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin 1967-ci il tarixli kartoçkasın X4 məxsus olması halı öz təsdiqini tapmışdır. Beləliklə, göstərilənlərin texniki səhv olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsə mülkiyyət hüququ ilə evlərin texniki inventrizasiyası və qiymətləndirməsinə aid pasport və Evlər idarəsi üzrə texniki invertarizasiyanın ev sahibliyinin 1967-ci il tarixli kartoçkasının X4 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirməsinə aid pasport” və Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin 1967-ci il tarixli kartoçkasının X4 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar