Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-173/2022 24.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçı, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər 8 saylı Notariat Ofisi,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5 oğlu,İddiaçı,Cavabdeh7,Cavabdeh8,Cavabdeh9 qızı,Cavabdeh10 qarşı «miras payından imtina ərizəsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 8 saylı Notariat Ofisi,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5 oğlu,İddiaçı,Cavabdeh7,Cavabdeh8,Cavabdeh9 qızı,Cavabdeh10 qarşı «miras payından imtina ərizəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri 8 saylı Notariat Ofisində 19.01.2021-ci il tarixində yazılmış miras payından imtinaya dair **********304 saylı ərizəni etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddicının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinə dəqiqləşdirmə verərək,İddiaçı tərəfindən Bakı Şəhəri 8 saylı Notariat Ofisində 19.01.2021-ci il tarixində yazılmış miras payından imtinaya dair **********304 saylı ərizənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası dünyasını dəyişdikdən sonra bütün qardaş bacıları və həmçinin o anasından qalan evi və həyat yanı sahədən həmin evdə yaşayan qardaşı Cavabdeh7 xeyrinə imtina etmək qərarına gəlmişdir.Onun evi həmin evlə qonşudur aralarında sadəcə bir hasar var.Onlar qardaşı Cavabdeh7 ilə əvvəlcədən belə razılaşdılar ki,hamı mirasdan imtina edir və hazırki bölgü üzrə yaşayırlar.O 19.01.2021-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Notariat kontorunda imtina ərizəsi təsdiqlədib ona göndərib.Ondan sonra bütün qardaş və bacılarında ərizə Verdi.Bütün ərizələri aldıqdan sonra qardaşı sentyabr ayında arlarında olan hasarı sökməyə başladı səbəbi kimi sənədlə həmin hasarın indiki yerinin düz olmadığını onun miras qalmış torpağa daxil olduğunu bildirdi.O narazılıq edib aralarında razılıq əldə etdiyiklərini bildirsədə qardaşı artıq ərzələrin verildiyini torpağın yaxın zamanda onun olacağını bildirdi.Qardaşının hasarı söküb cizgi üzrə tikmək istəməsi onun vəziyyətini çox ağırlaşdırır.Yəni çəkiləcək hasar onun küçəyə çıxışını mümkünsüz edir və faktiki olaraq evdən küçəyə çıxa bilmir,giriş qapısı hasarın o biri tərəfində qalır.O Notariat kontoruna müraciət edib ərizəni ləğv etdirmək istəsə də ona imtina verildi və bildirildi ki,məhkəməyə müraciət etdi.Onunla bərabər bütün qardaş bacıları bu vəziyyəti görüb məhkəməyə müraciət etmişdir. Qeyd olunan hallareın nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında iddiaçının öz payından imtina etdikdən sonra vəziyyətin dəyişdiyini, çünki Cavabdeh7 onun payını da əldə etdiyini, həmin yerin mirasa daxil olduğu barədə ididaçının məlumatlı olmadığını, bunu yalnız mütəxəssislər gəlib ölçdükdə bildiyini, qardaşı isə həmin yerin iddiaçıya aid olduğunu bidiyi halda, onu qardaşından alaraq miras əmlakın tərkibi kimi əldə etmişdir, əgər iddiaçı bilmiş olsaydı, ond öz payından imtina etməzdi əvəzləşdirərdi, bunu sonradan bilmişdir, ona görə də belə bir iddia tələbini irəli sürmüşdür, bu barədə avqust ayında bildiyini, oktyabr da da məhkəməyə müraciət etdiyini, qardaşı Cavabdeh7 özü də məhkəməyə miras əmlakın faktiki qəbul edilməsi tələbi ilə mürcaiət etdiyini, məhkəmə qətnaməsi ilə onun iddia tələbinin təmin edildiyini bildirərək, iddia ərizəsində qeyd olunan halları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izhat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək, iddiaçının iddia tələbində qeyd eidlən halların həqiqət olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmədə iştirak edə bilmədiyini, lakin iş üzrə onu bildiriki , o və qardaşı İddiaçı ərizələri verərəkən, qardaşı Cavabdeh7 ilə razılığa gəldiklərini, lakin onlar ərizələri verdikdən sonra qardaşı Yusif aralarında olan razılığı pozduğunu, bugunə qədər qardaşı İddiaçı illərdir istifadəsində olan ərziyə qanunsuz olaraq girib, onun çölə çıxışı yolunu bağlayb, həyətindəki tikililəri söküb, ağacları kəsib, su yolunu bağlayıb, əvvəlcədən iki həyət arasında müəyyən olunmuş hasarı sökərək, qardaşı İddiaçı evinin divarında,birləşdirməklə, qanunsuz hasarı zəbt edib, hazırda evinə girişi tam məhdudlaşıb, ona görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər 8 saylı Notariat Ofisi,Cavabdeh2,Cavabdeh3,Cavabdeh5 oğlu,İddiaçı,Cavabdeh7,Cavabdeh8,Cavabdeh9 qızı,Cavabdeh10məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaısna gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə cavabdeh şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 8 saylı Notariat Ofisinin 19.01.2021-ci il tarixli **********304 nömrəli ərizənin məzmunundan aydın olur ki, İddiaçı anası X1 miras qalmış əmlakı qəbul etməmiş və qəbul etmək niyyətində olmadığını,vərəsəlik şəhadətnaməsinin digər vərəsələr tərəfindən alınmasına heç bir etirazı olmadığını bildirmiş, bu barədə yazılı ərizə təqdim edərək, notarial təsdiq etmişdir. İş materialalrında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin 2364 № li 22.09.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, 19.01.2021-ci il tarixli Bakı şəhəri 8 saylı Notariat Ofisində rəsmiləşdirdiyiniz 8İ-304 reyestr nömrəli ərizənin ləğvi ilə bağlı Mülki Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə miras əmlakdan imtina barədə ərizəni geri götürə bilmədiyindən,bununla bağlı müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01.04.2011-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü amddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əəsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 324-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən .şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəəmə aarşdırması zaman müəəyən eidlmişdir ki, iddiaçı vəfat etmiş anası X2 miras əmlakının ona çatası payından digər vərəsələrin xeyrinə imtina etmiş, bu barədə 19.01.2021-ci il tarixli yazılı notarial təsdiq olunmuş ərizə vermişdir. İndiki halda ididaçı həmin ərizənin verilməsində sonra mövcud vəziyyətin dəyişdiyini, indiki vəziyyəti bilmiş olsaydı, həmin ərizəni verməyəcəyini əsas gətirərək, mirasdan imtina olunması barədə ərizənin ləğv olunması barədə iddia tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə onu qeyd edir ki, iddiaçı həmin ərizə ilə yalnız bir vərəsənin deyil, bütün digər vərələrin xeyrinə imtina etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, vərəsənin miras paydan imtinası barədə ərizəsi birtərəfli əqd qismində çıxış etməklə, həmin ərizə onu yazan şəxsin iradə ifadəsini özündə əks etdirir. Həmçinin, mülki qanunvericilikdə qeyd edilən ərizənin geri götürülməsinin yol verilməz olması imperativ norma kimi qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin ərizənin (birtərəfli əqdin) ləğv edilməsinə əsas olan hallara (şəraitin dəyişməsi, dəyişilmiş həmin şəraitdə isə bu ərizəni təqdim etməsinin mümkün olmaması hallarına) dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə , məhkəmə araşdırması zamanı qeyd edilən birtərəfli əqdin bağlanması zamanı mülki qanunvericiliyin hər hansı tələbinin pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə mirasın qəbulundan imtina olunması barədə mübahisə buna əsas olan halı bildiyi vaxtdan 2 ay ərzində açıla bilər. İndiki halda iddiaçı mirasdan imtina barədə ərizəsinin ləğv edilməsinə əsas olan hal barədə məhz mütəxəssilərin 2021-ci ilin avqust ayında həmin əraziyə baxış üçün gəldiyi vaxt məlumatlı olduğunu bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesa edir ki, indiki halda mirasdan imtina barədə ərizənin 19.01.2021-ci il tarixdə, məhkəməyə iddia ərizəsinin 20.10.2021-ci il tarixdə verilməsi halını nəzərə alaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən mülki qanunvericilikdə müəyyən edilmiş iki aylıq müddətin ötürülməməsi halını da müəyyən etmək mümkün olmamışdır. Bununla da, məhkəmə qeyd edilən ərizənin iddiaçının özünün iradə ifadəsini əks etdirən birtərəfli əqd qismində çıxış etməsi halını (özünü istəyərək, bilərək həmin ərizəni yazması), habelə həmin əqdin ləğv edilməsinə əsas verən hər hansı halın müəyyən edilməməsi, həmin birtərəfli əqdin bağlanması zamanı mülki qanunvericiliyin hər hansı şərtinin pozulması halının müəyyən edilmədiyini, qeyd edilən əqdin hər hansı aldatmanın nəticəsində ifadə edildiyini, belə bir aldatma olmadan həmin birtərəfli əqdin bağlanmayacağının mümkünlüyü kimi halların aşkar edilmədiyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər 8 saylı Notariat Ofisi,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5 oğlu,İddiaçı,Cavabdeh7,Cavabdeh8,Cavabdeh9 qızı,Cavabdeh10 qarşı «miras payından imtina ərizəsinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər 8 saylı Notariat Ofisi,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,Cavabdeh5 oğlu,İddiaçı,Cavabdeh7,Cavabdeh8,Cavabdeh9 qızı,Cavabdeh10 qarşı «miras payından imtina ərizəsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-173/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-173/2022
24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver