Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1741/2024 10.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və Cavabdeh İB tərəfindən onun adına (ünvanına) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 1.432 manat 25 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ailəsi ilə birlikdə iddia ərizəsində qeyd etdiyi ünvanda yaşayır. Onunla Cavabdeh İB arasında bağlanmış müqaviləyə əsasən həmin ünvana smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac 14 fevral 2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın mexaniki və elektron göstəricisi arasında fərq yaranmışdır. Halbuki həmin sayğacın istismar müddəti bitmiş və yenisi ilə əvəz olunmuşdur. Əvvəlki sayğacın texniki cəhətdən nasazlığına görə məsuliyyət isə istehsalçının üzərinə düşür. Digər tərəfdən, həmin sayğaca əsasən ona əlavə olaraq 31 mart 2023-cü il tarixdə də borc hesablanmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin borc məbləğinin hesabdan silinməsi qət edilmişdir. Yenidən eyni sayğaca görə başqa bir əsasla borc yazılması isə tamamilə qanunsuz və əsassızdır. O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən hər il həyata keçirilməli idi. Sayğacın mexaniki və elektron göstəricisi arasında fərqin olması gözlə görünən xətadır və əgər sayğacda həmin nasazlıq bundan əvvəl var idisə, nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Lakin onun sayğacı bir neçə il ötdükdən sonra istismar müddətinin bitməsi əsası ilə dəyişdirilmiş, dəyişdirilərkən qeyd olunan nasazlıq aşkar edilmişdir. Bu səbəbdən, həmin nasazlığa görə ondan həmin sərfiyyatın tələb efdilməsi tamamilə qanunsuz və əsassızdır. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də, ona rəsmi qaydada heç bir cavab verilməmişdir. O, sayğacın göstəricilərinə müdaxilə etməmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilənin olması aşkar olunmamışdır. Göründüyü kimi, əvvəlki sayğacın istismar müddəti bitmiş, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. Buna baxmayaraq, qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi isə onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilməlidir. İddia ərizəsinin məzmununda tərtib olunarkən səhvə yol verilmişdir və işin halları tam və hərtərəfli, dəqiq şəkildə göstərilməmişdir. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iştirakı ilə mənzildə olan sayğac çıxarılıb yeni sayğac quraşdırılan zaman əvvəlki Smart tipli, GPG15368297 nömrəli sayğacın mənfiyə işlədiyi, sayğacın mexaniki göstəricisinin 23815 m3 qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra iddiaçının iştirakı ilə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və aktdakı məlumatların düzgünlüyü iddiaçı və Birliyin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aktdan göründüyü kimi, sayğacın mexaniki göstəricisində 23815 m3 qazın sərf edildiyi göstərilmiş, lakin iddiaçı həmin qazın yalnız 17096 m3 hissəsinə görə ödəniş etmiş, 6719 m3 sərf etdiyi qaza görə ödəniş etməmişdir. Nəticədə göstəriciyə uyğun olaraq 1432,25 manat borc iddiaçının hesabına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiya etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 fevral 2023-cü il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktdan görünür ki, Cavabdeh İB-nin işçiləri İddiaçı yaşadığı ünvanda istifadə olunan təbii qazın həcmini ölçən 1500AZ**********97 nömrəli sayğacı çıxararaq, yeni **********408 nömrəli sayğac quraşdırmışlar. Çıxarılan sayğacın mexaniki və elektron göstəriciləri arasında fərqin olması müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməmişdir, istifadə olunmuş qazın həcminə görə elektron göstəriciyə uyğun olaraq iddiaçı tərəfindən mütəmadi ödənişlər edilmişdir, mexaniki və elektron göstəricilər arasında fərqin olması iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıda qeyd edildiyi kimi, qaz sayğacın istismar müddəti bitdikdən sonra sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq yaranmışdır. Lakin yaranmış həmin fərqin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, fərqin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin olması aşkar edilməmişdir. Bu ondan irəli gəlmişdir ki, həmin səhv istehlakçının deyil, qaz paylayıcısının, yəni istehsalçının səhvi nəticəsində baş vermişdir. Bu baxımdan həmin səhvə görə düzgün hesablanmamış qazın dəyəri də istehlakçıdan tələb edə bilməz. Bundan əlavə, nəzərə alınmalıdır ki, istehlakçının həmin sayğacın elektron və ya mexaniki göstəricisinə müdaxilə etməsi halı işin faktiki halları, habelə məhkəmə araşdırması zamanı da müəyyən olunmamış, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və aktdakı məlumatların düzgünlüyü iddiaçı və Birliyin nümayəndələri tərəfindən imzalanaraq təsdiq olunmuş olsa belə, həmin hal istehlakçının hərəkətlərinin hüquqazidd və qanunsuz olmasına dəlalət etmir, bu hal yalnız sayğacın göstəriciləri arasında yaranmış fərqi ehtiva edir ki, bu fərq də istehlakçıdan tələb edilə bilməz. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin işçiləri tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli ******* saylı akt ləğv edilməli, iddiaçının adına (ünvanına) (abonent kodu: **********00000) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 1.432 manat 25 qəpik məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin işçiləri tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli ******* saylı akt ləğv edilsin. İddiaçının adına (ünvanına) (abonent kodu: **********00000) itirilmiş təbii qazın həcmi üzrə hesablanmış 1.432 manat 25 qəpik məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1741/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1741/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver