Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1742/2024 14.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə, daha sonra ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon X5 28 iyul 1989-cü il tarixli, 32 nömrəli “Fərdi qarajın tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” qərarından çıxarışın mərhum atası X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, atası X8 xx.xx.1909-cu il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuş və xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Yaşadıqları Müşfiqabad qəsəbəsində Qaradağ rayon X5 28 iyul 1989-cü il tarixli, 32 nömrəli qərarı ilə atasına qaraj tikintisi üçün torpaq sahəsi ayrılmış, həmin vaxtdan qaraj onların sahibliyində və istifadəsində olmuşdur. O, həmin qaraja texniki pasport almaq üçün əvvəlcə Maraqlı şəxsnə müraciət etmiş, lakin qərarda atasının adı səhv yazıldığından maraqlı şəxs ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Atasının ata adı bütün sənədlərdə Məmiş kimi yazılsa da, yalnız həmin sənəddə Maliş kimi yazılmışdır. Düzəliş edilməsi mümkün olmadığından, hazırda həmin sənədin atasına məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X1 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 00967381 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1955-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur, Müşfiqabad qəsəbəsi, ev 4A, mənzil 25-də qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4a, 24 saylı mənzil Ərizəçi xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında **********4 nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan ZJ seriyalı, 819372 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur, onun atası Hacıyev Xanəli, anası Hacıyeva Şərəfdir. İş materiallarında olan Qaradağ rayon MKTB 124 saylı MKİS və qonşular tərəfindən təsdiq edilmiş Ərizəçi ərizəsindən görünür ki, X2 aid qarajı həqiqətən X3 istifadə edir. İş materiallarında olan ZJ seriyalı, 322624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 1909-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur, Onun atası İsmayılov Məmiş, anası İsmayılova Qızxanımdır. İş materiallarında olan İV-JQ seriyalı, 314200 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan və Qaradağ rayon X5 28 iyul 1989-cü il tarixli, 32 nömrəli “Fərdi qarajın tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” qərarından çıxarışın surətindən görünür ki, X10 iştirakçısı, Müşfiqabad qəsəbəsi, ev 4A, mənzil 24-də yaşayan X4 fərdi qarajın tikintisi üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavini tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin atasının doğum, ölüm haqqında şəhadətnamələrində qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, Qaradağ rayon X5 28 iyul 1989-cü il tarixli, 32 nömrəli “Fərdi qarajın tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” qərarından çıxarışın Ərizəçi atası X2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon X5 28 iyul 1989-cü il tarixli, 32 nömrəli “Fərdi qarajın tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” qərarından çıxarışın Ərizəçi atası X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1742/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1742/2024
14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver