Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1752/2024 02.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini və Cavabdeh maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində 391 nömrəli reyestr kitabının 37052 nömrəli vərəqində xx.xx.2012-ci il tarixli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü haqda şəhadətnamənin Ərizəçi Tanrıverdi qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində 0.03 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində 391 nömrəli reyestr kitabının 37052 nömrəli vərəqində xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. Lakin həmin çıxarışda onun adı Fatma deil “Fatia” kimi yazılmışdır. Eyni zamanda həmin torpaq sahəsinin planı və ölçüsü haqda şəhadətnamədə də onun adı “Fatia” kimi yazılmışdır. Həmin çıxarışda və torpaq sahəsinin planı və ölçüsü haqda şəhadətnamədə olan uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona gələcəkdə həmin torpaq sahəsində ev tikdirib sənədləşdirmək üçün lazımdır. Həmin çıxarış hüquqmüəyyənedici sənəddir, başqa sənədlərin alınması üçün əsasdır və o bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Cavabdehnə müraciət etsə də, onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, qeyd edilən sənədlərdə adında olan yanlışlıqlara görə evi sənədləşdirə bilmir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, ona sənədin şəxsə məxsusluğu ilə bağlı məhəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə ki, o torpağı ona qardaşları almış və hal-hazırdada ev tikərək orada yaşadığını bildirmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxsin nümayəndəsi X2 işin məhkəmə baxış iclasda iştirak edərək ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Maraqlı şəxslərə sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə doğulmuşdur. İşdə olan Azərbaycan SSR Puşkin rayonu Arxangelovka kənad soveti tərəfindən verilmiş АЗV-ЖГ 291098 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində X1 xüsusi, tam payda mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə, **********57 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AA 043286 nömrəli, “Torpaq sahəsinin plan və ölçüsü”nə əsasən hüquqi sahibi X5 olan (reyestr nömrəsi **********57) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsinin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Ərizəçi qeyd edilən torpaq sahəsinə dair çıxarışın və torpağın plan və ölçüsünün özünə məxsus olmasının müəyyən edilməsi üçün Cavabdehnə müraciət etmiş, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının Müavininin xx.xx.2024-cü il tarixli, 5-13/1-Ə-35- 151/2024 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunduğunuz məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa və həmin orqan tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, **********57 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsündə hüquq sahibinin adı ilə (“Fatia”) ərizəçinin şəxsiyyətini təsdiq edən sənnəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilən adı olan “Fatma” arasında fərq vardır, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla, sənədlərin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Əliyeva Fatia (Fatma) Tanrıverdi qızının adına qeydiyyatdan keçməsinə əsas X5 ilə X4 arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması zamanı ərizəçinin adının Fatia kimi göstərilməsinə səbəb müqavilə bağlanana tarixdə qüvvədə olan və 2005-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olmuşdur. Belə ki, elektron məhkəmə informasiya sistemilə əldə edilmiş ərizəçinin hazırda qüvvədən düşmüş, 2005-ci il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vaxt ərizəçinin adı Fatma yox, Fatia olaraq qeyd edilmişdir. Ərizəçi məhkəmə iclasında bununla bağlı izahat verərək bildirmişdir ki, əvvəlki vəsiqəsində adını səhv olaraq “Fatia” yazmışlar, sonradan yeni vəsiqəsin əldə edərkən o doğum şəhadətnaməsində göstərilən, əsl adı “Fatma” kimi qeyd etdirmişdir. Göstərilənlərdən aydın olur ki, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, X3 fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində 0.03 ha torpaq sahəsinin ona məxsus olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışının və həmin torpağın plan və ölçüsünün Ərizəçi məxsus olması halı öz təsdiqini tapmışdır, eləcə də, ərizəçinin yeni şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədə adı Fatma göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarış və torpaq sahəsinin plan və ölçüsünün Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 olan “Çıxarış”ın və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AA 043286 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1752/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1752/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver