Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-176/2022 19.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh6,Cavabdeh4 və X9 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X12 tərəfindən Bakı şəhəri,Qaradağ rayonu,Emin Əliyev küçəsi,ev 18 ünvanda yerləşən torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi,Bakı şəhəri,Qaradağ rayonu,Emin Əliyev küçəsi,ev 18 ünvanında yerləşən torpaq sahəsinin mərhum həyat yoldaşına çatası tam payın tərəfindən qəbul edilməsi müəyyən olunması,buna uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X12 06.12.2020-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmişdir. Mərhum həyat yoldaşının “ölüm haqqında akt qeydinin olub- olmaması barədə” məlumat əldə etmək üçün ərizə ilə Qaradağ Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən də həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Mərhum həyat yoldaşının ölüm faktının müəyyən edilməsi üçün tərəfindən Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 2(002)-857/2021 saylı 12 mart 2021 -ci il tarixli qətnaməsi ilə həyat yoldaşı X8 06.12.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra tərəfindən ölüm haqqında şəhadətnamə əldə edilmişdir. Belə ki, X12 ilə 1994-cü ildən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində olan tikilidə yaşamışlar. Həmin ev Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsində tikilmişdir. Belə ki, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsi həyat yoldaşının anası X2 mülkiyyətində olmuşdur. Həyat yoldaşının anası X10 04 noyabr 1999-cu il tarixdə vəfat etdikdən sonra onu övladlarından təkcə X12 həmin tarixdən orada yaşamaqla faktiki olaraq mərhum anasının əmlakına sahiblik etmiş, həmin miras əmlakı faktiki olaraq qəbul etmiş və onu idarə etməyə başlamışdır. Buna görə də, mərhum həyat yoldaşı X12 tərəfindən faktiki olaraq qəbul edilmiş, eyni zamanda 1994-cü il tarixdən birlikdə yaşadığımız ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi faktı müəyyən edilməli, və buna uyğun olaraq ona vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Hazırda Cavabdeh4 tərəfindən mübahisəli evə girişimə maneələr yaradılır. Hətta razılığım olmadan mübahisəli evdə yerləşən ona məxsus və birgə nikah dövründə alınmış əşyalar Cavabdeh4 tərəfindən özgəninkiləşdiriİmişdir. Faktiki olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində həyat yoldaşı ilə birgə mülkiyyətlərində olan əmlaklardan onun vərəsəsi kimi istifadə edə bilmir. Həmin torpaq sahəsindən ümumiyyətlə cavabdehlərin hər hansı birinin əmlak payı yoxdur. Sadəcə onlar miras əmlakı qəbul etməyiblər. Onlar onun tərəfindən mirasın qəbul edilməsini qəbul etmirlər. Ona görə də həmin şəxslər cavabdeh qismində qoyulmuşdur.Qeyd olunan hallareın nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, qeyd edilən əmlakın iddiaçının həyat yoldaşının anasına X5 məxsus olduğunu, onun 04 noyabr 1999-cu il tarixdə vəfat etdiyini, həmin əmlakın ididaçının həyat yoldaşı X12 tərəfindən mirasın faktiki qəbul edildiyini, Ağayeva Səriyyənin vərəslərinin həmin əmlakı faktiki qəbul etmədiklərini, daha sonra isə iddiaçının həyat yoldaşı 06 dekabr 2020-ci il tarixdə vəfat etdiyindən, indiki halda həmin əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinin müəyyən eidlməsinin zərrui olduğunu, iddiaçının həyat yoldaşının da vərəslərinin həmin əmlakı faktiki sahiblik etmədiklərini bildirərək, iddia ərizəsində qeyd olunan halları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, qedy edilən əmlak onun nənəsinə məxsusdur, orada bütün vərəslərin payı vardır, iddiaçının dediklərini qəbul etmədiklərini, çünki iddiaçıya atasında çatası əmlakın ona verdiklərini, həmin əmlakın iddiaçıya aidiyyətinin olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh5 məhkəmə iclaısnda izahat verərək, iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, həmin əmlakda ona və digər vərəslərə çatası payı vardır, iddiaçının dediklərinin həqiqət olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh6 məhkəmə iclaısnda izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən əmlakda onların da payı vardır, həmin əmlakın iddiaçı tərəfindən faktiki əmlak kimi qəbul eidlməsi halını qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 25.11.2021-ci il tarixli məhkəmə baxış iclaısnda iştirak edərək, izahat verərək, izahatında onların özlərinin 9 uşaq olduğunu, onlardan birinin 1996-cı ildə anasından əvvəl vəfat Digər cavabdehlərə, üçüncü şəxslər 8 saylı Notariat ofisinə və Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı ərazi filialına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaısna gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş matereilalarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət X3 məxsus olmaqla 12.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 dekabr 2020-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 noyabr 1999-ci il tarixində ölmüşdür. İş materiallarında olan 10.01.2012-ci il tarixdə verilmiş AZ-İ N-li 728355 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X6 arasında nikah 10.01.2012-ci il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 12 nömrəli akt ilə bağlanmışdır. İş materiallarında olan 8 saylı Notariat Ofisinin 1565 saylı 18 iyun 2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, 06.12.2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət daxil olmuş və 127/2021 saylı vərəsəlik işi açılmışdır. Ərizədə vərəsələr arasında əmlak bölgüsü olduğu qeyd etmiş və məhkəməyə müraciət etmək arzunuzun olduğunu qeyd etmisiniz. Məhkəməyə müraciət etmək arzunuzu nəzərə alaraq bildirik ki, əmlak bölgüsü ilə əlaqədar mübahisəni məhkəmə qaydasında həll etdikdən sonra notariat ofisinə mürcaiət edə bilərsiniz. Həmçinin, bildirilmişdir ki, əmlak bölgüsü barədə mübahisə məhkəmə qaydasında həll eidldikdən sonra vərəsəlik şəhadətnaməsi veriləcəkdir. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh6, Cavabdeh5 Şıxbab oğlu miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həminj Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. X10 04 noyabr 1999-cu il tarixdə vəfat etmiş, X12 06 dekabr 2020-ci il atrxidə vəfat etmişdir. İddiaçı ilə X12 10.01.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı mübahisə predmeti olan əmlakın onun mərhum həyat yoldaşı tərəfindən sağlığında miras əmlak qismində faktiki qəbul etdiyini, indiki halda isə onun özü tərəfindən həmin miras əmlakın faktiki qəbul edildiyini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, hazırki mülki iş üzrə sübutetmə yükü məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları, mübahisə predmeti olan əmlakın miras əmlak kimi X4 varisi qimsində X12 tərəfindən faktiki qəbul edilməsi halını, daha sonra isə özünün X8 varisi qimsində həmin əmlakın faktiki qəbul etməsi halını sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı X10 vəfat etdikdən sonra onun övladlarından yalnız mərhum həyat yoldaşı X8 həmin əmlakda yaşadığını, həmin əmlaka faktiki sahiblik etdiyini, həmin əmlakı idarə etdiyini bildirsə də, həmin hallara dair başqa sözlə mirasın faktiki qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqidm edə bilməmişdir. Bununla da, mübahisə predmeti olan miras əmlakın X2 varisi qismində yalnız X12 tərəfindən faktiki qəbul edilməsi halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, qeyd edilən hal müəyyən edilmədən isə iddiaçının X8 varisi qismində həmin əmlakın faktiki qəbul eidlməsi halının müəyyən edilməsi mümkün deyildir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin ediməməlidir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Həmçinin, məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, X11, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-176/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-176/2022
19.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver