Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-178/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi qızının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.08.1975ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18.08.1975-ci ildə Bakı şəhərində doğulmuş X6 onun yoldaşı X7 bacısıdır. Bibixanım onlarla birlikdə Ələt qəsəbəsi ünvan 1 ünvanında yaşayır. X6 paranoid şizofreniya, şizofreniya paranoid aorma ağır psixi qüsur halı diaqnozu ilə müddətsiz birinci dərəcəli əlilidir. X6 özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır və ona qəyyum təyin edilməlidir. X5 o, baxır. Odur ki, X2 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. X1 fəaliyət qabiliyyət olmamasını müəyyən etdirmək ona qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 17147702 nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, X6 18.08.1975-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışının surətindən görünür ki, X6 paranoid şizofreniya, şizofreniya paranoid aorma ağır psixi qüsur halı diaqnozu ilə müddətsiz birinci dərəcəli əlilidir və kənar şəxsin qulluğuna ehtiyacı vardır Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli 2(002)-3507/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 02.12.2021-ci il tarixli 2845 saylı ekspert rəyindən görünür ki, X3 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklər 1997-ci ildən başlaması, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyri- adekvatlığı biruzə verdiyi üçün psixiatrik qeydiyyatda düşməklə dəfələrlə Bakı şəhər 2 saylı X4 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində “Paranoid şizofreniya. Şizofreniya paranoid forma, ağır psixi qüsur halı. Kənar şəxslərin himayəsinə ehtiyacı var” diaqnozu ilə qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil olması, davranış pozuntuları biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, çox vaxt öz-özünə danışması, çəfəng məzmunlu fikirlər söyləməsi, evdən qaçaraq getməsi ilə əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı aşkar olunan əlamətlər - sorğu gedişatında verilən suallara yerinə düşməyən cəfəng məzmunlu cavablar verməsi, passiv olaraq ayrı-ayrı münasibət sayıqlama ideyaları, həmçinin “səslər” eşitdiyini bildirərək məzmunu barəsində məlumat verməməsi, maraq dairəsinin və emosional-iradi sferasının nəzərə çarpan xeyli enik olması, şəxsiyyətin psixi qüsur əlamətləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir.Bunları nəzərə alaraq belə qərara gəlir ki, Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X2 hər hansı psixi qüsuru vardırmı? Cavab: X3 Şizofreniya paranoid forma, psixi qüsur tıalı xroniki psixi xəstəlik qeyd olunur. 2-ci sual: X2 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: X6 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: Xroniki ruhi xəstəliyi ilə əlaqədar X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 onda müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin qohumu olan 18.08.1975-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.08.1975-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-178/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-178/2022
06.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver