Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1781/2025 11.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Saımanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 qarşı 30 sentyabr 2015-ci il tarixli “22/41” nömrəli “xüsusi təyinatlı yaşayış X10nin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 qarşı müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X2 Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadəsinə verilməsinə dair 30 sentyabr 2015-ci il tarixli “22/41 nömrəli “xüsusi təyinatlı yaşayış X10nin ləğv edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 ürzə Dövlət Komitasinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh3 Cavabdeh1 və X4 qarşı 30 sentyabr 2015-ci tarixli 22/41" nömrəli "xüsusi təyinatlı yaşayış sahəsinın kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ila "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilmesi QAYDASİ"-təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdinlməsi fondunun yaşayış sahələrının verilməsi qaydasını müəyyən edir.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahalari qismində məcbur köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçun alınaraq xususi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X17 uzrə Dövlət Komitəsinin (bundan sonra Komito) qərarı ilə həyata keçirilir Komitə Nazirlər Kabinetinin 65 saylı Qəranı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinın müvəqqəti verilməsını həyata keçirir Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkunlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə venir ve yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X14 uzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 30 sentyabr 2015-ci il tarixli 22/41 nömrəli xüsusi təyinatlı yaşayış X10nə əsasən, məcburi köçkün Cavabdeh3 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 22 saylı binada 41 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh3, X9 və X2 41 nömrəli mənzildə yaşamadığı və mənzili kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. (bu barədə xx.xx.2024, 12 12.2024, xx.xx.2025 va xx.xx.2025 aktlar əlavə olunur). Sahə rəisi tərəfindən köçkün Cavabdeh3 və ailə üzvlərinə 41 nömrəli mənzildə yaşamadığlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirililərək mənzildə yaşayışlarını bərpa etməyəcəkləri təqdirdə kirayə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır."Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ"-nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. İddiaçının nümayəndəsi X21 məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında araşdırılma aparıldı, akt tərtib edilərək müəyyən edildi ki, cavabdehlər orada yaşamır, ev kirayəyə verilib. Evdə kirayə yaşayanlar şəxsiyyət vəsiqələrini təqdim etmədilər deyə orada yaşayan şəxslərin şəxsiyyətini müəyyən edə bilmədilər.Cavabdehlər müqavilə şərtlərini pozub. Qonşular bir-biri haqqında məlumat vermirlər, deyirlər şahid kimi yazılmasınlar ki, məhkəməyə gəlməsinlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 30 sentyabr 2015-ci il tarixli 22/41” nömrəli xüsusi təyinatlı yaşayış X10nin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh3 arasında kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzil cavabdehlərə kirayəyə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin Cavabdeh3 ünvanlandığı müxtəlif tarixli xəbərdarlıqlardan görünür ki, sizinlə MİD- arasında bağlanmış "Xüsusi Təyinatlı Yaşayış X10"nin 2.4.2 bəndinin şərtlərini pozaraq mənzili kirayə vermisiniz. Mənzildə yaşayışı bərpa etməsəniz sizinlə MİD arasında bağlanmış " X18 X10"nin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “QobuPark” MKİS-in müxtəlif tarixli aktlarından görünür ki, Qaradağ rayon Müşfiqabad 1680 ailəlik qəsəbədə Xocalı rayon sakini Cavabdeh3 2014-cü ildən bin 22 mənzil 41 -də (2 otaq) mənzillə təmin olunmuşdur. Cavabdeh3 “X18 X10nin 2.4.2 bəndinin şərtlərini pozaraq mənzili kirayə vermişdir. Dəfələrlə MKİS-nin rəisi X11 şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq mənzildə yaşayışı bərpa etməmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzilinə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, cavabdehlər həmin mənzildə yaşamır və mənzil başqa şəxsə-X5, X6 və X1 verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X10nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X10 tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış X10ni ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış X10 üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış X10 kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllinin 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmin Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Eyni zamanda tərəflər arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış X10nin 5.7-ci və 5.7.1 maddələrinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, X18 X10 Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında 30 sentyabr 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqvailəyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada yerləşən 41 nömrəli 2 otaqlı mənzil-yaşayış sahəsi cavabdehlərin yaşaması üçün onların istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı cavabdehlərin onun istifadəsinə verilmiş müvafiq mənzildə yaşamaması,qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərlə aralarında bağlanılmış müvafiq kirayə müqaviləsinin ləğv edilməsi və onların məznildən çıxarılmaısna dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərə bəzi məhkəmə bildirişləri evdə olmaması səbəbindən çatmamış, (məhkəməyə geri qaytarılmış), sonradan məhkəmə iclaslarının tarixi barədə məlumatı olsa da məhkəmə iclaslarında iştirak etməmişlər, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin cavabdehlərinin istifadəsində olan mənzilə dəfələrlə gedilsə də, onların orada yaşamadığının müəyyən olması barədə arayışı, məhkəmənin yerli baxış protokolu həmin mənzildə yaşamamasını təsdiq edir. Bununla da, cavabdehlər tərəfindən həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtləri pozulmuşdur. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı iddiaçınn verdiyi izahatlar və digər mötəbər sübutlar əsasında öz təsdiqini tapmışdır. Bu hal isə öz növbəsində həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsasdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil qanunveriicliyinin normalarını rəhbər tutaraq, cavabdehlər tərəfindən ona verilmiş yaşayış sahəsindən müqaviləninin şərtlərini pozaraq, onun təyinatına uyğun istifadə etməməsi (həmin mənzildə daimi faktiki olaraq yaşamaması) halının aşkar edildiyini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, Müvafiq Müqavilənin 3.3 və 37.-ci maddəsinin tələblərinə əsasən kirayəçi ona verilmiş yaşayış sahəsində faktiki yaşamırsa və ya onu başqasına verirsə, bu hal həmin evin boşaldılması və həmin evin daha çox ehtiyacı olan başqa məcburi köçkün ailəsinin müvəqqəti istifadəsinə verilməsi üçün əsas olduğu qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh3 ilə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 2015-ci il 30 sentyabr tarixli bina 22/41 nömrəli “xüsusi təyinatlı yaşayış X10 ləğv edilməli və və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada yerləşən 41 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh3 ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2015-ci il 30 sentyabr tarixli bina 22/41 nömrəli xüsusi təyinatlı yaşayış X10 ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada yerləşən 41 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1781/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1781/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver