Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1782/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, digər cavabdehlər S.G.Rzayevanın, Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «26 aprel 2015-ci il tarixli 24/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «26 aprel 2015-ci il tarixli 24/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 nömrəli evin 28 nömrəli 2 otaqlı mənzilinə dair 26 aprel 2015-ci il tarixli 24/28 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24/28 nömrəli mənzildən çıxarılması və 24/28 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 26 aprel 2015-ci il tarixli 24/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 nömrəli binada 28 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan, Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2nun və Cavabdeh3 28 nömrəli mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 28 nömrəli mənzildə yaşamadıqları və mənzili başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək mənzildə yaşayışlarını bərpa etməyəcəkləri təqdirdə kirayə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı kirayə müqaviləsinin şərtlərinə istinad edən iddiaçı qeyd etmişdir ki, Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, digər cavabdehlər S.G.Rzayevanın, Cavabdeh3 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, mənzildən təyinatı üzrə həmişə istifadə edirlər. Onların həmin mənzildən başqa sığınacaqları başqa yaşayış sahələri yoxdur. Həmişə mənzildə olurlar. Əmək fəaliyyəti və s. (qohumlargilə qonaq getmək, bazar və dükana getmək, tibb müəssisəsinə və s. yerlərə müraciət etmək, toy və yas mərasimlərində olmaq və s.) bağlı olaraq mənzildə olmadıqları vaxtlar çıxılmaqla, mənzildən daim istifadə edirlər. Mənzildən təyinatı üzrə istifadə etdiklərini qonşular təsdiq edə bilər. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını, şahid ifadələrini dinləyib, mənzilə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, şahid X5 ifadə verərək bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Qaçqın şəhərciyində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 qonşusudur. Cavabdeh1 ailəsi ilə birlikdə 24 saylı evin 28 saylı mənzilində yaşayır. Münasibətləri yaxşıdır, ailəvi gediş-gəlişləri var. X3 ifadə verərək bildirdi ki, Cavabdeh1lə qonşudur. Hər ikisi Müşfiqabad Qaçqın şəhərciyində yaşayırlar. Cavabdeh1 24 saylı evin 28 saylı mənzilində, o isə 21 saylı evdə yaşayır. Cavabdeh1 həyat yoldaşı və oğlu ilə həmin mənzildə yaşayır. Gediş-gəlişləri var. X1 ifadə verərək bildirdi ki, Cavabdeh1 də, onlar da Laçın rayonundan məcburi köçkündürlər. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Qaçqın şəhərciyində qalır və Cavabdeh1lə qonşudurlar. Cavabdeh1 24 saylı evin 28 saylı mənzilində, o isə 28 saylı binada yaşayır. Cavabdeh1 həyat yoldaşı və oğlu ilə birlikdə həmin mənzildə yaşayır. Gediş-gəlişləri var. Məhlədə çayxanaları var, Vüqar və digər qonşularla axşamlar oraya yığışıb nərd, domino oynayırlar. Mənzilə məhkəmə tərəfindən yerində baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Yerində baxış zamanı müəyyən edildi ki, cavabdehlər iddia ərizəsində qeyd edilən mənzildə davamlı şəkildə yaşayırlar. Mənzildə kənar şəxslər yoxdur. Mənzildə həmişə yaşayış var deyə, mənzildən özünəməxsus qoxu gəlir (yemək bişirilməsi ilə əlaqədar). Mənzil təmiz və səliqəlidir. Mənzildə yaşayış olmamasını təsdiq edən əlamətlər (toz, hörümçək toru və s. bu kimi), eləcə də, mənzildən kənar şəxslərin istifadəsini təsdiq edən əlamətlər (kənar şəxslərə məxsus əşyalar, paltar, digər gözə çarpmalı olan ləvazimatlar və s.) müşahidə olunmur. Cavabdehlərə məxsus fərdi əşyalar və paltarlar, ayaqqabılar mənzildə yerləşir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 24/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 24 saylı evin 2 otaqlı 28 saylı mənzili 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və oğlu) Cavabdeh1 kirayə verilmişdir. İddiaçı tərəf cavabdehin həmin mənzildə yaşamadığını, mənzilin başqa şəxslərə kirayə verildiyini bildirərək, iş materiallarına əlavə edilmiş aktlara istinad edib, hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşamaqla, mənzildən təyinatı üzrə istifadə edirlər. İnsanın gündəlik qayğıları, əmək fəaliyyəti və s. ilə bağlı (hər hansı mərasimdə iştirak, gəzinti, qonaq getmək, dükan və bazarda olmaq və s.) mənzildə olmadıqları qısa vaxt kəsimləri nəzərə alınmasa, qalan vaxtlarda daim mənzildə yaşayırlar, mənzildən təyinatı üzrə istifadə edirlər. Cavabdehlərin mübahisə predmeti olan mənzildən başqa digər yaşayış yerləri yoxdur. 2015-ci ildən indiyə qədər dövlətin onlara icarəyə verdiyi mənzildən istifadə edirlər. Mənzil cavabdehlər tərəfindən başqa şəxslərə kirayə verilməmiş, digər şəxslər mənzilinə hər hansı ad altında buraxılmamışdır. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «26 aprel 2015-ci il tarixli 24/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «26 aprel 2015-ci il tarixli 24/28 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1782/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1782/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver