Məhkəmə qərarları › İş №2(002)-1783/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1783/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1783/2025 30.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında 18 noyabr 2013-ci il tarixdə, “1/71” nömrəli xüsusi təyinatlı yaşayış X3nin bağlanmış, həmin müqavilə əsasında Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı binada 71 nömrəli mənzil kirayəçi Cavabdeh1 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri - Cavabdeh2 (kirayəçinin həyat yoldaşı), Cavabdeh3 (kirayəçinin oğlu) və X8 (kirayəçinin oğlu).

2. Qaradağ rayon M.K.İ.S tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli aktlara məzmunundan görünür ki, Qaradağ rayon Müşfiqabad 1680 ailəlik qəsəbədə Ağdam rayon sakini Cavabdeh1 2013-cü ildən bina 1 mənzil 71-də (2otaq) mənzillə təmin olunmuşdur. Cavabdeh1 “Xüsusi təyinatlı yaşayış X3nin 2.3.2 bəndinin şərtlərini pozaraq mənzili kirayə vermişdir. Dəfələrlə MKİS-in rəisi X4 şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq mənzildə yaşayışı bərpa etməmişdir.

3. Qaradağ rayon MKİS tərəfində Cavabdeh1 xx.xx.2024-cü il, xx.xx.2024-cü il, 17 yanvar 2025-ci il və 27 fevral 2025-ci il tarixli xəbərdarlıq məktublarına əsasən, onunla MİD arasında bağlanmış “Xüsusi Təyinatlı Yaşayış X3”nin 2.4.2 bəndinin şərtlərini pozaraq mənzili kirayə verilmişdir. Mənzildə yaşayışı bərpa etməsə onunla MİD arasında bağlanmış “Xüsusi Təyinatlı Yaşayış X3”nin ləğvi barədə məhkəməyə müraciət olunacaqdır.

İddia tələbi

3. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifdadələrinə verilmiş Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı binada 71 nömrəli 2 otaqlı mənzilə dair 18 noyabr 2013-ci il tarixli “1/71” nömrəli xüsusi təyinatlı yaşayış X3nin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “1/71” nömrəli mənzildən çıxarılması və “1/71” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin veriməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra- Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin 18 noyabr 2013-ci il tarixli “1/71” nömrəli xüsusi təyinatlı yaşayış X3nə əsasən, məcburi köçkün Nəcəfov X2 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Müşfiqabad qəsəbəsi 1 saylı binada 71 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 71 nömrəli mənzildə yaşamadığı və mənzili kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.

5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3 və 82.3-cü maddələrinə istinad etmişdir.

İddiaya etiraz

6. Cavabdeh1 Sehriban oğlu iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, o 1-ci Qarabağ döyüşlərinin iştirakçısıdır, 2020-ci il döyüşlərində də iştirak etmişdir. ünvan 1 ünvanında məskunlaşmışdır. Anasının səhhətində yaranan problem səbəbindən o, ailəsi ilə birlikdə anasının evində bir müddət yaşamalı olmuşdur. Çünki anası xərçəng xəstəliyi ilə əlaqədar əməliyyat olunduğundan yoldaşı ona qulluq etməli idi. Bu səbəbdən onu çox vaxt Sulutəpə qəsəbəsində anasıgillə qalır. Özü isə daş karxanasında fəhlə işlədiyindən evə vaxtlı vaxtında gələ bilmir. Bu səbəbdən ev boş qalmasın deyə bacısıgil tez-tez onlarda qalır. Kürəkəni Elbrus müharibə veteranıdır. Mənzil istismar idarəsi ona heç bir bildiriş xəbərdarlıq vermədən onu məhkəməyə veriblər. O bunun özünə qarşı ədalətsizlik hesab edir.

7. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, cavabdehin evdə yaşamaması Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təsdiqlənmişdir, onların tərtib etdiyi aktlarda əksini tapmışdır. Cavabdeh ona və ailə üzvlərinə verilmiş mənzilə sahiblik və ondan istifadə etmədiyi, köçdüyü üçün kirayə müqaviləsinin ləğv edilərək, mənzilin təhvil verilməsi xahiş edilir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsini və ehtiyacı olan vətəndaşlara həmin mənzillərin verilməsini daim nəzarətdə saxlayır.

9. Cavadeh Cavabdeh1 məhkəmə iclaslarına iddia tələbini qəbul etməyərək bildirdi ki evdə daimi olaraq ailəsi ilə birlikdə yaşayır, bir həftə, 10 gün evdə olmamışdır. Onda da Ağdama getmişdir. Hazırda da evdə yaşayır. Həyat yoldaşı boğazından xəstə olduğuna görə tez-tez anasının evində qalır. Anası onkoloji xəstə olduğu üçün tez-tez onun yanında qalır. Bu səbəbdən ailə üzvləri ilə birlikdə bir müddət anasının evində qalmalı olmuşdur. Lakin mənzili kirayə verməsi doğru deyildir, bunu qonşular da təsdiq edə bilər.

10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Prosesin digər iştirakçılarının ifadələri

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, cavabdehlərin qonşusudur. Özü də həmin ərazidə bina 6 mənzil 43-də yaşayır. Cavabdehin anası xəstədir. İşi ilə əlaqədar 15 gün evdə olur onda da çox vaxt anasının yanında olublar, xəstəliyi ilə bağlı. Lakin cavabdehlərin mənzilində kirayəçi yaşamır.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.1.1-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X3nə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X3 tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış X3ni ləğv edilə bilər. 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış X3 üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış X3 kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 82.3-cü maddəsinə kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4-cü maddəsinə əsasən kirayə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

16. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

17. Həmin Qaydalara əsasən: 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.2. Kirayəçi istənilən vaxt bu Müqaviləni ləğv edə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mumkun edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə 5.5. Bu Müqaviləyə həmin yaşayış sahəsinin məhv olması itirilməsi (sökülməsi). yaşayış sahəsində tənha yaşayan Kırayəçinin vəfatı ilə əlaqədar və ya Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 5.6. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi bu Müqavilənin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyya) orqanının Kirayəçi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış X3 Kirayəyə verənın tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (ari), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə koçurulmuş və onunla birgə təsərrufat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, mustasna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq muddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrufat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçının himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər Caxslar) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə 5.7.3 Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mulki huquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsı əldə etdikdə

18. Eyni zamanda tərəflər arasında bağlanmış 18 noyabr 2013-ci il tarixli xüsusi təyinatlı yaşayış X3nin 5-ci maddəsinə əsasən Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış X3 Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 arasında 18 noyabr 2013-ci il tarixli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi bağlanılmış və həmin müqaviləyə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı binada, 71 nömrəli 2 otaqlı yaşayış sahəsi cavabdehlərin yaşaması üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı cavabdehlərin onun istifadəsinə verilmiş müvafiq mənzildə yaşamaması və başqa şəxsə kirayə verildiyi halını əsas gətirərək, qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlə aralarında bağlanılmış müvafiq kirayə müqaviləsinin ləğv edilməsi və onların mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir.

20. Məhkəmə hazırki iddia tələbinə dair ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutemə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halları, yəni cavabdehin həmin mənzildə daimi yaşamaması və başqa şəxslərə kirayə verilməsi halını sübut etməlidir.

21. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad olunan halların təsdiq olunmasına dair sübut qismində müvafiq Mənzil İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta istinad etmişdir.

22. Məhkəmə iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq aktla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin akt cavabdehlərin mübahisə predmeti olan mənzildə daimi yaşamaması və mənzilin cavabdehlər tərəfindən üçüncü şəxslərə kirayə verilməsi halını təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin akt birtərəfli qaydada tərtib edilməklə cavabdehlər tərəfindən təsdiq edilməmişdir. Bu hal isə özlüyündə həmin aktın formal olaraq tərtib edilməsi, ümumi sözlərlə ifadə edilməsi kimi qiymətləndirilməsinə əsas verir.

23. Digər tərəfdən isə məhkəmə hesab edir ki, Mənzil İstismar İdarəsinin müvafiq əməkdaşlarının mübahisəli mənzilə baxış keçirən zaman cavabdehlərin evdə olmaması, cavabdehlərin həmin mənzildə daimi yaşamaması kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yeganə sübut qismində təqdim edilmiş müvafiq akt iddia tələbinin əsası kimi istinad edilən halları birbaşa təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

24. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin izahatı və şahidin verdiyi ifadəddən aydın olur ki, cavabdehlər həmin mənzildə yaşayırlar, lakin ailə üzvlərinin səhhəti ilə əlaqədar müvəqqəti olaraq başqa ünvanda yaşamalı olmuşlar. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisə predmeti olan mənzili müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə tərk etməsi, yaşamaması halını müəyyən etmək mümkün olmamışdır.

25. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adı çəkilən Qaydaların 5.4-cü bəndində nəzərdə tutulan, xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməsinin əsasları dəqiq və birmənalı şəkildə ifadə edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı hazırkı iş üzrə mənzil qanunvericiliyində kirayə verənin tələbi ilə kirayə müqaviləsinin ləğv edilməsinə səbəb olan əsaslara dair heç bir hal aşkar edilməmişdir. Bu halda, məhkəmə, mənzil qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir.

Nəticə

26. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin köçdyü gündən ləğv edilməsi» barədə iddia tələbi rədd edilməlidir.

27. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı binada 71 nömrəli 2 otaqlı mənzilə dair 18 noyabr 2013-ci il tarixli “1/71” nömrəli xüsusi təyinatlı yaşayış X3nin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “1/71” nömrəli mənzildən çıxarılması və “1/71” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar