Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1784/2025 20.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, X8 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, X8 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və ailə üzvlərinin (cavabdehlər X1, Cavabdeh2, X6) istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 19 nömrəli 4 otaqlı mənzilə dair xx.xx.2014-cü il tarixli 21/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və ailə üzvlərinin (cavabdehlər X1, Cavabdeh2, X6) həmin mənzildən çıxarılması və mənzilin boşaldırılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, bu məsələni daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2014-cü il tarixli 21/19 nömrəli nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 21 ünvanında yerləşən 19 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin 19 nömrəli mənzildə yaşamadığı və mənzili kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir (bu barədə xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli aktlar əlavə olunur). Sahə rəisi tərəfindən cavabdeh tərəfə 19 nömrəli mənzildə yaşamadığı və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək mənzildə yaşayışı bərpa etməyəcəkləri təqdirdə kirayə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası"nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri aşağıdakı kimi müəyyən edilmişdir: 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur; 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Cavabdehlərin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan cavabdehlərə verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-İstismar Departamenti ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən 19 nömrəli 4 otaqlı mənzilin cavabdehlərə verilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli 21/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Odur ki, kirayə müqaviləsinin qeyd olunan şərtləri cavabdehlər tərəfindən pozulduğundan, kirayə müqaviləsi ləğv edilməli və cavabdehlər mənzildən çıxarılmalıdır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, həmin mənzildə yaşamadığını qeyd edərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli 21/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 19 nömrəli 4 otaqlı mənzil məcburi köçkün Cavabdeh1 və ailə üzvlərinə (X2, Cavabdeh2, X8) müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçi xüsusi təyinatlı yaşayış sahəsini subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsini daşıyır. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon MKİS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025ci il, xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, Qaradağ rayon Müşfiqabad 1680 ailəlik qəsəbədə Ağdam rayon sakini Cavabdeh1 2014-cü ildən bina 21, mənzil 19-da (4 otaqlı) mənzillə təmin olunmuşdur. Cavabdeh1 “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin 2.4.2-ci bəndinin şərtlərini pozaraq mənzili kirayə vermişdir. Dəfələrlə MKİS-nin rəisi X3 şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq mənzildə yaşayışı bərpa etməmişdir. İş materiallarında olan Qaradağ rayon MKİS tərəfindən Qaradağ rayon Müşfiqabad 1680 ailəlik qəsəbədə bina 21, mənzil 19-da müvəqqəti məskunlaşmış Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli yazılı xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh1 MİD ilə arasında bağlanmış “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin 2.4.2-ci bəndinin şərtlərini pozaraq mənzili kirayə vermişdir. Mənzildə yaşayış bərpa edilməsə Cavabdeh1 ilə MİD arasında bağlanmış “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğvi barədə məhkəməyə müraciət olunacaqdır. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 19 nömrəli 4 otaqlı mənzil məcburi köçkün olan Cavabdeh1 və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı cavabdeh tərəfin həmin mənzildə yaşamadığını, bununla da müqavilə şərtlərinin pozulduğunu iddia edərək və MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli aktlara, habelə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli yazılı xəbərdarlıqlara əsaslanaraq, müqavilənin ləğvini və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasını tələb edir. Cavabdeh tərəf isə mənzildə yaşamadığını təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin əsası olan hallar (kirayə müqaviləsinin 5.7.1-ci bəndinin cavabdehlər tərəfindən pozulduğu) sübuta yetirildiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.2-ci bəndinə əsasən, kirayəçi xüsusi təyinatlı yaşayış sahəsini subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsini daşıyır. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 və ailə üzvlərinin müvəqqəti istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 19 nömrəli dördotaqlı mənzilə dair xx.xx.2014-cü il tarixli 21/19 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin, Cavabdeh1 ailə üzvləri (cavabdehlər X7, Cavabdeh2, X10) ilə birlikdə həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1784/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1784/2025
20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver