Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1819/2023 24.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı renta müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri 45 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, renta alan İddiaçı, ƏMDK-nin yanında DƏRDX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********************002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.6 m2 olan mənzili tam hissədə renta ödəyicisi Cavabdeh1 mülkiyyətinə verir. Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: - renta ödəyicisi Cavabdeh1 renta alan İddiaçı özgəninkiləşdirilən tam hissə (45,6 kv\m) müqabilində aylıq 250 manat 00 qəpik haqq ödəməlidir.
2. ünvan 1 ünvanında qeydiyyada olan X9 tərəfindən Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, o, arvadı İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 23, 3 saylı mənzilə dair renta müqaviləsinin bağlanmasına razılıq vermişdir.
3. “Elekton Notariat” X1 xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, E.Quliyev küçəsi, bina 23, mənzil 3-də X9 ilə İddiaçı qeydiyyatdadılar. İddia tələbi
4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 Bakı şəhər 45 saylı notariat kontorunda bağlanmış 24 oktyabr 2017-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 45 saylı notariat kontorunda 24 oktyabr 2017-ci il tarixdə renta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv.m olan mənzilini Cavabdeh1 rentaya verməyi, bunun müqabilində renta ödəyicisi Cavabdeh1 aylıq 250 manat haqq ödənilməsi nəzərdə tutulmuşdur. Rentanın satınalma qiyməti 50000 manat müəyyən edilmişdir. Lakin renta ödəyicisi olan Cavabdeh1 renta müqaviləsində nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və həmin pulu ödəməmişdir. Bütün bu illər ərzində həmin pul iddiaçının təqaüdündən ödənilmişdir. Cavabdeh1 renta verilməsi üçün nəzərdə tutan öz öhdəliklərinin icrasını etməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 868.1, 868.2, 869.1, 869.2, 869.3-cü maddələrinə istinad etmişdir.
7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak edərək iddia tələbini müdafiə etmiş və izahatında bildirmişdir ki, cavabdehlə renta müqaviləsinin şərti yalnız aylıq ödənişin edilməsindən ibarət olmuş, cavabdeh isə həmin öhdəliyi uzun müddət ərzində yerinə yetirməmişdir. Cavabdeh Olqa vaxtaşırı onun evinə gələrək sadəcə evin döşəməsini sildiyini və paltarları yumuş və bunun müqabilində həm özü, həm mərhum yoldaşının ona hər dəfə 20 manat vermişdir. Dərman alandan sonra 10 və ya 20 qəpik xırda pul qaldığını, həmin pulu ondan tələb etmədiklərini, həmin xırda pulun da cavabdehin özündə qaldığını da dəqiqliklə deyə bilər. Cavabdeh onlar üçün bir neçə dəfə yemək bişirmiş, amma bu çox çəkməmiş, xoşlarına gəlmədiyi üçün artıq Cavabdeh1 yemək bişirməyini istəməmişdirlər. İddiaçı əlavə olaraq bildirdi ki, hətta qoca əri vəfat edərkən onun dəfnini də özü təşkil etmiş, xərclərini qarşılamış, cavabdehin bununla bağlı ona hər hansı köməkliyi dəyməmişdir. Bütün bunlara əsasən iddiaçı tələbin təmin edilməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında 24 oktyabr 2017-ci ildə renta müqaviləsi bağlanmış, ancaq cavabdeh müqavilənin şərtlərini pozduğuna görə iddiaçı müqavilənin ləğv edilməsini istəyir. İddiaçı görmə məhdudiyyətli şəxsdir, cavabdeh iddiaçıya baxmamış, ona qayğı göstərməmişdir. İddiaçının qızı iki ildir ölkəyə qayıtmışdır və anasına o baxır, hazırda da evdə iddiaçının qızı ilə birlikdə yaşayr. Cavabdehin renta müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu pulu ödəməmişdir və bu faktı cavabdehin özü də məhkəmə iclasında etiraf edir. Renta müqaviləsində iddiaçının evini təmizləmək, bazarlıq etmək şərtləri olmamış, bundan əlavə həmin işlər görülsə belə, iddiaçı cavabdehə müəyyən pul ödənişləri etmişdir. İddiaçının cavabdehə borcu olmamış, cavabdeh iddiaçı üçün ərzaq alanda onun da pulu iddiaçı tərəfindən ödənilmişdir, yəni cavabdehin onlar üçün müəyyən məişət xarakterli köməyinin qarşılığı ödənilmiş, bununla bağlı müqavilədə hər hansı tələb olmamışdır. Cavabdeh müqavilənin şərtlərindən xəbərsiz olduğunu bildirsə də, həmin müqavilə onun tərəfindən notariusda imzalanaraq bağlanmış və cavabedeh həmin müqavilə əsasında mübahisəli evə dair çıxarış əldə etmişdir. Belə olan halda, cavabdehin müqavilənin şərtlərindən xəbərsiz olması mümkünsüzdür. İddiaçının vəkili cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinin qeyri-obyektiv olduğunu, yəni iddiaçı ilə ixtilafı olan şəxsin ifadəsi olduğunu bildirərək göstərilənlərin nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, iddiaçını və onun həyat yoldaşını illərdir tanıdığını, 2017-ci ildə iddiaçı və onun həyat yoldaşının ona onlara qəyyum olmağı təklif etdiklərini, iddiaçının da onların təklifini qəbul etdiyini bildirdi. Cavabdeh əlavə olaraq iddiaçıya altı il baxdığını, onun məişət qayğılarını çəkdiyini, bazarlıq etdiyini, hətta bu işə onun bütün ailəsinin cəlb edildiyini, buna qonşularının da şahid olduğunu bildirmişdir. Cavabdeh1 iddiaçının xəstəliyi ilə əlaqədar ayağı şişəndə də onun bütün ehtiyaclarını qarşıladığını, iddiaçının qızının illərdir xarici ölkədə yaşadığını, ildə iki dəfə anası ilə görüşməyə qonaq kimi gəldiyini, qızının ölkəyə qayıdana qədər iddiaçının ondan narazı olmadığını, bütün narazılıqların iddiaçının qızının ölkəyə qayıtdıqdan sonra başladığını, iddiaçının mübahisəli evinə sahib olmaq üçün qızının bu iddianın qaldırılmasını düşündüyünü bildirmişdir. Cavabdeh renta müqaviləsinə əsasən iddiaçıya ödəniş etməli olduğunu bilmədiyini, iddiaçının da ona bu barədə heç nə demədiyini, iddiaçıya və yaşlı ərinə baxmaq müqabilində evin ona qalacağını düşündüyünü bildirdi. İddiaçının qızının renta müqaviləsinin predmeti olan evi satmaq fikrinə düşdüyünü öyrəndikdən sonra notariat ofisinə getdiyini, notariat ofisindən ona narahat olmağa heç bir əsas olmadığını, evin ona aid olduğunu, iddiaçının renta müqaviləsini ləğv etmək məqsədi olduğu halda ona xidmət etdiyinə görə xidmət haqqını ödənilməli olduğunu bildirdi. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi.
11. Cavabdeh Bakı Şəhəri 45 Saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə və işə dair sənədlər ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Prosesin digər iştirakçılarının ifadələri
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, tərəfləri tanıyır, iddiaçı Vera cavabdehdən əvvəl onunla renta müqaviləsi bağlamış, bir müddət ona baxdıqdan sonra həmin müqaviləni ləğv etdirmişdir. İddiaçıya 3 il özü baxmışdır, buna baxmayaraq iddiaçı sözünü yerinə yetirməyərək notariat ofisində renta müqaviləsini ləğv etdirmişdir. İddiaçının bu xasiyyətini məhəllədə hamı bilir. Cavabdeh Olqanın 6 il ərzində iddiaçıya baxdığını, qayğısına qaldığını, bazarlıq etdiyini təsdiq edir. İddiaçının cavabdehə pul verməsini görməmişdir, onda olan məlumata görə Cavabdeh1 özü bazarlıq etmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, cavabdehi tanıyır, Cavabdeh1 onun dostunun qohumudur, cavabdehə iddiaçıya apardığı ərzaqları daşımaqda kömək etmişdir, öz maşını ilə iddiaçını evinə qədər aparmışdır, cavabdehin iddiaçıya renta müqaviləsinə görə pul verdiyini görməmişdir, Olqa çox vaxt Veragilin evində olurdu, Veraya aldığı ərzaqların pulunu Olqa özü verirdi. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. 864.1-ci maddəsinə əsasən, renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.
15. 864.2-ci maddəsinə əsasən, renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir.
16. 865.1-ci maddəsinə əsasən, renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır.
17. 865.2-ci maddəsinə əsasən, renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
18. 866-cı maddəsinə əsasən, renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
19. 867.1-ci maddəsinə əsasən, renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər.
20. 867.2-ci maddəsinə əsasən, renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alğı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın.
21. 869.1-ci maddəsinə əsasən, torpaq sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün verildikdə renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü həmin əşyaya girov hüququ əldə edir.
22. 869.2-ci maddəsinə əsasən, pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir.
23. 869.3-cü maddəsinə əsasən, renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır.
24. 878-ci maddəsinə əsasən, əgər ömürlük renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ömürlük renta hər təqvim ayının sonunda ödənilir.
25. 879.1-ci maddəsinə əsasən, renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər.
26. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
28. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
30. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
31. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
38. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
39. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat kontorunda ömürlük renta müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı renta alan qismində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv/m olan mənzili renta ödəyicisi olan Cavabdeh1 mülkiyyətinə hər ay 250 manat renta haqqının ödənilməsi şərtilə vermişdir.
40. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür.
41. İddiaçı renta müqaviləsinin şərtinin yerinə yetirilməməsi əsası ilə, yəni cavabdehin hər ay 250 manat 00 qəpik renta haqqı ödəmək öhdəliyini ümumiyyətlə icra etməməsi ilə bağlı aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmiş, Cavabdeh1 məhkəmə iclasında renta haqqı olaraq ödənişləri heç bir ay üzrə icra etmədiyini etiraf etmişdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
43. Renta haqqının ödənilməməsi cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edildiyindən və etirafın aldatma, hədə və ya yanılma nəticəsində baş vermədiyi aşkar olduğundan məhkəmə işin bununla bağlı halını sübut edilmiş hesab etmişdir.
44. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtinin pozulması halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir və həmin hal Mülki Məcəllənin 879.1-ci maddəsinin tələbinə əsasən, renta alanın renta müqaviləsinin ləğvini tələb etməsi üçün əsasdır.
45. Cavabdeh renta müqaviləsinin şərtinin ona aydın olmamasını, 6 il ərzində iddiaçının məişət tələbatlarının ödənilməsinə köməklik göstərdiyini və renta predmeti olan evin ona məhz həmin məişət xarakterli yardımların müqabilində veriləcəyini düşünməsi ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə notarial qaydada bağlanmış, tərəflər könüllü şəkildə iradə ifadələrini həmin müqavilədə əks etdirməklə qarşılıqlı razılığa gəlmişlər və renta alanın məişət xarakterli tələbatlarının ödənilməsi həmin müqavilənin şərtlərində nəzərdə tutulmamışdır.
46. Məhkəmə cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələrinə münasibət bildirərək qeyd edir ki, həmin ifadələr cavabdeh tərəfindən iddiaçıya müəyyən məişət tələbatlarının ödənilməsində kömək göstərilməsi halı ilə bağlı olmuş, iddiaçı renta müqaviləsində belə şərtlərin nəzərdə tutulmadığını və cavabdehin göstərdiyi xidmətlərin haqqını ödədiyini bildirmişdir. Qeyd edilən xidmətlər tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmadığından məhkəmə cavabdehin renta müqaviləsinin pozulmaması ilə bağlı mövqeyinin əsassız olması qənaətinə gəlir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi);- Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).
48. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı baş verdiyindən iddiaçı həmin müqavilənin ləğvini ələb etmək hüququna malikdir.
49. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
51. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
52. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə xərcləri
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
55. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, İddiaçı Cavabdeh1 arasında Bakı şəhəri 45 saylı notariat kontorunda bağlanmış 24 oktyabr 2017-ci il tarixdə renta müqaviləsi ləğv edilməli və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
56. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 45 saylı notariat kontorunda bağlanmış 24 oktyabr 2017-ci il tarixli renta müqaviləsi ləğv olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova