Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1836/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçinun və Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs Başçısının 03 noyabr 1994-cü il tarixli, 1261 saylı sərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, Maraqlı şəxs Başçısının 03 noyabr 1994-cü il tarixli 1261 saylı sərəncamına əsasən ona fərdi evin tikilməsi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. 1998-ci ildən həmin torpaq sahəsində ev tikərək yaşamışlar və bütün kommunal xərclər, vergilər ödənilmişdir. Həmin sərəncam dövlət arxivində öz əskini tapmışdır. Lakin həmin sərəncamda onun adı "Sürəyya" əvəzinə "Süraya" kimi yazılmışdır. Halbuki, bütün sənədlərində adı “Sürəyya” kimi qeyd olunmuş, yalnız həmin sənəddə "Süraya" kimi yazılmışdır. Hazırda istifadə etdiyi torpaq sahəsinə dair sənədləşdirmə apararkən sərəncamda adının səhv yazılması müəyyən edilmişdir və bu səbəbdən o, torpağı sənədləşdirə bilmir. Sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Belə ki, həmin sərəncam hüquqmüəyyənedici sənəddir, torpağın sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, o, ərizəçinin ərizəsi və iş materialları ilə tanış olmuşdur, ərizədə qeyd olunan sərəncamda ərizəçinin adı ilə bağlı texniki səhvə yol verilib, ona görə də ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, ərizəçinin uzun müddətdir qonşusudur. Hər kəs ərizəçini “Sürəyya” kimi tanıyır, onun bütün sənədlərində də adı belə qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. Ərizəçiyə anadan olanda “Sürəyya” adı verilmişdir, uşaqlıqdan hər kəs onu “Sürəyya” kimi tanıyır, rəsmi sənədlərdə də ərizəçinin adı “Sürəyya” kimi qeyd olunmuşdur. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Başçısının Müavini tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Maraqlı şəxs başçısının xx.xx.1994-cü il tarixli, 1261 nömrəli sərəncamında torpaq sahəsi ayrılmış şəxs X5 qeyd edilmişdir. Rayon icra hakimiyyətinə təqdim edilən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində Ərizəçi qeyd edilmişdir. Sözügedən sərəncamda Süraya adının Sürəyya kimi oxunmasına dair hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Eyni zamanda izah edilmişdir ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanma müddəti "daimi" göstərilmiş sənədlər "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon icra hakimiyyətinin başçısı tərəfindən 1996-cı il tarixində imzalanmış sərəncamlar və onlara aid digər sənədlər Azərbaycan Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən sözügedən quruma müraciət edilməsi tövsiyə olunmuşdur İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının “Fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə” 1261 saylı, xx.xx.1994-cü il tarixli sərəncamının surətindən görünür ki, Lökbatan qəsəbəsi, 28 Aprel küçəsi, ev 1, mənzil 17-də yaşayan X2 fərdi yaşayış evi tikdirməsi üçün Lökbatan qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv.m ayrılıb verilməsinə dair sərəncam verilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan, Kalinin rayonunda anadan olmuşdur, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 1, mənzil 17-də qeydiyyatdadır. İş materiallarında olan İ-ZJ seriyalı, 269492 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan, Kalinin rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 1261 nömrəli xx.xx.1994-cü il tarixli sərəncama əsasən, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, ev 35A ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş 310936 seriyalı tədiyyə bildirişinin və mədaxil qəbzlərinin surətindən görünür ki, Lökbatan qəsəbəsi, massiv 6, küçə 1, ev 35a ünvanı üzrə Ərizəçi torpaq vergisi hesablanmış və həmin vergi ödənişləri Ərizəçi tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qonşular tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri aktdan görünür ki, Ərizəçi 2008-ci il tarixdən Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, ev 35A ünvanında yaşayır. İş materiallarına həmçinin Maraqlı şəxs Başçısının 03 noyabr 1994-cü il tarixli, 1261 saylı sərəncamına əsasən Mustafayeva Süraya (Sürəyya) Hümbət qızına ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmişdir. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatlarda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda, o cümlədən ərizəçinin şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində qeyd olunan məlumatlar, habelə ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, hazırda maraqlı şəxsin nümayəndəsinin ərizənin təmin edilməsinə etiraz etməməsi halları nəzərə alınaraq, ərizə təmin edilməli, Maraqlı şəxs Başçısının 03 noyabr 1994-cü il tarixli, 1261 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs Başçısının 03 noyabr 1994-cü il tarixli, 1261 saylı sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1836/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1836/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver