Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1863/2022 06.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli aktın ləğv edilməsi və "xxxx" ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 530 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə aralarında bağlanmış müqavilə əsasında hazırda yaşadığı ünvan 1 ünvana qaz sayğacı qoyulmuşdur. Həmin vaxtdan onlar qaz sayğacından istifadə etmişlər. Bundan sonra sayğacın istismar müddəti başa çatdığından dəyişirərək sayğacı dəyişdirilmişdir. Sayğac dəyişdirilərkən hər hansı bir problemin olması qeyd edilməmişdir. Sonradan onun iştirakı olmadan xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, sayğac laborariyaya göndərilmişdir. Guya müəyyən edilmişdir ki, sayğacı çıxış plastmas borusu deşilmişdir. Sayğac onların evindən kənarda quraşdırılmış və onun həmin sayğaca müdaxilə etməsi mümkün deyildir, eyni zamanda sayğaca nəzarət idarə tərəfindən edilməli idi. Hazırda Cavabdeh onun 530 manat borcu olduğunu bildirir. O sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşdirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Göründüyü kimi əvvəlki sayğacın istismar müddəti bitmişdir, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi 17 ünvana aid 14053815 nömrəli qaz sayğacına dövlət yoxlamasından çıxış plastmas borusu deşik olması rəyi verilib. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh İB-nin SOCAR**********30991710X04083 saylı, 13 oktyabr 2021-ci il tarixli telefonoqramına əsasən 19 oktyabr 2021-ci il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan Fransa istehsalı, G4 markalı, İtron tipli Smart Payment” qaz sayğacı 02 noyabr 2021-ci il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. xx.xx.2021-ci il tarixli qaz sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, ünvan 1 ünvana məxsus sayğacın çıxış borusu deşilib, sayğac qutuya qoyuldu və 20328888 №li plombla plomblandı. xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın, bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlər icra olunması tədbiri qoyulmuşdur. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, G-4 markalı, 1402AZ**********15 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixində yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2021-ci il tarixli, MSK 29/1710-04083-2 saylı aktına əsasən sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib, xətalar təyin edilə bilmədi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğunda yoxlamaq mümkün deyil, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, sayğacın çıxış plastmas borusu deşilib rəyi verilmişdir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (MM-in 560.3 və 560.3.5.2-ci maddələri). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Digər tərəfdən iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə məhkəmə razılaşa bilmir. Belə ki, aktda sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilsə də, bunun məhz cavabdehin qanunazidd hərəkətləri nəticəsində baş verməsi mötəbər sübut və dəlillərlə təsdiq olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı olan cavabdeh məsuliyyət daşımadığından və qeyd olunan akt cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan həmin borcun silinməsi barədə iddiaçının dəllilləri əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli akt ləğv edilməli, İddiaçı adına hesablanmış 530 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli akt ləğv edilsin. İddiaçı adına hesablanmış 530 manat borc silinsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1863/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1863/2022
06.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver