Məhkəmə qərarları › İş №2(002)-1868/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1868/2021

01.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1868/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X16 qızının katibliyi, Ərizəçi Maraqlı şəxs nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 mart 2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X5 və 01 aprel 2009-cu ildə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlanlarım X10 07 mart 2000-ciildə, X7 01 aprel 2009-cu ildə doğulmuşdur. Oğlanları hal-hazırda onunla birlikdə faktiki yaşadığı Qaradağ rayonu,Lökbatan qəsəbəsi, massiv 1, küçə 3,ev 111 A ünvanında yaşayır. X2 birinci qrup əlildir, psixifıziki inkişafdan geri qalır, əsəbidir. Eyni zamanda digər oğlu X11 oğlu da eyni xəstəlik diaqnozu ilə müalicə alır, xəstədir. Özlərini idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Xüsusi qulluq olmaqla onlara kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlanları X5 və X4 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlanlarının fəaliiyət qabiliyyət olmamasını müəyyən etdirmək ona onlara qəyyum olunması üçün lazımdır. Qeyd olunanları nzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında öz izahatında ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, ekspert rəyini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 262626 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 aprel 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş İ-AZ seriyalı, 190140 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 mart 2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.07.2021-ci il tarixli 1609 saylı ekspert rəyindən görünür ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.07.2021-ci il tarixli 1610 saylı ekspert rəyindən görünür ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan 1 saylı Bakı DOST Mərkəzinin 21 may 2021-ci il tarixli arayışının məzmunundan aydın olur ki, sağlamlıq imkanları məhdud X6 Dölət Sosial Müdafiə Fondu tərəfindən 150 manat məbləğində aylıq sosial müavinət və ona qulluğa görə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidenti təqaüdünü alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizlikləri mübahisələndirilən 07 mart 2000-ci il təvəllüdlü X5 və 01 aprel 2009-cu il təvəllüdlü X3 anasıdır. X5 və X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 27.07.2021-ci il tarixli 1609 saylı və 27.07.2021-ci il tarixli 1610 saylı ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, X10 və X7öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır, buna görə də X10 və X7fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 mart 2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X10 və 01 aprel 2009-cu ildə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 mart 2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X10 və 01 aprel 2009-cu ildə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar