Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1877/2021 09.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.05.1976-cı ildə doğulmuş xalası Qasımoa (Qasımova) Ruhiyyə Əhmədağa qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X7 15.05.1976-cı ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsində anadan olmaqla onun xalasıdır. Xalası xəstə olmaqla ona dərin kəmağıllılıq, idiotiya, kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Xalasında tez-tez qıcolma baş verir, sərbəst yeriyə bilmir, nitqi və əqli inkişafdan geri qalmışdır. Güründüyü kimi, xalası X4 xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Xalası ailə qurmamışdır, onunla və anası ilə birgə yaşayır, başqa qohumu yoxdur. Anası xəstə olduğundan məhkəməyə özü müraciət etmişdir. Odur ki, X1 fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, xalasının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 887826 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 noyabr 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X9, anası X5r. İş materiallarında AZ-İ seriyalı, 298478 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X18, anası X6r. İş materiallarında AZ-T seriyalı, 016578 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 may 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X9, anası X5r. İş materiallarında olan X4 məxsus AZE No 17077078 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 15.05.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs Başçısının Lökbatan qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, massiv 2, ev 58 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-0 seriyalı 666233 saylı arayışdan görünür ki, X7 müddətsiz İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 04.08.2021-ci il tarixli, 1716 saylı rəyindən görünür ki, X2 ağır əqli gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, internat məktəbda yardımçı proqram üzrə bir neçə il təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasının uşaq şöbəsində müalicə olunması, xəstəli ilə əlaqədar İİ qup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün primitivliyi, əhvaliruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, Qasımoa (Qasımova) Ruhiyyə Əhmədağa qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, Qasımoa (Qasımova) Ruhiyyə Əhmədağa qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, 15.05.1976-cı ildə anadan olmuş Qasımoa (Qasımova) Ruhiyyə Əhmədağa qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15.05.1976-cı ildə Bakı şəhərində anadan olmuş Qasımoa (Qasımova) Ruhiyyə Əhmədağa qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1877/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1877/2021
09.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver