Məhkəmə qərarları › İş №2(002)-1880/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1880/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1880/2024 03.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, S.Vurğun küçəsi, 22 saylı evə dair 1963-cü ildə tərtib edilmiş Texniki Pasportunda “X17 ”xx.xx.1999-cu ildə vəfat etmişir X18 ilə eyni şəxsə olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəyə dəqiqləşdirmə ərizəsi verərək, ünvan 1 ünvanına dair 1963-cü ildə tərtib edilmiş texniki pasportun və ona əlavə edilmiş texniki inventarizasiya kitabının X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki o, xx.xx.1964-cu ildə Azərbaycan Respublikasının Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, S.Vurğun küçəsi , ev 22 anadan olmuşdur. X4 1930-cu ildə anadan olmuş və xx.xx.1999-cu ildə vəfat etmişir. X1 1935-ci ildə anadan olmuş xx.xx.2006-cı ildə vəfat etmişdir. Hər iki valideyninə Ölüm haqqında şəhadətnamə verilmişdir. Ailədə 4 qardaş və 2 bacı olmuşdular. Onlar bütün ailə üzvlərinin hamısı Bakı şəhəri, Qaradağ ray. Ələt qəsəbəsi, S.Vurğun küç , ev 22 yaşamışdılar. O zaman elə başa düşmüşdülər ki, yaşadığı ev X4nun adına olmuşdur. Ona görə Bakı şəhəri 4 saylı Notariat Ofisində X4nun adına vərəsəlik işi açılmışdır. Yaşadığı evə vərəsəlik şəhadətnaməsinin verilməsi və Reyestr qeydinin aparılması üçün müraciət etdikdə, məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ ray. Ələt qəsəbəsi, S.Vurğun küç ,22 saylı ev babam Neymətov Əicuvan (Əlicarvan) Nəməd oğlunun adına ilkin sənədləşmə aparılmışdır. X33 adı evin Texniki Pasportunda “Əlicarvan” kimi yazılmışdır. X13 xx.xx.1977-ci ildə vəfat etmiş və bu barədə xx.xx.2023-cü ildə “Ölüm haqqında Şəhadətnamə” verilmişdir. Qeyd edir ki, babası X22 vəfat edəndən sonra evin TexnikiPasportu X4nun adına yenidən yazılmış və o zaman babasının adı köhnə sənddə qeyd olunmuş kimi, yəni “Texniki Pasport”da “Əlicarvan” kimi yazılmışddır. Ona görə də evin sənədləşdirilməsi mümkün olmamışdır. Hazırda Reyestr Xidmətində araşdırma aparılmış və belə məlum olmuşdur ki, o zaman yaşayış evlərini sənədləşdirilməsini “Rus” dilli şəxslər tərəfindən və “Rus dilində aparılmışdır”.Ona görə də evin Texniki Pasportunda babasının adı səhv yazılaraq “Əlicarvan” kimi göstərilmişdir. Halbuki, onun babasının adı “Əlcuvan” olmuşdur. Babasının “Ölüm haqqında Şəhadətnamədə” X14 yazılmışdır. "Doğum haqqında Şəhadətnamədə” X36 atasının adı “Əlcuvan” kimi göstərilmişdir. X36 “X30” ata adı kimi “Əlicuvan” kimi reyd edilmişdir.O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət hüdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 sylı Bakı Ərazi İdarəsinə müraciətimə cavab olaraq xx.xx.2024-cü il tarixli Na 3-21-3-30/2-N0110- i 2024-**********11 saylı məktubunda qeyd etmişdir ki, “İdarənin arxivində X7 adına 1963-cü ildə tərtib edilmiş Texniki Pasport mövcuddur" X17 ilə X8 eyni şəxsin olması faktı təsdiq edilmiş sənəd təqdim edildikdən sonra qeyd olunan Texniki Pasportun sürəti rəqdim oluna bilər" Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev faktiki olaraq mövcuddur, 4 otaqlıdır, Ələt qəsəbəsindədir. Evin çıxarışı yoxdur, texniki pasportu var. Hazırda həmin ev üçün çıxarış almaq istəyir. Bu zaman texniki pasportda babasının adı səhv yazılıb. Özü də həmin evdə yaşayır. Babasının əsl adı Əlcuvan olmasına baxmayaraq, texniki pasportda Əlicarvan oğlu yazılmışdır. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş АЗ seriyalı 548139 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X23 X4, X1dır. İş materiallarına əlavə olunmuş İİ-ИЕ seriyalı 045757 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9 atası X24, anası X5r. İş materiallarına əlavə olunmuş İİ-ИЕ seriyalı 391770 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X16 atası X19, anası X3r. İş materiallarına əlavə olunmuş V-ЖГ seriyalı 343427 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X18 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixində 25 nömrəli akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 375545 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1977-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixində 15 nömrəli akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş ИЕ seriyalı 247570 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, X18 ilə X10 arasında nikah xx.xx.1956-cı il tarixdə 259 saylı akt ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş İİ-ИЕ seriyalı 447190 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 atası X24, anası X5r. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı ******* saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-ci il tarixində 505 nömrəli akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi na müvafiq məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İdarənin arxivində X7 adına Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 95 ünvanına dair 1963-cü ildə tərtib edilmiş texniki pasport mövcuddur. Eyn zamanda əlavə edilmişdir ki, hazırda X17 ilə X8 eyni şəxsın olması faktını təsdiq edən sənəd təqdim edildikdən sonra qeyd olunan texniki pasportun surəti təqdim oluna bilər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 45 saylı Notariat ofisinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış xx.xx.2024-cü il tarixli 68 nömrəli məktubundan görünür ki, X8 adına vərəsəlik işi açılmışdır. X8 adına olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə dair dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 1963-cü ildə tərtib edilmiş texniki pasportdan və ona əlavə edilmiş texniki inventarizasiya kitabından görünür ki, ünvan 1 ünvanında yerləşən evin sahibi X12r. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən evə dair 1963-cü ildə tərtib edilmiş Texniki Pasportda ev sahibinin ata adı yanlış olaraq “Əlicarvan” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətlərinə cavab olaraq sənədin həmin müvafiq şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsininin arxivində olan və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 95 ünvanına dair 1963-cü ildə tərtib edilmiş texniki pasportda ev sahibinin ata adı (Əlicarvan) həmin şəxsin digər sənədlərdəki(evlilik haqqıında və ölüm haqqında şəhadətnamələrdə qeyd edilmiş) ata adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Hazırda mülki iş üzrə mübahisəli hüqüqmüyyəndici sənədlərin verildiyi şəxs olan-X35(Əlicarvan) oğlu ərizəçinin atasıdır. İş materiallarında olan bütün sənədlərdə ərizəçinin babasının adı Əlicuvan kimi qeyd edildiyi halda mübahisəli olna hüquqmüəyyənedici sənəddə səhvən Əlicarvan kimi göstərilmişdir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanına dair 1963-cü ildə tərtib edilmiş texniki pasportun və ona əlavə edilmiş texniki inventarizasiya kitabının X15 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 95/22 ünvanına dair 1963-cü ildə tərtib edilmiş texniki pasportun və ona əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 95 ünvanına dair texniki inventarizasiya kitabının X15 məxsus olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 95/22 ünvanına dair 1963-cü ildə tərtib edilmiş texniki pasportun və ona əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 3-cü Qəsəbə küçəsi, ev 95 ünvanına dair texniki inventarizasiya kitabının X15 məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar