Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1882/2023 01.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X4, cavabdeh İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1, ev 41 A, 18 saylı mənzildən istifadə hüququna 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 41A, mənzil 18 onun mülkiyyətindədir. Cavabdeh İddiaçı onun oğludur, onu uşaqlıqdan övladlığa götürmüş, böyük əziyyətlə böyütmüş, 28 yaşına kimi oğlu heç yerdə işləməmiş, onun bütün xərclərini özü ödəmişdir. Buna baxmayaraq, son illərdə oğlu ona və anasına ciddi problemlər yaratmış, onlarla yola getməmiş, hədə-qorxu gəlmiş, ölümlə hədələmiş, hətta onlara qarşı cinayət əməllərinə yol vermişdir. Belə ki, oğlu 2015-ci ildə Zoya adlı qadınla evlənmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(002)-2846/2021 saylı qətnaməsi ilə nikahları pozumuş, hər iki uşaq analarının yanında saxlanılmaqla oğlundan hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin tutulması qət edilmişdir. Nikahları pozulduqdan sonra Zoya uşaqlarını da götürüb Ukrayna Respublikasına valideynlərinin yaşadığı ünvana köçmüş, cavabdeh isə uşaqlarına ödənməli alimenti ödəmədiyinə görə iddiaçı və həyat yoldaşı onun yerinə alimentlə bağlı Zoyaya ödəniş etmək məcburiyyətində qalmışdır, buna dair qəbzləri də vardır. Bundan başqa, cavabdeh iki ildən çoxdur ki, evdən getmiş və üç uşağı olan başqa bir qadınla yaşamağa başlamışdır. Qeyd edir ki, cavabdeh övladlığa götürüldüyünü də ondan deyil, uzaq qohumları olan həmin qadının ailəsindən öyrənmişdir. Bundan sonra münasibətləri tamamilə pozulmuş və gərginləşmişdir. Evdən gedərkən cavabdeh onların qızıl-zinət əşyalarını və pullarını oğurlamışdır, bununla bağlı polisə müraciət etmişlər, lakin həbs olunmasını istəmədiklərinə görə dərinə getməmişlər. Bundan başqa, cavabdehin adına 3-4 il əvvəl 20 min manata “Mercedes” markalı avtomobil almış, cavabdeh isə həmin avtomobili onun xəbəri və razılığı olmadan satmış, pulunu da mənimsəmişdir. Ümumiyyətlə, əvvəllər iki avtomobili ilə bağlı cavabdehə etibarnamə vermiş, sonuncu avtomobili isə birbaşa cavabdehin adına almışdır. Qeyd olunanlara əsasən hesab edir ki, onun və həyat yoldaşının hazırda cavabdehlə birgə yaşaması mümkün deyildir, cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, istifadə hüququna malik olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, ona görə də hazırda 5000 manat kompensasiya ödəməklə ona məxsus mənzildən cavabdehin istifadə hüququna xitam verilməsini tələb edir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X10 iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı kompensasiya məbləğini müəyyən edərkən, cavabdehin son dövrdə ələ keçirdiyi iddiaçıya məxsus əmlakların, o cümlədən avtomobilin dəyərini, həmçinin cavabdehin iddiaçıya məxsus mənzilin bir otağında yaşadığını və müvafiq ərazi üzrə birotaqlı mənzillərin kirayə qiymətlərini nəzərə almışdır. Kirayə qiymətləri ilə bağlı arayışlar məhkəməyə təqdim edilmişdir. “Mercedes” markalı avtomobillə bağlı deyilənləri isə cavabdeh özü hazırlıq iclasında qismən etiraf etmiş, təqribən üç il əvvəl alınmış “Mercedes” markalı avtomobilin dəyərinin yarısını atasının, yarısını özünün ödədiyini, avtomobili bu il satdığını və pulunu xərclədiyini bildirmişdir. Bundan əlavə, cavabdeh iki ildən çoxdur ki, Lökbatan qəsəbəsinə ikinci arvadının mənzilinə köçməklə normal şəraiti olan evdə yaşayır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə baxışı zamanı cavabdeh İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı cavabdehi uşaq evindən götürmüş, ona öz adını vermiş, onu öz oğlu kimi böyütmüşdür. Cavabdeh iddiaçının yeganə övladıdır, tərəflər arasında uzun müddət mehriban münasibətlər olmuşdur, məhkəməyə təqdim edilən fotoşəkillərin surətlərindən də tərəflərin mehriban ailə üzvü olduqları görünür. Buna baxmayaraq, iddiaçı övladlığa götürülənə münasibətdə öz öhdəliklərini pozaraq, övladlığa götürdüyü cavabdehi yaşadığı evdən əsassız olaraq məhrum etmək istəyir. Bütün problemlər cavabdehin iddiaçı tərəfin qohumu olan Pərvin adlı xanımla evlənməsindən sonra yaranmışdır. İddiaçı tərəf buna qətiyyən qarşı olmuş, cavabdehin başqa bir şəxslə evlənməsini istəmiş, lakin cavabdehin Pərvin adlı xanımla evləndiyini biləndən sonra onu evdən qovmuş və bir daha evə buraxmamışdır. Hətta cavabdehi təhdid etmiş, üstünə “qoçu” göndərməklə onu hədələmişdir. Bu barədə polisə də müraciət edilmişdir. Əslində iddiaçı tərəfin dəlilləri tamamilə əsassızdır. Belə ki, cavabdehin birinci ailəsinin dağılmasında da iddiaçı tərəfin təqsiri olmuşdur və cavabdeh aliment borcunu ödəməyi iddiaçıdan xahiş etməmişdir. Bundan başqa, cavabdeh iddiaçıya məxsus evdən qızıl-zinət əşyası və pul oğurlamamışdır, bu barədə iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iddiaçı öz adına olan iki avtomobilə dair cavabdehə etibarnamə vermiş, **-OZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil isə cavabdehin mülkiyyətində olmuşdur və cavabdeh həmin avtomobil üzərində müstəqil sərəncam vermək hüququna malik olmuşdur. Ona görə də cavabdehin iddiaçının əmlaklarını ələ keçirməsi barədə iddiaçı tərəfin dedikləri həqiqətə uyğun deyildir. Bundan başqa, iddiaçı Pərvin xanımla evləndikdən sonra evdən qovulmuş və ailəsi ilə birgə kirayədə yaşamağa məcbur olmuşdur. Ona görə də, iddiaçı tərəfin birotaqlı mənzillərin kirayə qiymətləri ilə bağlı arayışlara istinad etməsi əsaslı deyildir. Nəzərə alsaq ki, cavabdeh əvvəl dördotaqlı mənzildə yaşamışdır və hazırda Pərvin xanımla evləndiyindən ailəsi ilə birgə birotaqlı mənzildə kirayədə yaşaya bilməz, həmçinin müvafiq ərazi üzrə oxşar şəraitli dördotaqlı mənzilllərin aylıq kirayə haqqı 450-500 manat təşkil edir, təklif edilmiş kompensasiya məbləği cavabdehin evli olduğu nəzərə alınmaqla olduqca aşağıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin əsassız hesab olunaraq rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, iddiaçının həyat yoldaşının bacısı qızı onun gəlinidir. Cavabdeh isə onun kürəkənidir. Tərəflər arasında iki ilə yaxındır ki, mübahisə var. Onun qızı Pərvin və cavabdeh Lökbatanda yaşayırlar. Cavabdeh öz ailəsini çox istəyir, onlarla barışığa çalışır, lakin ailəsi qəbul etmir. Bir dəfə yaz aylarında qızı Pərvin ona zəng edərək bildirmişdir ki, iddiaçının bacısı oğlu Dima cavabdehə hədə-qorxu gələrək, ona hər şeydən imtina etməklə mübahisəli mənzildən qeydiyyatdan çıxmalı olduğunu bildirmiş, daha sonra qızı polisə zəng vuraraq bu barədə məlumat vermişdir. Tərəflər arasında münasibətlərin pozulmasının səbəbi cavabdehin onun qızı ilə evlənməsi olmuşdur, iddiaçı cavabdehin başqası ilə evlənməsini istəmişdir. Məhkəmə izahatları və şahid ifadələrini dinləyib, iş materiallarında olan yazılı sübutları və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 071364 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, ev 41A, 18 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/122181 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3 ünvan 1, ev 41A, 18 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan XİX-JQ seriyalı, 255418 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası İddiaçı, anası X1. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2846/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Horlenko Zoia (Zoya) arasında 05 fevral 2016-cı il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsində 26 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X6 cavabdeh Horlenko Zoia (Zoya) yanında və himayəsində saxlanılması, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Horlenko Zoianın (Zoya) xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Hacıyeva Tamamat və İddiaçı tərəfindən Horlenko Zoia (Zoya) adına müxtəlif vaxtlarda və məbləğlərdə pul köçürmələri həyata keçirilmişdir. İş materiallarında olan Daşınmaz əmlak mərkəzi tərəfindən 10 saylı Vəkil bürosunun vəkili X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1, ev 41A, 18 saylı mənzildə olan şəraitə uyğun həmin ətrafda birotaqlı mənzillərin kirayə haqqı təxminən 180-200 manat təşkil edir. İş materiallarında olan X12 (VÖEN **********) tərəfindən 10 saylı Vəkil bürosunun vəkili X5 ünvanlanmış arayışdan görünür ki, ünvan 1, ev 41A, 18 saylı mənzildə olan şəraitə uyğun həmin ətrafda 1 (bir) otaqlı mənzildə kirayə haqqı təxminən 150 manat civarındadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 38-ci PB-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Nazim yaşadığı evdə onu və həyat yoldaşını öldürəcəyi ilə hədələmiş, həmçinin evdən qızıl və pul götürərək geri qaytarmaqdan imtina etmişdir. Bundan başqa, öz pulu ilə aldığı, lakin oğlunun adına sənədləşdirdiyi avtomobili də icazəsiz aparmışdır. Oğul İddiaçı PB-nə gələrək bildirmişdir ki, qızıl və pulu götürməmiş, lakin avtomobili götürmüşdür, avtomobil öz adınadır. Nəticədə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 525296 saylı nikah haqqında şəhadətnamənin görünür ki, İddiaçı ilə X2 18 iyul 2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan ƏN-İİ No 912735 saylı, xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Mercedes-Benz E240 MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı etibarnamə vermişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən notarial hərəkətlər barədə çıxarışlardan görünür ki, “Mercedes-Benz E320 MİNİK” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi xx.xx.2019-cu il tarixdə verilmiş, həmin avtomobilin mülkiyyətçisi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə başqa şəxsin adına avtomobilə dair etibarnamə verilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, ünvan 1, ev 41A, 18 saylı mənzilin mülkiyyətçisi İddiaçıdir, cavabdeh isə onun oğlu olmaqla həmin mənzildə qeydiyyatdadır. İzahatlardan, şahid ifadəsindən, iş materiallarında olan yazılı sübutlardan, o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, mülkiyyətçi olan iddiaçı ilə cavabdeh oğlu arasında təqribən son iki il ərzində münaqişə mövcuddur, münaqişə nəticəsində mülkiyyətçi olan iddiaçı hətta cavabdehin onu ölümlə hədələməsi və mənzildən oğurluq etməsi barədə polis orqanına şikayət etmişdir, bu müddət ərzində cavabdeh ailə quraraq yeni ailəsi ilə birgə başqa ünvanda yaşamışdır. Hazırda tərəflərin qarşılıqlı münasibətlərində yaranmış vəziyyət baxımından, cavabdehin iddiaçıya məxsus mənzildə istifadə hüququnun mövcudluğunun iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırması barədə izahatı başadüşüləndir. Mülki işin halları baxımından yetkinlik yaşına çatmış cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olduğu da müəyyən edilmir. Digər tərəfdən, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, həmin kompensasiyanın məqsədi, təyinatı və mahiyyəti nəzərə alınmaqla, onun məbləğinin ədalətli və ağlabatan olmasına hüquqi qiymət verilərkən, iş materiallarında olan kirayə qiymətləri barədə arayışlarla yanaşı aşağıdakı hallar da nəzərə alınmalıdır: xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh təqribən üç il əvvəl pulunun yarısını atası verməklə 19500 manata “Mercedes” markalı avtomobil aldığını, bu il onu 12500 manata satdığını və borclarını bağladığını bildirmişdir, qeyd olunan izahatda göstərilən müddətlər isə iş materiallarında olan notarial hərəkətlər barədə çıxarışlarla təsdiq olunur. Bundan əlavə, məhkəmə qeyd edir ki, kompensasiya cavabdehin özünün istifadə hüququna xitam verilməsi ilə əlaqədar olduğundan, cavabdehin mənzildən getdikdən sonra şəxsi həyatında dəyişiklik olması (onun ailə qurması) kompensasiya verilərkən hazırki ailəsinin nəzərə alınmasını zəruri edən amil deyildir və cavabdeh tərəfin bu barədə dəlili əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» X7 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına əsasən, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı İddiaçı məxsus ünvan 1, ev 41A, 18 saylı mənzildən istifadə hüququna İddiaçı tərəfindən 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1882/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1882/2023
01.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver