Məhkəmə qərarları › İş №2(002)-19/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-19/2023

01.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-19/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərinin 10-cu km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yurdlar (metal zavodu) ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda olan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik magistral neft kəmərinin 10-cu km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yurdlar (metal zavodu) ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda qanunsuz tikinti işlərinin görülməsi xx.xx.2020-ci il tarixdə İdarənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu Qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması; heyvan saxlamaq; balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Cinayət Məcəlləsinin 222-2-ci maddəsinə əsasən müvafiq icazə almadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərədən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş 20 iyul 2020-ci il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, X2 istismarında olan Daşgil-Lökbatan Dş 300 mm-lik boru kəmərinin 10-cu km-də kəmərdən 42 metr aralı (Şirvan-Bakı Dş 500 yerüstü neft kəmərinin 56,3-cü km-də) məsafədə Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurdlar ünvanında yaşayan Cavabdeh məxsus yeni tikinti işinin aparılması aşkarlanmışdır. Aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli, 72 saylı sərəncamından görünür ki, Bakı şəhər XDS İK-nın 27 yanvar 1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq ünvan 3 ünvanda yaşayan Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldığına görə vətəndaş mənzil növbəsindən çıxarılmışdır. Sərəncamla yaşayış evinin tikintisinin fərdi və yaxud birtipli layihə əsasında aparılması qərara alınmışdır. Vətəndaşa tapşırılmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün rayon MKTB ilə müqavilə bağlasın. Sərəncamda həmçinin göstəriş qoyulmuşdur ki, fərdi yaşayış evinin tikintisi rayon İcra Hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətinə başa çatdırılsın. Tikintiyə nəzarət rayon İHB-nin Qobustan qəsəbəsi üzrə nümayəndəliyinə və rayon polis idarəsinin 11-ci polis bölməsinə tapşırılmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddia ərizəsində özbaşına tikili kimi qeyd edilən ev Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli 72 saylı sərəncamına əsasən bunun üçün sərəncamda ayrılmış torpaq sahəsində inşa edilmişdir. Həmin sərəncam hazırda qüvvədədir, mübahisələndirilməmişdir. Məhkəmə mübahisəyə obyektiv, tam, ədalətli baxılması və hüquqi qiymət verilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 10/3629 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi və 22 metr (13+9) uzunluğunda daş hasar SOCAR-ın İddiaçı istismarında olan Daşgil- Lökbatan Dş 300 mm-lik magistral neft kəmərindən 41,1 metr məsafədə yerləşdiyinə görə, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın Magistral neft kəmərlərinin xətti hissəsinin istismarı zamanı təhlükəsizlik tədbirləri bölməsinin (İV bölmə) 4.1.2. bəndinin tələbinə əsasən neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edildi (qərardadın 1, 2, 3-cü sualları üzrə). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmadığına görə qərardadın 4-cü sualını cavablandırmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2001-ci il tarixli sərəncamına müvafiq olaraq ünvan 3 ünvanda yaşayan Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin torpaq sahəsində tikili inşa etmişdir. Cavabdehə torpaq sahəsinin ev tikintisi üçün ayrılması barədə sərəncam hazırda qüvvədədir. Məhkəmə yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, belə olduğu təqdirdə iddianın təmin edilməsi mümkün deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 50 (əlli) manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar