Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-190/2024 09.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X9 onun oğlu olmaqla 07 mart 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əli müddətsiz olaraq birinci qrup əlildir. Əlinin diaqnozu “ağıl zəifliyi, kobud nitq və davranış pozuntusu” olmaqla onun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Oğluna qəyyum təyin edilməlidir. Odur ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zəruridir. Hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X8 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X7 üzvi ağıl zəifliyi, kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur, qıcolma tutmaları ilə daima kənar şəxsin qulluğuna və himayəsinə ehtiyacı vardır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ərizəçi ailə tərkibi barədə çıxarışdan görünür ki, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş X9 onun övladıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3571 saylı rəyindən görünür ki, X6 dərin əqli gerilik müəyyən edilir. X9 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. X6 müəyyən edilən dərin əqli gerilik ilə əlaqədar onun səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş oğlu X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-190/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-190/2024
09.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver