Məhkəmə qərarları › İş №2(002)-191/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-191/2021

08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-191/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı «vərəsəlik hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı «müddətin bərpası və miras əmlakın vərəsə şərikləri arasında paylarına mütənasib bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.2008-ci ildə, X10 xx.xx.2014-cü ildə vəfat etdiklərindən X2 adına 2017-ci ildə açılmış vərəsəlik işinin başa çatdırılması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilməsi; X5na xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0.1798 ha torpaq sahəsinin vərəsələr arasında bölünməsi (irsi transmissiya da nəzərə alınmaqla), habelə miras qoyanın xəstəloiyi zamanı miras qoyana qulluq v\ onun müalicəsi, dəfni, mirasın mühafizəsi və idarə edilməsi ilə əlaqədar çəkdiyim 5000 (beş min) AZN məbləğində xərcin vərəsə şəriklərindən alınıb ona verilməsini və ədalətli pay bölgüsü (MM-nin 1299-cu maddəsi) aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə məhkəməyə təqdim edərək, iddia ərizəsində qeyd olunan hissələrin çıxarılması, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sabir küçəsi ev 6 ünvanında yerləşən mənzilin tam onun adına vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atam X18 və anası X25 xx.xx.1952-ci ildə dövlət qeydiyyatlı nikah əsasında ailə qurmuşlar. Onların birgə nikahlarından 1952-ci ildə bacısı Gülzar, 1954-cü ildə mərhum qardaşı Bəyalı, 1957-ci ildə qardaşı Mehdi, 1959-cu ildə qardaşı Yaqubəli, 1961-ci ildə o Gülbadam və 1963-cü ildə bacısı Cəmilə anadan olmuşlar. Mərhum atası X19 1954-cü ildə ünvan 1 ünvanda yerləşən faktiki 0,2.5 ha olan torpaq sahəsində yaşayış evi tikmiş və ailəsi ilə birlikdə öldüyü günə kimi orada yaşamışdır. Yaşayış evi xx.xx.1953-cü il tarixli 153/6 saylı “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid" pasportla atasının adına rəsmiləşdirilsə də daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd edilən pasportda aparılmış qeydə əsasən həmin ev və torpaq sahəsi xx.xx.1954-cü il tarixli torpaq sahəsinin ayrılması barədə müqavilə əsasında əldə edilmişdir. Deməli ev və torpaq sahəsi qüvvədə olan qanunvericiliyin tələbinə əsasən valideynlərinin birgə mülkiyyətidir. Faktiki olaraq 0.25 ha ölçüdə olan torpaq sahəsi 0,1798 ha göstərilməklə xüsusi mülkiyyət hüququ əsasında atasına (valideynlərinə) məxsus olmuş və ölümündən sonra miras əmlakı təşkil edir. Obyektin, yəni həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-cu il tarixinə bazar qiyməti 27000 (iyirmi yeddi min) AZN olduğu müəyyənləşdirilmişdir. Miras əmlak təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və atasının adına rəsmiləşdirilməsi işlərini atasının ölümüdən sonra o icra etmişdir. X5 xx.xx.2008-ci ildə anası Vahidova (nikahdan sonra) Xanım Dəmir qızı xx.xx.2014-cü ildə vəfat elmişlər. Bütün bacı və qardaşları ailə quraraq başqa ünvanlarda daimi yaşayırlar. Yalnız o ali təhsilli olaraq işləmiş və valideynlərində bir yerdə onların öldükləri günə kimi həmin ünvanda yaşamış, hazırda da orada yaşayır və qeydiyyatdadır. Qeyd edilən ünvanda o xəstə və yaşlı valideynlərinə qulluq və qayğı göstərmiş, bütün həyatını onlara həsr etmişdir. Bu onun mənəvi borcudur. Hal-hazırda həmin ünvanda onunla bir həyətdə (miras əmlak olan torpaq sahəsində) mərhum qardaşı Bəyalı Vahidovun arvadı və oğlu Elnur yaşayırlar. Onlar tərəfindən tez-tez təhqir olunur, təzyiqlərə məruz qalır, incidilir. Evinə hücum edib onu öldürəcəkləri ilə hədələyir, həyətyanı torpaq sahəsindən və digər mövcud sanitar qovşağı vasitələrindən istifadə etməyə icazə vermir, gecələr pəncərə və qapını tez-tez döyərək məni bezdirmək və evdən həyatyanı torpaq sahəsindən qovmağa çalışırlar. Bu kimi qanunsuz hərəkətlər uzun müddətdir ki. davam etməkdədir. Cavabdeh2 və X7 qeydiyyatda onlarla olmasına baxmayaraq ayrı ünvanlarda yaşayırlar. X2 ölümündən sonra (xx.xx.2008-cinil) miras qalmış əmlaka dair vərəsəlik işinin açılması üçün 2017-ci il tarixdə vərəsə kimi Bakı şəhəri 8 saylı notarial ofisinə müraciət etdiyindən vərəsəlik işi açılmışdır. Lakin miras şərikləri miras əmlakın notarial qaydada bölünməsinə müxtəlif manelər (məsələn, susmuş, notariusun çağırışına gəlməmiş, iş üçün əhəmiyyət kəsb edən sənədləri gizlətmiş və s.) törətmişlər. Bütün bu hərəkətlər ona qarşı yönəlmiş və dövlət tərəfindən müdafiə edilən vərəsəlik hüququnun pozulmasına xidmət edir. Bu hərəkətlər nəticəsində mirasın qəbul edilməsinə baxmayaraq onun vərəsələr arasında bölüşdürülüb başa çatdırılması üçün müəyyən edilmiş müddət keçmişdir. Hesab edirəm ki, müddətin keçməsi üzürlü hesab edilə bilər. X2 ölümündən sonra miras qalmış torpaq sahəsinə çıxarış almış və miras əmlak müəyyənləşdirilmişdir. Atası və anası ilə birlikdə yaşadığından onların xəstəliyi zamanı onların müalicəsinə, öldükdən sonra dəfnlərinə, mirasın mühafizəsi və idarə edilməsinə lazimı xərclər çəkmiş, yəni bütün xərcləri ödəmişdir. Halbuki digər övladlar bu işlərdə maraqlanmamış, öz təsərrüfatları ilə məşğul olmuşlar. Xəstə və yaşlı valideynlərinə xidmətlə əlaqədar olaraq çalışdığı vəzifəni də itirmişdir. Vərəsələr miras payının bölüşdürülməsinin notarial qaydada aparılmasına imkan verməmişlər. Mirasın bölüşdürülməsi zamanı onun birgə nikah dövründə əldə edilməsi də nəzərə alınmamışdır. X10 xx.xx.2014-cü ildə, qardaşı X16 xx.xx.2014-cü ildə vəfat etmişlər. Onlara da irsi transmissiya hüququ tətbiq edilməlidir.Qeyd olunan hallareın nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında iddia ərizəsində yazdığı müddətin bərpası, dəfn xərclərinin ödənilməsi, mirasın bölünməsi hissələrinin çıxarılması və vərəsəlik hüququnun tanınması hissəsinin saxlanmasını, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sabir küçəsi, ev 6 ünvanında yerləşən mülkün tam onun adına vərəsəlik hüququnun tanınmasını məhkəmədən xahiş edərək, buna görə iddia tələbinin dəyişdirilməsi barədə müvafiq ərizə verərək, həmin mənzlinin bütünlüklə onun adına keçirilməsini istədiyini, buna bacı-qardaşlarının razı olduğunu, yalnız Cavabdeh2 öz payından imtina etdiyini şifahi ona bildiridyini, yazılı ərizəsi olmadığından,notarius həmin əmlakı bütünlüklə onun adına vərəsəlik hüququnun tanınmasından imtina etmidşir, ona görə də hazırda bu halın məhkəmə qaydasında müəyyən edilməsini istədiyini, bütünlüklə mənzilin onun adına keçməsini, buna dair vərəəslik hüququnun tanınmasını istədiyini bildirərək, bu halların nəzərə alınaraqöz ayının açiddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X8, X6, Cavabdeh1 xx.xx.2020-ci il tarixli məhkəmə baxış iclaısnda yazılı ərizə yazraq, müvafiq əmlak üzrə öz pyalarından imtina etdiklərini, öz paylarınının İddiaçı verilməsini, məhkəmə iclasının onların iştirakı olmadan işə baxılmaısnı xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İİİ şəxs Bakı Şəhər 8 saylı Notariat Ofisi xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına yazılı ərizə göndərərək, məhkəmə iclasına işə onların iştirakı olmadan baxılmasını məhkəmə xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışın məzmunundan aydın olur ki, İddiaçı həqiqətən Ələt qəsəbəsi, Sabir küçəsi ev 6 ünvanında yaşayır. İş matereilalarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi X15 məxsus olmaqla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ş\xsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun məzmunundan görünür ki, Qaradağ rayonu, Sabir küçəsi 153\6 nömrəli evin sahibi X17r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxx 2008-ci il tarixində ölmüşdür. İş materiallarında olan 8 saylı Notariat Ofisinin 1044 saylı xx xxxx 2019-cu il tarixli məktubunun məzmunundan yadın olur ki, xx xxxx 2008-c i il tarixdə vəfat etmiş X4 miras qalmış əmlka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair mürcaiət daxil olmuş və 53\2017 saylı vərəəslik işi açılmışdır. X11 vəfat etməsi ilə əlaqədar 2017-ci ildə onun vərəsələrindən İddiaçı qıız, X6 mürcaiət etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonunun İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 602 saylı arayışa əsasən, X18 ölənədək ünvan 3 ünvanında onunla birlikdə Cavabdeh2, İddiaçı, X6 ilə birlikdə yaşamışdır. İş materiallarından görünür ki, ünvan 4 ünvanında X29, X18, X12, Cavabdeh2, X26, X31, X34, X40, X27 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxxxx 2014-cü il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxx 2014-cu il tarixində ölmüşdür. İş materialalrından görünür ki, X13, Cavabdeh1, qızı ataları X9 ona miras qalmış əmlaka dair öz paylarından imtina etmiş və bu imtinaya dair ərizə yazaraq notarial qaydada təsdiq etmişlər. İş materiallarından görünür ki, X20 X5ndan ona miras qalmış əmlaka dair öz payını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1279-cu maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 0,1798 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X15 məxsusdur və bu hüquq xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. X18 xx xxxx 2008-cii il tarixdə vəfat etmiş və onun adına miras qalmış əmlaka dair 8 saylı Notariat Kontorunda 53\2017 nömrəli vərəsəlik işi açılmışdır. İddiaçı mübahisə predemti olan müvafiq miras əmlakın bütövlükdə bütün paylar üzrə onun adına vərəsəlik hüququnun tanınması tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ididaçı İddiaçı və cavabdehlər Cavabdeh1 Novrzuəli qızı, Cavabdeh3, Cavabdeh2, X1 Novruzəli Musa oğlunun övladları olmaqla qanun üzrə birinci növbədə vərəsələri qismində çıxış edir. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən edilmişdir ki, X11 arvadı X24 xx xxxxxx 2014-cü il tarixində vəfat etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı X18 tərəfindən sağlığında ona məxsus əmlaka dair yazılmış vəsiyyətnamənin mövcudluğu müəyyən edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, ölmüş şəxs X15 məxsus mübahisə predemti olan müvafiq miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquq münasibətləri yaranmış və onun övladları İddiaçı, Cavabdeh1, Cavabdeh3, Məmmədova Cəmilə, Cavabdeh2 qanun üzrə birinci növbədə vərəsə kimi çıxış edirlər. Deməli, mülki qanunvericiliyin tələbinə əsasən qanun üzrə vərəsələr bərabər pay hüququlu vərəsələr hesab edildiyindən, X9 miras qalmış müvafiq əmlak üzrə onun birinci növbədə olan vərəsələri qismində çıxış edən övladlarının hər biri həmin əmlak üzrə bərabər pay hüququna malikdir. Həmçinin, məhkəmə araşdırması zamanı X11 birinci növbədən vərəsələri olan övladarından Cavabdeh3, Vahidova Gülza, Məmmədova Cəmilə müvafiq miras əmlak üzrə öz pyalarından iddiaçı digər vərəsə olan İddiaçı qııznın xeyrinə imtina etdiklərini bildirmişlər, habelə Cavabdeh3, Cavabdeh1 bu barədə notarial qaydada təsdiq olunmuş yazılı ərizə yazmışlar. Lakin məhkəmə araşdırması zamanı digər vərəsə olan Cavabdeh2 müvafiq miras əmlaka dair öz payından iddiaçının xeyrinə imtina etməsinə dair heç bir hal müəyyən eidlməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qardaşı Cavabdeh2 öz payından onun xeyrinə şifahi olaraq imtina etdiyini bildirsə də, bu barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən qanun üzrə birinci növbədə olan vərəəslərin miras əmlak üzrə bərabərpay hüquqlu olduğundan, bütün vərəsələrin öz paylarından iddiaçının xeyrinə imtina olunması halı müəyyən edilmədiyindən, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı 8 saylı Notariat Ofisi üçüncü şəxs qismində çıxış etməklə, «vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı 8 saylı Notariat Ofisi üçüncü şəxs qismində çıxış etməklə «vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar