Məhkəmə qərarları › İş №2(002)-1918/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1918/2020

28.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1918/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı Balali oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Balali oğlunun cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “borcun ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Balali oğlu cavabdeh “xxxxxxxx” ASC-yə qarşı hesablanmış borcun ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC tərəfindən onun ünvanına hesablanmış 1712,39 manat borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə bağlanmış müqavilə əsasında onun faktiki yaşadığı ünvana işıq sayğacı qoyulmuşdur və o işıq sayğacından istifadə etmişdir. O, müvafiq olaraq işıq pulu vaxtlı-vaxtında ödəmişdir. Həmin vaxtı onun borcu olmamış sonuncu ödənişi də xx.xx.2020-ci il tarixdə etmişdir. Bu zaman onun qalıq borcu olması qeyd edilməmişdir. İşıq sayğacında nasazlıq olduğuna görə müvafiq olaraq müraciət etmiş və işıq sayğacı dəyişdirilmişdir. xx xxxx 2020-ci il tarixdə akt tərtib edilərək sayğaca müdaxilə edilməsi qeyd edilmiş və ona 1712,39 manat borcun olması barədə bildiriş vermişlər. Həmin borc əsassız hesablanmaqla bildirir ki, o işıq sayğacında yaranan nasazlığa görə əlaqədar təşkilata məlumat vermişdir. Bundan sonra Qaradağ işıq idarəsindən sayğacın dəyişirilməsinin lazım olduğunu bildirmişlər və nasazlığa görə heç bir cərimə olmadığım bildirmişlər. İşıq idarəsi tərəfindən 2020-ci ilin iyun aynda sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd etmişlər ki, sayğaca müdaxilə edilmişdir., onun tərəfindən işıq sayğacına heç bir müdaxilə edilməmiş, sayğac evdən kənarda quraşdırılmaqla onun müdaxilə etməyi mümkün deyildir. Əgər edilmişdirsə bu idarənin özü tərəfindən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Balali oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, akt üzrə borc 1597.80 manatdır. Qalan borc sərfiyyat borcudur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli aktdan təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********A0000) mənzilə məxsus elektrik sayğacının elektrik sayğacının alt qapağına vurulmuş möhürün simi kəsikdir. Elektron baxış tablosu oxunmur, baxış tablosunda müdaxilə izləri olması aşkar edilmiş, mənzilə yeni elektrik sayğacın quraşdırılmasına dair tələb qoyulmuşdur. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş “xxxxxxxx” ASC-nin bildiriş xəbərdarlığından görünür ki, İddiaçı Balali oğluna 1712.39 manat borc hesablanmışdır. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli akta əsasən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********A0000) mənzilə məxsus elektrik sayğacının elektrik sayğacının alt qapağına vurulmuş möhürün simi kəsikdir. Elektron baxış tablosu oxunmur, baxış tablosunda müdaxilə izləri olmasə aşkar edilmiş, mənzilə yeni elektrik sayğacın quraşdırılmasına dair tələb qoyulmuşdur. Sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Abunə kodu **********A0000 olan abunə haqqında sənəddən görünür ki,İddiaçı Balali oğlunun akt üzrə cəmi borcu 1597.85 manatdır. Belə ki, «istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra - Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğacların qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli akta əsasən həmin tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********A0000) mənzilə məxsus elektrik sayğacının elektrik sayğacının alt qapağına vurulmuş möhürün simi kəsikdir. Elektron baxış tablosu oxunmur, baxış tablosunda müdaxilə izləri olması qeyd edilmişdir. Akta əsasən iddiaçıya borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə qaydaları»nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də, onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evindən kənarda quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil, enerji təchizatı müəssisəsi, yəni cavabdeh “xxxxxxxx” ASC daşımalıdır. Bundan başqa, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Bu səbəbdən də, göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə Jäsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddənin məzmunundan göründüyü kimi məhkəmə iddianı qismən təmin etməli, «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə riayət edilmədən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli akt əsasında hesablanmış 1597.85 manat məbləğində borc iddiaçıya məxsus **********A0000 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPMin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübut etmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı Balali oğlunun ünvanına hesablanmış 1597 (min beş yüz doxsan yeddi) manat 85 (səksən beş) qəpik məbləğində borc ləğv olunmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Balali oğlunun ünvanına hesablanmış 1597 (min beş yüz doxsan yeddi) manat 85 (səksən beş) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar