Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1920/2021 02.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 06.06.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş qızı X2 və 01.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş qızı X5 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, 06.06.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş qızı X8 və 01.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş qızı X10 onun övladlarıdır. Onlar anadangəlmə xəstə olmaqla birinci qrup əlildirlər. X10 ağır kəmağallıq, hərəkət məhdudluğu və nitqin qüsuru ilə F72 diaqnozu ilə, X8 da eyni diaqnozla xəstədirlər. Qızları özlərini idarə edə bilmirlər, kənar şəxsin qulluğuna ehtiyacları vardır və onlara qəyyum təyin edilməlidir. Odur ki, qızlarının fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, qızlarının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 298553 saylı vəsiqənin surətindən görünür ki, X10 birinci qrup əlildir. İş materiallarında olan 011952 saylı vəsiqənin surətindən görünür ki, X8 uşaqlıqdan əlildir. İş materiallarında olan Şəhər uşaq ruhi-əsəb dispanseri tərəfindən verilmiş epikrizin surətindən görünür ki, X4 imbesillik dərəcəsində ağıl zəifliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 2460 saylı, 18.08.2017-ci il tarixli arayışdan görünür ki, 01.07.1992-ci il təvəəllüdlü X9 ağır kəmağıllıq (kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya) hərəkət məhdudluğu və nitqin qüsuru ilə F72 diaqnozu qoyulmuşdur, kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş materiallarında olan X9 məxsus AZE No 17251018 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 5, ev 3-də qeydiyyatdadır. İş materiallarında olan X4 məxsus AZE No 16898698 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 06.06.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 2, keçid 5, ev 3-də qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 316 saylı arayışdan görünür ki, Əliyev X7 qəsəbəsi, 2-ci massiv, keçid 5, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan XVİ-JQ seriyalı, 445172 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əliyeva Sənayın atası Ərizəçidur. İş materiallarında olan XVİ-JQ seriyalı, 310513 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06.06.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əliyeva Ülviyyənin atası Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 02.08.2021-ci il tarixli, 1684 saylı rəyindən görünür ki, X6 ağır əqli gerilik (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar-körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə oxuya bilməməsi, X13 Dispanserində və Bakı şəhər RƏXD-də ambulator müşahidədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların əksəriyyətini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil, X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 02.08.2021-ci il tarixli, 1683 saylı rəyindən görünür ki, X3 ağır əqli gerilik (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar-körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə oxuya bilməməsi, yardımçı məktəb proqramı üzrə 5 sinif təhsil alsa da elementar biliklərə yiyələnə bilməməsi, X13 Dispanserində və Bakı şəhər RƏXD-də ambulator müşahidədə olması, xəstəliyi ilə əlaqədar əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə ərizəçinin izahatını, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəylərini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin qızları 06.06.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 və 01.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş X10 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də onlar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 06.06.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 və 01.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1920/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1920/2021
02.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver