Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-193/2022 18.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İnzibati Xəta haqqında Protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 277 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli MAS-2934 saylı “X2”nə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVAW01EİHFLE231873 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X2”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən Cavabdeh illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir.“X2” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdmda və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir.Qaradağ rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(002)-1095/2021 saylı qətnaməsi ilə (hakim G.Əhmədova) İddiaçı MMC-nin iddası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 1640.69 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.“Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir.Həmin cərimələr aşağıdakılardan ibarətdir:24.11.2020-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat; 27.11.2020-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat; 27.11.2020-ci il tarixli EQ ******* saylı protokola görə 36 manat; 28.11.2020-ci il tarixli İXP ******* saylı protokola görə 64 manat; 28.11.2020-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 28.11.2020-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 02.12.2020-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat; 02.12.2020-ci il tarixli EQ 5425001 saylı protokola görə 9 manat; 03.12.2020-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat;11.12.2020-ci il tarixli EQ5425005 saylı protokola görə 36 manat; 14.12.2020-ci il tarixli EQ ******* saylı protokola görə 9 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 277 manat məbləğində ödəniş edilmişdir.Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir.Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-1095/2021 saylı 21.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbiüzrə iddia qismən təmin edilərək, 22 oktyabr 2020-cı il tarixli, MAS-2934 saylı X2 ləğv edilməsi, həmin müqaviləyə əsasən 766,32 manat əsas borc, 824,37 manat mükafat borcu, 50 manat dəbbə pulu olmaqla, cəmi 1640,69 manat borc pul vəsaiti və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30.08.2021-ci il tarixli ********** saylı ödəniş tapşırığından da görünür ki, İddiaçı MMC Baş X6nin hesabına 277 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24.11.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 9 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27.11.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 9 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27.11.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 36 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28.11.2020-ci il tarixli İXP ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 64 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28.11.2020-ci il tarixli İXP ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 96 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02.12.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 9 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03.12.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 9 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11.12.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 36 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14.12.2020-ci il tarixli EQ ******* saylı protokolun elektron çıxarışının surətındən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 9 manat məbləğində cərimə olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 09.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında lizing müqaviləsi üzrə münasibətlər mövcud olmuş, iddiaçı öz mülkiyyətində olan avtomobili etibarnamə ilə cavabdehin sahibliyinə vermişdir və avtomobil cavabdehin istifadəsində olduğu zaman törətdiyi inzibati xətalara görə hesablanmış inzibati cərimələri(cəmi 277 manat) iddiaçı ödəmişdir. Nəticədə cavabdeh əsassız qənaət edərək əsasız varlanmışdır.Məhkəmə hesab edir ki, hal-hazırda iddiaçı haqlı olaraq cavabdehdən onun tərəfindən ödənilən 277 manat məbləğində pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.7-cı maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını araşdıraraq iş üzrə sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehin törətdiyi inzibati xətalar nəticəsində yaranan cərimə borcları iddiaçı tərəfindən ödəndiyindən cavabdeh əsassız varlanmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 277 manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat,40(qırx)qəpik məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 277(iki yüz yetmiş yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat,40(qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-193/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-193/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver