Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1943/2020 23.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş atası X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X1 atası olmaqla xx xxxxxx 1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Atasının diaqnozu serebral paralic və müalicə tələb edən ciddi davranış pozuntusudur, o, kənar şəxslərin himayəsinə ehtiyacı olan ağır dərəcəli olmaqla birinci qrup əlildir. Onlar hazırda müəyyən problemlərin həll edilməsi üçün atasını lazımi təşkilatlara aparıb gətirməkdə çətinlik çəkirlər. Odur ki, X4 fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, atasının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında İJ seriyalı, 414513 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında Xİİ-JQ seriyalı, 370859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X7, anası X2. İş materiallarında olan X6 məxsus AZE No 13012258 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 saylı, 499048 saylı arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X7 ikinci qrup əlildir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İsitsmar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1051 saylı arayışdan görünür ki, Ərizəçi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi ev 2, 15 saylı mənzildə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2137 saylı rəyindən görünür ki, X5 mərkəzi sinir sisteminin keçirilmiş insultdan sonrakı üzvi xəstəliyi, dərin ağıl zəifliyi ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, müayinə zamanı təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə hipertoniya xəstəliyindən əziyyət çəkməsi, 2000-ci ildən beyin insultu keçirməsi, sonralar təkrarən insult keçirməsi və bununla əlaqədar stasionar müalicələrdə olması, keçirmiş olduğu insultdan sonra yoxlanılan şəxsdə hərəki funksiyaların pozulması, yaddaşın get-gedə pisləşərək sonradan isə nitqinin itməsi biruzə verməsi, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın nevrapatoloqun, terapevt həkimin ona etdiyi müalicələri qəbul etməsinə baxmayaraq nitqinin tam pozulması, yeriyə bilməməsi, daima yataq xəstəsi olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hal-hazırki müayinə zamanı vegetativ vəziyyətdə olması və s.) sübut edir. Bunlar nəzərə alınaraq belə qərara gəlinmişdir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 müəyyən edilən mərkəzi sinir sisteminin keçirilmiş insultdan sonrakı üzvi xəstəliyi, dərin ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1943/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1943/2020
23.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver