Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1956/2022 29.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmaqla onun qızıdır. Röya xəstə olmaqla diaqnozu gecikmiş beyincik ataksiyası, sinir siteminin pozğunluqları, Hipotoniya xəstəliyi olmaqla 1-ci qrup əlildir, mütəmadi olaraq müalicə olunur, kənar şəxslərin ciddi nəzarət və qulluğuna ehtiyacı vardır. Göründüyü kimi Sevil xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridi və ona qəyyum təyin edilməlidir. Odur ki, X6 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. X2 fəaliyyət qabiliyyət olmaması müəyyən etdirmək ona qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Qaradağ Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Xİ-ЖГ seriyalı 389646 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1986cü il tarixdə Bakı şəhərində doğulmuşdur.Anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair çıxarışın surətindən görünür ki, X5 gecikmiş beyincik ataksiyası, sinir siteminin pozğunluqları, Hipotoniya xəstəliyi olmaqla 1-ci qrup əlil diaqnozu qoyulmuş və kənar şəxslərin ciddi nəzarət və qulluğuna ehtiyacı vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-1956/2022 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4505 saylı ekspert rəyindən görünür ki, Yoxlanılan şəxs X4 DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F03) qeyd olunur. Bunu anamnestik məlumatlar(psixi vəziyyətinin dəyişməsi, yaddaşının zəifləməsi, davranışının qeyri-adekvat olması, TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-də müayindədə olması və ona “Baş-beyin, beyinciyin atrofiyası. Beyincik atakiyası” diaqnozunun təyin edilməsi, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi Əlillik haqqında arayışına əsasən ‘Ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərə çarpan paraparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri”, “Gecikmiş beyincik ataksiyası, Gecikmiş beyincik ataksiyası. Kordinator və hərəki funksiyaların pozulması (yerişin pozulması, səndələmə, hərəkət məhdudluğu) Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yehş funksiyasının pozulması. Kənar şəxsin köməkliyi ilə gəzir. Yanaşı xəstəliklər G.90. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Hipotoniya xəstəliyi-l mərhələ” diaqnozları ilə İ qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyət yaratmağın mümkün olmaması, çətinliklə daxil olması, verilən sualları anamnestik məlumatları açıqlaya bilməməsi, amnestik qabliyyətinin və intellektual səviyyəsinin aşağı olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi meünasibətinin olmaması və s) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki,mülki iş materiallarını və ambulator məhkəmə- psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X3 hər hansı psixi qüsuru vardırmı? Cavab: X4 demensiya (ağıl zəifliyi müəyyən edilir. 2-ci sual: X3 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: X6 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladı olan xx.xx.1986-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1956/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1956/2022
29.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver