Məhkəmə qərarları › İş №2(002)-1980/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1980/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1980/2024 30.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi İİİ qəsəbəsi ev 122, hazırda ünvan 1 ünvanı üzrə 1963-cü il tarixli texniki pasportun X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi İİİ qəsəbəsi ev 122, hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə mərhum anası X2 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair 1963-cü il tarixdə pasport verilmişdir. Anasının ata adı sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə Adigözəl olsa da, texniki pasportda Atagözəl kimi yazılmışdır. Bələdiyənin verdiyi arayışda da bu fakt öz təsdiqini tapır. Həmin mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair 1963-cü il tarixli texniki pasport hüquqmüəyyənedici sənəddir və həmin sənəd əsasında torpağa çıxarış alınması mümkündür. Ona bildirilmişdir ki, 2001-ci ilin yanvar ayının 1-dək tərtib olunmuş texniki pasportları hüquqmüəyyənedici sənəd kimi qəbul edirlər və birmənalı şəkildə onlara çıxarış verirlər. Həmin torpağa çıxarış alınması üçün 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi olaraq müraciət etmişlər. Həmin müraciətdə hal-hazırda anası X3 adına ünvan 2 ünvanda fərdi yaşayış evinə dair idarənin arxiv əsaslarında da 1963-cü il tarixli texniki pasport mövcud olması qeyd edilmişdir. Lakin sənəddə anasının ata adı səhv yazıldığından ərizəsi təmin edilməmişdir. Bildirir ki, anası X2 adına olan posyolok 3, ev 122 hal-hazırda N.Nərimanov küçəsi ev 27-dir. Hazırki hüquqi faktın müəyyən edilməsi ona torpaq sahəsini sənədləşdirmək üçün lazımdır. Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair 1963-cü il tarixli texniki pasport hüquqmüəyyənedici sənəddir və həmin sənəd torpağın sənədləşdirilməsi üçün əsasdır. Həmçinin vərəsəlik şəhadətnaməsi alınması üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişlər. Onlara rəsmi olaraq bildirilmişdir ki, hüquqverici sənəd, yəni texniki pasport olduqdan sonra vərəsəlik müəyyən edilə bilər. Lakin texniki pasportda ata adında olan səhvə görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona sənədləşdirmə işlərinin aparılması üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 31 yanvar 1955-ci il tarixdə verilmiş İJ seriyalı 273986 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - 23 fevral 1976-cı il tarixdə verilmiş İ-JQ seriyalı 352567 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X8 arasında nikah 23 fevral 1976-cı il tarixdə Xıdırlı kənd sovetliyində 6 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Bəşirova soyadı verilmişdir. - 07 fevral 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 510841 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin anası X9 17 yanvar 2012-ci il tarixdə Bakı şəhərində qaraciyər çatmamazlığından vəfat etmiş, bu barədə 07 fevral 2012-ci il tarixdə müvafiq akt qeydləri kitabında 68 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 06 dekabr 2023-cü il tarixli 1535 saylı məktubundan görünür ki, 1933-cü ildə doğulmuş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 162/2023 nömrəli vərəsəlik işi açılmışdır. X2 vəfat etməsi ilə əlaqədar 2023-cü ildə onun vərəsələrindən Ərizəçi notariat ofisinə müraciət etmişdir. Fərdi yaşayış evinə verilmiş texniki pasporta əsasən mərhum X6 məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki evə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək üçün mərhum X2 adına hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport) verilməsi 1 saylı Bakı Ərazi İdarəsindən xahiş olunmuşdur. Nəzərə çatdırılmışdır ki, hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 06 may 2024-cü il tarixli məktubundan görünür ki, ərizəçinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum X5 adına qeydiyyata alınması ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. X3 (sənəddə olduğu kimi) adı ilə bağlı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair idarənin arxiv əsaslarında 1963-cü il tarixli texniki pasport mövcuddur. Nəzərə çatdırılmışdır ki, mərhum X5 idarənin arxivində olan texniki pasportun üz qabığında göstərilən X10 ilə eyni şəxs olmasına dair müvafiq məhkəmə qərarı təqdim edilməklə müraciət edildiyi təqdirdə sözügedən sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür. - Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbə Bələdiyyəsinin 22 aprel 2024-cü il tarixli 12/107 saylı arayışından görünür ki, həqiqətən texniki pasportlarda göstərilən X10, X11 faktiki olaraq X7r. Bələdiyyədə müvafiq sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, mərhum X2 vaxtı ilə yaşadığı posyolok 3, ev 122 hal-hazırda N.Nərimanov küçəsi ev 27-dir. İş materiallarından göründüyü kimi, ərizəçinin anasının ata adı yuxarıda qeyd olunan texniki pasportda səhvən Atagözəl kimi yazılmışdır. Halbuki, ərizəçinin anasının ata adı Adigözəldir və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən texniki pasportda ərizəçinin anası X2 atasının adında səhvə yol verilərək, Atagözəl kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi İİİ qəsəbəsi ev 122, hazırda ünvan 1 ünvanı üzrə 1963-cü il tarixli texniki pasport 1933-cü il tarixdə Şamaxı rayonu, Nərimankənd kəndində doğulmuş X6 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi İİİ qəsəbəsi ev 122, hazırda ünvan 1 ünvanı üzrə 1963-cü il tarixli texniki pasportun 1933-cü il tarixdə Şamaxı rayonu, Nərimankənd kəndində doğulmuş, 17 yanvar 2012-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid qeydiyyata alınmasına dair Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi İİİ qəsəbəsi ev 122, hazırda ünvan 1 ünvanı üzrə 1963-cü il tarixli texniki pasportun 1933-cü il tarixdə Şamaxı rayonu, Nərimankənd kəndində doğulmuş, 17 yanvar 2012-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar