Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1981/2024 23.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv olunması və ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* №li Akta əsasən, ünvan 1 ünvanında **********00960 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 6480 m3 hesablanmışdır.
2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2- 2/3-5-11379/Q001 nömrəli Aktına əsasən G-4 markalı 00263565 nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomb alt hissəsindən əzilməsi aşkar olunmuş, xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında ******* nömrəli akta əsasən **********000040 saylı abonent Polonikova Veraya 6480 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.
3. Polonikova Vera (abonent **********000040) məxsus saldo məlumatlarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi, ev 1, mənzil 4 Elster G4-T Diafraqma sayğac qurğusu üzrə istehlakçıya 2023-cü il üzrə 777.60 manat məbləğində borc hesablanmışdır.
4. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində AK-02829/05-24 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi imzalanmış və həmin müqavilə əsasənda Cavabdeh İB abonentə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlətreyestrindən Çıxarışa əsasən, ünvan 2 ( ümumi sahəsi 46,86 m2) üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.
6. İddiaçı (abonent **********00040) məxsus saldo məlmatlarından aydın olur ki, abonentin 2024-cü ilin may ayı üçün qaz sərfiyyatına görə borcu yoxdur. İddia tələbi
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* saylı 26 dekabr 2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında Cavabdeh ASC tərəfindən itirilmiş qazın həcmi üçün hesablanmış və onun tərəfindən ödənilmiş 777.60 manat pul vəsaitinin ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Müsəvi küçəsi 1 saylı evin 4 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin hazırkı vaxta kimi qaz sayğacı Polonikova Vera adlı şəxsin adınadır. Mənzildə o və oğlu qeydiyyatda olsa da oğlum hərbçidir və iş yeri rayonda yerləşir, hərdən bir evə gəlib gedir. Həmin sayğac uzun müddətdən artıq istifadə edilmişdir. Cavabdeh əməkdaşlar qaz sayğacına baxış keçirmiş və sayğacın dəyişməli olduğunu bildirmişlər. 14 oktyabr 2023-cü ildə həmin qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Qaz sayğacı istismar müddətinin bitməsinə görə dəyişdirilmiş və dəyişdirilərkən plombu üzərində olmuş, heç bir qüsur olmamışdır. Dəyişdirilmiş sayğac sonradan labarotoriyaya aparılmış və xx.xx.2023-cü il tarixli aktda "mənzilə aid 00263565 nömrəli qaz sayğacına dövlət yoxlamasından hesablama mexanizmə müdaxilə rəyi verilib" qeyd edilmişdir. Sayğacın hesablama mexanizminə müdaxilə edilməsi mümkün deyildir. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı bir qüsur olmamışdır. Əgər sayğacın plombuna müdaxilə edilmiş olsaydı dəyişdirilərkən bu müəyyən edilməli idi. Həmçinin guya həmin aktın təqdim edilməsi lakin istehlakçının nümayəndəsi Polonikova Veranın imza etməməsi qeyd edilmişdir. Əslində həmin akt ona təqdim edilməmiş və aktın mövcudluğundan xəbəri olmamışdır. X4 imza etməməsi qeyd edilsə də həmin şəxs orada olmamışdır. Ona isə heç bir akt təqdim edilməmişdir. Həmin aktdan onun xəbəri olmamış, eləcə də ona imzalama üçün təqdim edilməmişdir. O vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. O gecə-gündüz sayğaca nəzarət edə bilməz. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Lakin heç bir əsas olmadan ona cərimə olaraq 777,60 manat borc yazılmışdır. Ailədə onlar iki nəfərdir, oğlu hərbiçidir, hərbi hissələri rayonda yerləşməklə hərdən bir evə gəlib gedir və o evdə tək yaşayır. Onun bir ayda bu qədər qaz sərfiyyatından istifadə etməyi mümkün deyildir. Lakin heç bir əsas olmadan ona 777,60 manat cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bununla bağlı mən məhkəmədə iddia qaldırdı. Ona bildirildi ki, abonent müqaviləsi Polonikova Vera ilə bağlandığından onun iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Abonent müqaviləsi onunla bağlanacağı təqdirdə məhkəməyə müraciət edə bilər. Borc olduğundan hesablanmış cəriməni ödəmədən sayğacı adına keçirməyin mümkün olmamasını bildirmişlər. Buna görə də o hesablanmış 777,60 manat borcu ödədi. 14 may 2024-cü il tarixdə onunla müqavilə bağlanmış və abonent kodu əvvəlki olaraq **********00040 saxlanılmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir.
10. Cavabdeh İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağına vurulan plombun alt hissədən əzildiyi aşkar edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Daha sonra iddiaçı “X2 müraciət edərək qaz sayğacının onun adına keçirilməsi üçün müqavilə bağlanmasını və onun mülkiyyətində olan qaz sayğacına hesablanan borcun ona yazılmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin borc xx.xx.2024-cü il tarixdə tam ödənilmişdir. Deməli, iddiaçı təqsirli əməli nəticəsində dəymiş ziyana görə məsuliyyəti qəbul etmiş və borcunu ödəmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “X3nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir.
11. Cavabdeh etirazın hüquqi əsası kimi “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə, “Əhalinin təbii qazda istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsaslanmışdır.
12. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, evin ona aid olduğunu, əvvəl sayğac onun adına olmadığı üçün borcun silinməsi barədə iddia qaldırmağa subyektiv hüququnun olmadığından müraciət edə bilmədiyini, bunun üçün onun Azəriqaz İB-yə gedərək bütün borcu bağladığını, qaz sayğacını öz adına keçirdiyini, nəticədə cavabdehə əsassız olaraq 777 manatdan çox pul ödədiyini, indi həmin pulunu geri tələb etdiyini bildirmişdir.
14. Cavabdeh İB məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini qəbul etmədiklərini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
15. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
18. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
20. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
21. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
22. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun:
23. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun:
24. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.
25. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilmsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X3»nın:
26. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
27. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
29. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
30. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
37. İddia əsaslıdır.
38. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 2 ünvanı xx.xx.2016-cı il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzilə quraşdırılmış sayğac üzrə xx.xx.2023-ci il tarixli Cavabdeh İB tərəfindən tərtib edilmiş akta əsasən sayğaca müdaxilə halı aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 6480 m3 qaz itkisi müəyyən edilmiş və həmin tarixdə sayğac üzrə istehlakçı kimi Vera Polonikova adlı şəxsin formal olaraq qaldığından, həmin şəxsin adına lakin iddiaçının mülkiyyətində olan mənzilə dair 2023-cü il üzrə isə 777.60 manat borc hesablanmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, o, xx.xx.2024cü il tarixdə 300,00 manat və 523,00 manat məlbəğində pul vəsaitini Cavabdeh İB-nin hesabına köçürülmüş, bundan sonra iddiaçı mənzil üzrə qaz təchizatına görə abonent olaraq öz adına qaz sayğacının keçirilməsi barədə müqavilə bağlanmasına nail olmuşdur. Göstərilən faktlar cavabdeh tərəfindən verilmiş etirazın məzmunundan da aydın olur. İddiaçı hazırda ödəmiş olduğu məbləğin 777,60 manat hissəsinin yaranma əsası olan aktı mübahisələndirərək həmin pulu geri tələb edir. . Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, cavabdehin qeyd edilən mənzilə hesbladığı 777,60 manat borcun əsassız hesablanması hissəsidə tələbin qanuni əsası mülki hüquq pozuntusundan (delikt), iddiaçının cavabdehə ödədiyi həmin məbləği geri tələb etməsi hissəsində tələbin qanuni əsası əsassız varlanmadır.
35. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
36. Hazırkı işdə qaz sayğacına müdaxilə hərəkətinin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca müdaxilədə iddiaçnın təqsirini təsdiq edən sübutları təqdim etmək vəzifəsi qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
36. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-ci il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.
37. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə olduqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.
38. Bundan əlavə, yuxarıda qeyd edilən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsi (maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir) və “X3”nın 6.5-ci bəndinin tələblərindən aydın olduğu kimi, qeyd edilen tarixdən sonra qaz paylayıcısı tərəfinden sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli va həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ila müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan təleb etməlidir.
39. Hazırkı işdə Cavabdeh tərəfindən Qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə əməl edilməmiş, sayğaca müdaxilə halları ila bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzra icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların va ya məhkəmənin qərarı ilə təsdiq edilmədən mənzil üzrə şəxsi hesaba borc kimi yazılaraq tələb edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı sayğaca qanunsuz müdaxilə halının etirafı baş verməmişdir.
40. Məhkəmə qeyd edir ki, istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq ünvan 2 üzrə şəxsi hesaba yazılmış və sonradan iddiaçı tərəfindən ödənilmiş borc məbləğinin əsassız olmasına qiymət verilməsi üçün kifayət edir.
41. Bununla da, hazırkı mülki iş üzrə ünvan 2 üzrə qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən 777,60 manat məbləğində ziyan vurulması halının və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır.
42. İddiaçı tərəfindən 300,00 manat və 523,00 manat məlbəğində pul vəsaitinin Cavabdeh İB-nin hesabına köçürülməsi qeyd edildiyi kimi işin mübahisəsiz halıdır. Odur ki, 777,60 manat məbləğində borcun əsassız yaranması sübut edildiyindən və həmin pul vəsaitinə münasibətdə cavabdehin əsassız varlanma halı baş verdiyindən məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.
37. Cavabdehin əldə etdiyi pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur. Odur ki, cavabdeh tərəfindən 777,60 manat pul vəsaitinin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır. Nəticə
49. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 777.60 manat pul vəsaiti Cavabdeh İB tərəfindən iddiaçıya geri qaytarılmalıdır.
50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş, ******* saylı xx.xx.2023-cü il tarixli akt ləğv edilsin. Cavabdeh İB-dən 777.60 manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova