Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1982/2022 05.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X8 onun qızıdır və 23 yanvar 2001-ci il tarixdə doğulmuşdur. Qızı Səadət onunla birlikdə Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 5, mənzil 17 ünvanında yaşayır. X1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli kəmağıllıq, kobud nitq və davranış pozuntuları, dilin inkişafının spesifik pozğunluqları diaqnozu ilə ikinci qrup əlildir. Göründüyü kimi qızına xüsusi qulluq olunmaqla kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də o, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X14 tərəfindən verilmiş xx.xx.20221-ci il tarixli, 227 saylı arayışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və orta dərəcəli əqli gerilik, nitq və davranış pozuntuları ilə F71.1 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli kəmağıllıq (imbesillik) kobud nitq və davranış pozuntuları ilə, ağırlaşma nitq və dilin inkişafının spesifik pozğunluqları, nitq və dilin inkişafının spesifik pozuntuları, ağırlaşma hiperkinetik pozğunluqlar, hiperkinetik pozuntular diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışlarından görünür ki, X5 orta dərəcəli kəmağıllıq (imbesillik), kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İV seriyalı, 408569 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 yanvar 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Quliyeva Səadətin atası X7, anası Ərizəçidır. İş materiallarında olan X5 məxsus AA1891561 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon Ümüd qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 386 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında X1 ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 366861 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 yanvar 2001-ci il tarixdə anadan olmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 06 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2199 saylı rəyindən görünür ki, X4 orta dərəcəli kəmağıllıq (imbesillik) nitq və davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 öz hərəkətlərinin mənasını anlamaq və ya öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və qanunvericiliyin normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1982/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1982/2022
05.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver