Məhkəmə qərarları › İş №2(002)-1995/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1995/2021

07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1995/2021 07.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında istifadə etdiyi suya görə ona əsassız hesablanmış 502,48 manat borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. O,evdə tək yaşayır və ona əsasız olaraq borc hesablanmışdır.Lakın dəfələrlə müraciət edərək, ona su pulnun çox hesablandığını dese də heç bir tədbir görülmür.O,tək qadındır və təqaüdçüdür. Aldığı təqaüdlə bir təhər dolanır. Lakın Azərsu tərəfindən hansı səbəbdən ona 502,48 manat borcun hesablanması tamamilə qanunsuzdur. Hesab edir. ki, ona hesablanmış həmin borc əsasız olmaqla hesabından silinməlidir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasını müdafiə etdi və təmin edilməsini xahiş edərək, əlavə etdi ki, o tək yaşayır, onun əvəllər heç bu qədər borcu yaranmamışdır,Həmçinin su sayğacı yararsız olduğundan, əsassız borc yazılıb, cavabdehə bununla bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 30.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvnalayaraq, iddiaçını iddia tələbi əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********240:26121571 olan abonent kartından görünür ki, abonent kodu **********240:26121571 olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 527,48 manat məbləğində su təchizatı xidmətlərinə görə borcu yaranmışdır, digər aylardan fərqli olaraq 13.08.2020- 14.07.2021-ci il dövrü üçün göstəricilər yüksək məbləğdə qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(002)-1995/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli 10/4790 saylı ekspert rəyindən görünür,Azərsu ASC-nin Nəzarət Ölçü cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli 52173/00103370 nömrəli rəyin nəticəsinə görə, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış suölçən cihazın(su sayğacının) istismara yararsız olduğu müəyyən edilir.Tədqiqatın dəyəri 102 manatdır. İş materiallarında olan Azərsu ASC-nin Nəzarət Ölçü cihazların Kalibrləmə Laboratoriyası tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli 52173/00103370 nömrəli rəydən də görünür ki, Alfasu TG-15,Smart-kart tipli, 49952173 nömrəli suölçən cihaz Azərsu ASC-nin Nəzarət Ölçü cihazların Kalibrləmə Laboratoriyasında 09.08.2021-ci il tarixdə yoxlanılmış və 52173/00103370 nömrəli rəy verilmişdir.Rəyin nəticəsi olaraq, Alfasu TG-15,Smart-kart tipli, 49952173 nömrəli suölçən cihaz(su sayğacı) istismara yararsızdır.(ekran işləmir) İş materiallarında olan Azərsu ASC-nin ******* nömrəli 17.06.2021-ci il tarixli əmrindən görünür ki, Alfasu TG-15,Smart-kart tipli, 49952173 nömrəli suölçən cihaz (su sayğacı) işləmədiyindən dəyişdirilməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə yazılı sübutlara, o cümlədən iddiaçının izahatlarına və iş üzrə ekspertizanın rəyinə əsasən müəyyən edildi ki, fiziki şəxs olan iddiaçı yaşayış ünvanına quraşdırılan su sayğacı düzgün işləmir və istismara yararsızdır,beləliklə, həmin yararsız sayğac əsasında iddiaçının ünvanına 502,48 manat məbləğində borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə istehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 32 maddəsinə əsaəsn Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş su sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması su paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların su sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi su paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən su sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə heab edir ki, yararsız sayğac əsasında hesablanmış borc, iddiaçı tərəfindən istifadə edilmiş su sərfiyyatını ifadə edə bilməz bu səbəbdən həmin borc əsassız hesab edilməli və silinməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanı üzrə (abonent kodu: **********240:********) hesablanmış 502(beş yüz iki) manat,48(qırx səkkiz)qəpik borcu ləğv edilsin. 102 manat ekspertiza xərci Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar