Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1997/2024 17.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı çəkilmiş kanalizasiya xətlərinə ayrılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına onun tərəfindən çəkilmiş kanalizasiya xəttindən digər xətlərin ayrılması öhdəliyinin Cavabdeh ASC-in üzərinə qoyulması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 13-cü maddəsinə əsasən, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarının 14-cü maddəsinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarıldıqda dövlət rüsumunun qaytarılmasına zərurət aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, hazırkı tələb iddiaçının yaşadığı ünvanda kanalizasiya xəttinə qonşuların kənar xətt çəkməklə qoşularaq ana xəttə çıxış əldə etməsi səbəbindən yaranan mübahisə olmaqla, iddia tələbi kanalizasiya xəttindən digər xətlərin ayrılması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması ilə bağlıdır. Göründüyü kimi, hazırkı mübahisə təbii inhisar subyekti ilə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gəlmir, tərəflər arasında mülki hüquqi öhdəliklər mövcud olmamaqla təbii inhisar subyektinin publik hüquq sahəsindəki hərəkətindən (hərəkətsizliyindən) irəli gələn mübahisədir. Məhkəmə belə olan halda hazırkı iddia ərizəsinin yolverilməzliyə görə icraata qəbul etməkdən imtina edilməsi qənaətinə gəlir və iddiaçıya qeyd edilən mübahisə ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, inzibati orqan tərəfindən onun müraciətindən imtina edildiyi halda isə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu izah edir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddianın irəli sürülməsi ilə bağlı dövlət rüsumu ödənilməmişdir. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi zamanı Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun qaytarılması məsələsinin həllinə zərurət aradan qalxmışdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı çəkilmiş kanalizasiya xəttindən digər xətlərin ayrılması tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1997/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1997/2024
17.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver