Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-200/2022 18.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Daşınmaz Əmlakının dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazı İdarəsini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-656A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin AZ-İİ №-li 061453 saylı Ölüm haqqında şəhadətnamədə göstərilən “X6”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ona və mərhum ərinə məxsus 0.07 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdi.Lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsitərəfindən 14.09.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlətqeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir.Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-656A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ata adı arasında fərq olduğu aşkar edilmişdir.Belə ki, JN-656A saylı torpağın mülkiyyətə verilməsinə dairşəhadətnamədə hüquq sahibi olaraq “X2” göstərildiyi halda ölüm haqqında şəhadətnamədə “X6” kimi qeyd edildiyi aşkar edilmişdir.Bütün bunlara əsasəndə yuxanda qeyd edilənləri nəzərə alaraq“Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ona şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidir.O, eyni ərizə ilə daha əvvəldə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdi. Onun ərizəsi və ərizəsinə əlavə etdiyi sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3007/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.Ərizənin və sənədlərin geri qaytarılmasına səbəb mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi (müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi barədə sənəd) ərizəyə əlavə edilməmişdir.O,Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3007/2021 saylı, 21.09.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət etdi.Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ona 21.10.2021-ci il tarixli arayış verilərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamədə X3 ata adı səhvən X5 yazılmışdır. X1 oxunmalı olduğu göstərilmişdir.Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 29.10.2021-ci il tarixli məktubda bildirilir ki, RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyinə müraciət etməyini tövsiyyə etmişdirlər.Daha sonra yəni, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3007/2021 saylı, 21,09.2021-ci il tarixli qərardadı qəbul edildikdən sonra Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti məsələyə baxılmasını 4 Saylı Abşeron Rayon Ərazi İdarəsinə yönəltmişdir.Maraqlı şəxs tərəfindən 08.10.2021 -ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alinmasından imtina edilməsi barədə bildiriş verilmişdir.Beləliklə, yuxarıda sözügüdən hüquqmüəyənedici sənədin müvafiq şəxsə məxsus olması faktını müəyyən etməlidir . Ərizəçi 14.01.2022-ci il tarixdə ərizə göndərərk məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 31.03.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 061453 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X6 21.03.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 16.03.1998-cı il tarixdə verilmiş V-ЖГ seriyalı 414204 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X6 arasında nikah 10.01.1991-ci il tarixdə 2 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi 05.10.2021-ci il tarixli ərizəsinə olan 08.10.2021-ci il tarixli cavab məktubundan görünür ki, onun tərəfindən təqdim edilmiş sənəd- JN- 656A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyətinin təsdiq edən sənədlərdə göstərilən ata adı arasında fərq olduğu aşkar edilmişdir. Beləki, JN-656A saylı, 30800076 kodlu torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə hüquq sahibi olaraq “X2” göstərildiyi halda ölüm haqqında şəhadətnamədə “X6” kimi qeyd edildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli arayışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamədə X3 ata adı səhvən X5 yazılmış və X1 oxunmalı olduğu göstərilmişdir.Eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 29.10.2021-ci il tarixli məktubda bildirilir ki, RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyinə müraciət etməyini tövsiyyə etmişdirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 nömrəli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamədə 0,07 hektar torpaq sahibləri olaraq “X2” və Ərizəçi göstərilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli arayışdan görünür ki,Qobu qəsəbə sakini,mərhum X6 vəfat edən günə kimi Qobu qəsəbəsi,Qarayev küçəsi, 3 saylı evdə tək olmuşdur. Ərizəçinin izahatından və iş materiallarından, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 08.10.2021-ci il tarixli cavab məktubundan göründüyü kimi, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Mirzəhəsən” kimi qeyd edilmiş olsa da mərhuma məxsus bütün sənədlərində onun ata adı “Mirzə” kimi qeyd edilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları, ərizəçinin mərhum ərinə məxsus olan bütün hüquqmüəyyənedici sənədlərdə ata adının “ Mirzə” olmasını, hüquqmüəyyən edici sənəddə ərizəçinin özünün və həyat yoldaşının adının yazılmasını, sadəcə texniki səhv olaraq “X6” əvəzinə “X2” kimi qeyd edilməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamənin X4 məxsus olması müəyyən edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamənin AZ-İİ №-li 061453 saylı Ölüm haqqında şəhadətnamədə göstərilən “X6”na məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli qərarı ilə verilmiş, 656 nömrə ilə qeydə alınmış, JN 656A, kod 30800078 saylı şəhadətnamənin X4 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-200/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-200/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver