Məhkəmə qərarları › İş №2(002)-201/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-201/2024

12.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-201/2024 12.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun oğludur və 16 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Oğlu Fuad onunla birlikdə ünvan 1 ünvanında yaşayır. X1 spastik serebral iflici spastik tetraplegiya, ağır dərəcəli əqli gerilik, ciddi davranış pozuntusu, dərin kəmağıllılıq diaqnozu ilə müddətsiz bririnci qrup əllildir. Ona o, baxır, əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi oğluna xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, oğlu X3 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliiyət qabiliyyət olmamasını müəyyən etdirmək ona onun qəyyum olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir və kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya ağırdərəcəli əqli gerilik, dərin kəmağılllılıq diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-3864/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 79 saylı ekspert rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN DƏRİN ƏQLİ GERİLİK, (İDİOTİYA DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA)" (F73) qeyd olunur. Bunu anamnestik məlumatlar və tibbi sənədlər (psixo-fiziki ikişafının həmyaşıdlarından geri qalması, nitqinin inkişaf etməməsi, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən "Kvadroplegik spastik serebral iflic. Spastik tetroplegiya. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Dərin kəmağıllıq. Kobud nitq davranış pozuntusu. Daimi kənar şəxslərin himayəsinə möhtacdır” diaqnozu ilə İ dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqininzəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi vəs.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X3 hər hansı psixi qüsuru vardır? Cavab: xx.xx.2005-ci il təvəllüdlü X4 "Uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)"müəyyən olunur. 2-ci sual: 16 08.2005-ci il təvəllüdlü X5 öz psixi vəziyyətlərinə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdimmi? Cavab: xx.xx.2005-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidanına malik deyil. 3-cü sual: xx.xx.2005-ci il təvəllüdlü X5 fealiyyət qabiliyyətlidirmi? Cavab: xx.xx.2005-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə fəalivyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 avqust 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar