Məhkəmə qərarları › İş №2(002)-2021/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2021/2022

01.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2021/2022 01.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və vəkilinin, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onun vəkilinin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi,Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin,12 saylı mənzili bağlı mülkiyyət hüquq müəyyənedici sənədlərin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi,1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması,habelə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Bakı şəhəri 8 saylı notariat ofisində bağlanmış 4Ə-253 nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənzili bağlı mülkiyyət hüquq müəyyənedici sənədlərin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüququqi şəxsi, 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması, Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 15 saylı evin, 12 saylı mənziliinə münasibətdə və Cavabdeh1 hazırda adında qeydiyyatdan keçməklə, istifadəsində olan "AZSAMAND LX" markalı **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə 1/2 hissədə payın müəyyən edilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclasında iştirak edərək, cavabdehlərin rəsmi qeydiyyat ünvanının Xəzər rayonu olsa da, iddia predmetinin MPM-nin 39-cu maddəsinin təsiri altına düşdüyünü, çünki iddia tələbinin həcmini artıraraq, birgə nikah dövründə əldə eidlmiş əmlakın bölgüsü tələbini irəli sürüb, məhkəmə təcrübəsinə görə isə belə işlər əmlakın olduğu yer üzrə baxılır, aidiyyəti üzrə göndərildiyi halda isə Xəzər rayonu üzrə göndərilməsini istədiyini bildirərək, bununla belə hazırki mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iştirak edərək,mülki işin aidiyyat üzrə onun rəsmi qeydiyyatda olduğu ünvan üzrə baxılmasını istədiyini bildirdi. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak edərək,hazırki mülki iş üzrə iddia tələbinin cavabdehlərin rəsmi qedyiyyatda olduğu ünvan üzrə verilməli olduğunu, cavabdehlərin isə Xəzər rayonu ürə qeydiyyatda olduqlarını, MPM-nin 39-cu maddəsinin tələblərinin mövcud olmadığını, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qəraraının nəzərə alınaraq, ümlki işin aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bankı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək, caavbdeh tərəfin vəsatətini nəzərə alaraq, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarizli Qərarında qeyd edilmişdir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 3mə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah döbvründə əldə eidlmiş əmlakın bölgüsü tələbinə aid olduğundan, qeyd eidlən iddia tələbləri isə MPM-nin 39-cu maddəsinin təsiri altına düşmədiyindən, habelə mülki prosessual qanunvericiliyin tələbinə əsasən qedy edilən iddia ərizəsi ərazi aidiyyəti üzrə cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvan üzrə verilməli olduğundan ( indiki halda iddiaçı məhz cavabdehlərdən rəsmi qeydiyyat ünvanı Xəzər rayonu olan ərazi aidyyəti üzrə göndərilməsini istədiyindən) hesab edir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövürndə əldə eidlmiş əmlkaın bölünməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar