Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2026/2024 16.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X28 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 50 saylı xidməti yaşayış sahəsinə dair “Order”də və digər hüquq müəyyənedici sənədlərdə xx.xx.1984-cü il təvəllüdlü X7 deyil, X8 aid olduğundan adında dəyişiklik edilərək, xx.xx.1984cü il təvəllüdlü X2 qeyd olunaraq düzəliş verilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə və həmin düzəlişin aidiyyəti strukturlarda nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 50 saylı xidməti yaşayış sahəsinə dair “Order”də və Yeni Bakı Broler X5 İttifaqı Komitəsinin Mənzil Məişət Komissiyasının 12 aprel 1990-cı il tarixli 1 nömrəli protokoldan çıxarışın xx.xx.1984-cü il təvəllüdlü Məmmədova hazırda (Yunusova) Ramilə İsmayıl qızına məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, “Yeni-Bakı Broyler Fabriki müdriyyəti”nin, Həmkarlar Komitəsinin mənzil-məişət komissiyasının xx.xx.1990-cı il tarixli iclasının 1 №-li protokoluna uyğun olaraq mərhum X9 adına, həyat yoldaşı- X26 (xx.xx.1963-cü il təvəllüdlü), oğlu- X22 (xx.xx.1984-cü il təvəllüdlü) ibarət ailə tərkibi ilə birlikdə hazırki, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, 5A №-li binanın 8-ci keçidin 3-cü mərtəbəsində yerləşən 37.04 kv.m sahəsi olan mənzilin ayrılmasına dair orderin verilməsi üçün protokoldan çıxarışı Abşeron Rayon Xalq Deputatları İcraiyyə Komitəsinə təqdim edilmiş, həmin çıxarış əsasında İK tərəfindən xx.xx.1990-cı il tarixli 50 №-li “Order” verilmişdir. Ailə başçısı X10 xx.xx.2023-cü il tarixdə vəfatından sonra qeyd olunan mənzilə hüquqları DƏDRX-də qeydiyyat zamanı bəlli olmuşdur ki, orderdə X3 adı səhvən “Ramilə” deyil “Nailə” kimi yazılmışdır. Əlavə edilmiş sənədlərdən də göründüyü kimi, onların xx.xx.1984-cü il təvəlllüdlü qızı-X16 adlı qızı olmamışdır. Bu səbəbdən sənədlərdə xx.xx.1984-cü il təvəllüdlü qızı-X3 adında “Nailə” deyil adının “Ramilə” ilə düzəliş verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, orderdə və protokoldan çıxarışda adının səhvən Nailə yazıldığını bildirmişdir, halbuki adı Ramilədir. Atasının ondan başqa qızı olmadığını və digər sənədlərdə adının Ramilə olaraq düzgün qeyd edildiyini, evi anasının adına sənədləşdirmək istədiyini bildirmişdir. Göstərilənlərə əsasən, mülkiyyət hüquqlarını realizə etmək məqsədilə ərizənin təmin edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, ərizəçi onun yeganə qızıdır, qızının adı Nailə yox Ramilədir. Sadəcə o vaxt sənədlərdə səhv qeyd edilib, onlar da bu günə qədər üstünə düşməmişdirlər. Bu gün yoldaşının vəfatından sonra mənzilin rəsmiləşdirilməsi proseduru zamanı onlara belə bir yanlışlığın olduğu bildirildiyi üçün onlar hazırkı ərizəni məhkəməyə verməli olmuşdurlar. Üçüncü şəxs onun Ramilədən başqa heç bir zaman qızının doğulmadığını, Nailə adlı qohumlarınn olmadığını, yalnız iki övladının Ramin və Ramilənin olduğunu bildirərək ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan: - AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi xx.xx.1984-ci il tarixdə doğulmuşdur. - Qasım İsmayılov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İX-ЖГ 413131 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi xx.xx.1984-ci ildə anadan olmuşdur. - Qasım İsmayılov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ- ЖГ 252680 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X18 ilə X23 arasında nikah xx.xx.1982-ci il tarixdə bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Az-İİ 392034 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən, X18 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - X35 müdiriyyətinin, həmkarlar ittifaqı Komitəsinin mənzil-məişət komissiyasının xx.xx.1990-cı il tarixli 1 nömrəli Protokolundan Çıxarışa əsasən, vətəndaş X1 37,04 kv.m olan Qaradağ rayonu, Müşfiabad qəsəbəsi, 5A nömrəli binanın 8-ci keçidinin 3-cü mərtəbəsində yerləşən 75 nömrəli mənzil istifasinə verilməsi qərara alınmışdır. Ailə üzləri aşağıdakından ibarət olmuşdur: özü X12 (xx.xx.1958-ci il), yoldaşı X19 – yoldaşı (xx.xx.1963-cü il), oğlu X24 (xx.xx.1982-ci il) və qızı X13r (xx.xx.1984-cü il). Abşeron rayonu XDS İK tərəfindən verilmiş xx.xx.1990-ci il tarixdə 50 saylı orderə əsasən ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5A, 75 saylı, 37,04 kv.m ümumi sahədən ibarət mənzil X6 istifadəsinə verilmişdir. Ailə tərkibi dörd nəfərdən ibarət göstərilmişdir: 1958-ci il təvəllüdlü Məmmədov İsmayıl (ata), 1963-cü il təvəllüdlü Musayevə Gözəl (ana), 1982-ci il təvəllüdlü Məmmədov Ramil (oğul), 1984-cü il təvəllüdlü X20 (qızı) qeyd edilmişdir. Ərizəçi qeyd edilən Abşeron rayonu XDS İK-in order və əlaqəli sənədlərdə yanlışlıqla yazılmış Nailə adının Ramilə adına dəyişdirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, Azərbaycan Respublikası Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 5-19/2-Y-6-091/2024 nömrəli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, bununla əlaqədar məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir. Bundan sonra ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Abşeron rayonu XDS İK tərəfindən verilmiş xx.xx.1990-ci il tarixdə 50 saylı orderdə və qeydiyyatda olanı adı (“Nailə”) ərizəçinin şəxsiyyətini təsdiq edən sənnəddə, habelə doğum haqqında şəhadətnamədə göstərilən adı olan “Ramilə” arasında fərq vardır, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla, sənədlərin Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə ərizəçinin müraciətindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina edilmişdir. Göstərilənlərdən aydın olur ki, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, X11 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5A, 75 saylı mənzilin məxsus olmasına dair Abşeron rayonu XDS İK tərəfindən verilmiş xx.xx.1990-ci il tarixli, 50 saylı orderdə və X35 müdiriyyətinin, həmkarlar ittifaqı Komitəsinin mənzil-məişət komissiyasının xx.xx.1990-cı il tarixli 1 nömrəli Protokolundan Çıxarışda qeyd edilən adın Ərizəçi məxsus olması halı öz təsdiqini tapmışdır. Ərizəçinin yeni şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədə adı Ramilə göstərilmiş, ata anasının yeganə qız övladı olmaqla adı Nailə yox, Ramilədir, eyni zamanda Ramilə nikaha girdikdən sonra doyadı Məmmədova Yunusovaya dəyişdirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu XDS İK tərəfindən verilmiş xx.xx.1990-ci il tarixdə 50 saylı orderin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu XDS İK tərəfindən verilmiş xx.xx.1990-ci il tarixli, 50 saylı orderin və X35 müdiriyyətinin, həmkarlar ittifaqı Komitəsinin mənzil-məişət komissiyasının xx.xx.1990-cı il tarixli X4 Ramilə İsmayıl qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2026/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2026/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver