Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2038/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, Yusifov Taptıq onun övladıdır. Oğlu 03 sentyabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Halhazırda övladı Yusifov Taptıq valideynləri ilə birgə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Övladının bütün gündəlik ehtiyaclarının ödənilməsinə o, kömək edir. Oğlu Taptıq ruhi xəstə olmaqla uzun müddətdir ki, "Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində orta ağıl zəifliyi, kobud davranış pozuntuları, psixotik daxilolmalar" diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. Taptıq həmin diaqnozla "Qaradağ Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində qeydiyyatdadır. Hal-hazırda Yusifov Taptığın psixi vəziyyəti daha da ağırlaşmışdır, öz hərəkətlərinin mənasını anlaya bilmir, həm də öz hərəkətlərini idarə edə bilmir. O, oğlu Taptıqla bu yaxınlarda etibarnamə vermək üçün birgə notariat orqanına getdikləri zaman heç adını deyə bilməmişdir. Bu səbəbdən onun adından notariat orqanında etibarnamə verə bilməmişlər. Beləliklə o, heç bir dövlət orqanında özünü təmsil edə bilmir. Buna görə onun övladına qəyyum təyin olunmağı zəruridir. Ona görə də o, övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil ərizəçinin izahatına uyğun izahat verərək ərizə tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Maraqlı şəxs nümayəndəsi X5 izahat verərək bildirdi ki, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair 904 saylı, xx.xx.2019-cu il tarixli aktın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışın surətlərindən görünür ki, X4 intellektin geriliyi ilə baş-beynin üzvü xəstəliyi nəticəsində psixi pozuntular diaqnozu qoyulmuşdur. İş materiallarında olan 1 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 606 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır, ailə tərkibi oğlu X6 və digər şəxslər olmaqla üç nəfərdən ibarətdir. İş materiallarında olan AZ-İ seriyalı 072338 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X7, anası Ərizəçidır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 18077312 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2243 saylı rəyindən görünür ki, 03 sentyabr 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş Yusifov Taptıq oğlunda demensiya (ağıl zəifliyi) müəyyən edilir. 03 sentyabr 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş Yusifov Taptıq oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. T.V.Yusifovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə, izahatları, yuxarıda qeyd olunan sübutları, o cümlədən ekspert rəyini və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizəçinin xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş oğlu X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 317 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2038/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2038/2023
25.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver