Məhkəmə qərarları › İş №2(002)-2041/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2041/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2041/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X29 qızının katibliyi, Ərizəçi, İcra hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 8 saylı Notariat ofisini iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək,qeyd edilən hüquqmüəyyənedici sənədlərin, yəni qeydiyyat torpaq çıxarış sənədinin X9 aid eidlməsi barədə qətnamə çıxatılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, maraqlı şəxs qismində qeyd edilmiş 8 saylı Notariat Ofisinin Maraqlı şəxs ilə dəyişdirilməsini, Səngəçal qəsəbəsində 600 m2 torpaq sahəsinin X10 adına ayrılması barədə Qaradağ rayonu X27 İcraiyyə Komitəsinin 14 dekabr 199-cı il tarixli 51 № li Qərarın AZ-İ 980664 № li Ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 atasıdır . Bakı şəhəri Qaradağ rayonu Səngəcal qəsəbəsindəki torpaq sahəsi mərhumun adında olmuşdur. Torpaq sahəsini vərəsəlik qaydasında öz mülkiyyətimə keçirmək üçün Bakı şəhəri 8 saylı Notariat Kontoruna müraciət etmişdir. Lakin Notariat kontoru X11 məxsus hüquq müəyyənedici sənədlərdə, yəni torpaq sahəsinin qeydiyyat vəsiqəsində X4 qeydiyyat aparılmasına görə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtima etmişdir.Qeyd etmişdir ki, adı X4 qeyd edilən sənədlər - atası X11 məxsusdur.X11 məxsus olan sənədlərdə aşağıdakı kimi qeydiyyat aparılmışdır.Nikahın bağlanması haqqında şəhadətnamədə X14;- uşaqların doğum haqqında şəhadətnaməsində ata qrafasında X14-Torpaq sahəsinin cixarış vəsiqəsində X18 qeyd olunmuşdur ;-Ölüm haqqında şəhadətnamədə X14 qeyd edilmişdir.Hazırda Torpaqın çıxarış vəsiqəsinin X1 aid edilməsinin müəyyən edilməsi mərhumdan qalan torpaq sahəsinin vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək üçün zəruridir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, bu halların nəzərə alınaraq, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaısnda izahat verərək, qeyd edilən torpaq sahəsinin ərizəçinin atasının adına ayrılmaısna dair İcraiyyə Komitəsinin Qərarı vardır, lakin həmin Qərarda ərizəçinin atasının soyadında yalnışlıq olduğundan, onlar tərəfindən isə həmin yalnışlığın aradan qaldırılması mümkün olmadığından, həmin torpaq sahəsinə dair cizgi plan verə bilmirlər, əgər həmin qərar onların özü tərəfindən verilmiş olsaydı, asanlıqla öz qərarlarında yol verilmiş yalnışlığı düzəldə bilərdilər, İcraiyyə Komitəsi tərəfindən verildiyindən onlar həmin yalnışlığı düzəldə bilmirlər, habelə qeyd edilən sahəni ilə bağlı heç bir mübahisə olmadığını, hər hansı üçüncü şəxsin maraqlarına toxunmadığını, ərizəçinin istifadəsində olduğunu, onlara üçüncü şəxslərin həmin sahə ilə bağlı heç bir mürcaiəti olmadığını, əgər elə bir şey olsa idi, onlara çoxdan müraciət olunardı, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materialalrında olan Qaradağ rayon X17 İK-in 14 dekabr 1990-cu il 51 nömrəli fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barəsində qərarın məzmunundan görünür ki, Umbakı qəsəbəsi Həzi-Aslanov küçəsi 6 nömrəli ev sakini X12 Sənqəçal qəsəbəsindən ayrılmış torpaq sahəsindən 600 kv m. Torpaq ayrılıb verilməsi qeyd edilmişdir. İş materialalrında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin 1118 №li 02.06.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, 09.03.1960-cı ildə anadan olmuş 16.12.2018-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mürcaiət daxil olmuş və 114\2021 nömrəli vərəsəlik işi açılmışdır.X6 vəfat etməsi ilə əlaqədar 2021-ci ildə onun vərəsələrindən X19, X7, Baxşiyev Bəhruz əmrah oğlu, X23, X20, X24 mürcaiət etmişlər.Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arxiv çıxarışında qeyd edilən X25 Soveti İK-nin verdiyi 14.12.1990-cı il 51\463 nömrəli qəraraına əsasən X9 Səngəçal qəsəbəsi ünvanında yerləşən torpa sahəsinə hüququmüəyyənedici sənədin verilməsini, bu sənəd verildikdən sonra vərəslərə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi qeyd eidlmişdir. İş materialalrında olan AZ-İ 980664 № li ölüm haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, X15 16 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE 09344725 № li şəxsiyyət vəsiqəsinin məzmunundan aydın olur ki, X15 09.03.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialalrında olan 14.09.2021-ci il tarixli Maraqlı şəxs məktubunun məzmunundan aydın olur ki, Qaradağ rayonu X27 İK-nin 14.12.1990-cı il tarixli 51\463 saylı qəaraına əsasən vətəndaş X16 Sanqçal qəsəbəsində 600 kv m torpaq sahəsi ayrılmışdır. Sizin bildirdiyinizə görə Ə.S.Baxışov sizin atanızdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, AZE 05671548 nömrəli AZE 09344725 nömrəli şəxsiyyət vəsiqələrində və AZ-İ 980664 № li ölüm haqqında şəhadətnamədə mərhum atanızın soyadı Baxşiyev qeyd edilmişdir. ona görə məhkəməyə mürcaiət edilməsi tövsiyə olunmuşdur. Ərizəçinin və maraqlı şəxsin izahatı və iş materialları, Qaradağ Rayonu İcra Hakimiyyətinin 14.09.2021-ci il tarixli cavab məktubu əsasında müvafiq torpaq sahəsinin ayrılmasına dair Qaradağ rayonu X27 İK-nin 14.12.1990-cı il tarixli 51\463 nömrəli qərarında hüquq sahibinin soyadı ilə onun şəxsiyyəti təsdiq edən sənəddə, habelə ölüm haqqında şəhadətnamədə göstərilən soyadı arasında kəskin fərq olduğu aşkar edilmişdir. Həmçinin, iş materiallarında olan müvafiq torpaq sahəsinin ayrılmaısna dair Qaradağ XDS İK-nin 14.12.1990-cı il tarixli 51 nömrəli qərarında məhz Umbakı qəsəbəsi Həzi-Aslanov küçəsi, 6 nömrəli ev sakini X12 Səngəçal qəsəbəsində 600 kv.m. torpaq sahəsinin ayrılması qeyd edilmişdir. İş materiallarında olan AZE 09344725 № li şəxsiyyət vəsiqəsinin məzmundan görünür ki, 09.03.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş X15 ünvan 3 ünvanında daimi pasport qeydiyyatındadır. Bu halda, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları, hüquq sahibinə məxsus olan bütün sənədlərdə (şəxsiyyəti təsdiq edən sənəd, ölüm haqqında şəhadətnamə və digər) soyadının “Baxşiyev” kimi qeyd edilməsini, habelə müvafiq Qərarda qeyd edilən torpaq sahəsinin məhz Umbakı qəsəbəsi, H.Aslanov ev 6 ünvanıda qeydiyyatda olan X12 verilməsinin qeyd edilməsini, AZ-İ 980664 №li Ölüm haqqında şəhadətnamədə göstərilmiş X6 məhz həmin qərarda qeyd edilmiş ünvanda daimi pasport qeydiyyatında olması halını əsas götürərək, hesab edir ki, ərizə təmin edilməli, X12 Səngəçal qəsəbəsində 600 kv.m. torpaq shaəsinin ayrılmaısna dair Qaradağ Rayonu X17 İK-in 14 dekabr 1990-cu il tarixli 51\463 nömrəli Qərarının AZ- İ 980664 N-li ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X9 məxsus olması müəyyən edilməldir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X12 Səngəçal qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Qaradağ Rayon X17 İcraiyyə Komitəsinin 14 dekabr 1990-cu il tarixli 51\463 nömrəli Qərarının AZ- İ 980664 №-li Ölüm haqqında şəhadətnamədə göstərilən X9 məxsus olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 Səngəçal qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına dair Qaradağ Rayon X17 İcraiyyə Komitəsinin 14 dekabr 1990-cu il tarixli 51\463 nömrəli Qərarının AZ- İ 980664 №-li Ölüm haqqında şəhadətnamədə göstərilən X9 məxsus olması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar