Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2059/2024 18.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və X3rşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2nə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 Başçısının “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 30 dekabr 1998-ci il tarixli, 1483 nömrəli sərəncamında adı qeyd edilən Babaşov Mirağa Əlağa oğlunun və 006575 nömrəli müharibə veteranı vəsiqəsində adı qeyd edilən Babaşov Mirağa Əliyağa oğlunun 01 iyul 1961-ci il tarixdə doğulmuş və 02 aprel 2020-ci il tarixdə vəfat etmiş Babaşov Mirağa Əliağa oğlu ilə eyni şəxs olmasına, həmin sərəncamın və müharibə veteranı vəsiqəsinin Babaşov Mirağa Əliağa oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəyə dəqiqləşdirmə ərizəsi verərək, Maraqlı şəxs2 Başçısının “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 30 dekabr 1998-ci il tarixli, 1483 nömrəli sərəncamının və 006575 nömrəli müharibə veteranı vəsiqəsinin Babaşov Mirağa Əliağa oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki Mərhum həyat yoldaşım Babaşov Mirağa Əliağa oğlu xx.xx.1961-ci il təvəllüdlüdür. O, 02 aprel 2020-ci il tarixdə vəfat etmişdir.Maraqlı şəxs2 Başçısının “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 30 dekabr 1998-ci il tarixli, 1483 nömrəli sərəncamı ilə, müharibə veteranı mərhum həyat yoldaşıma fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 1-ci massivdən 600 kv.m torpaq sahəsinin ayrılıb verilməsinə sərəncam verilmişdir.Həyat yoldaşım vəfat etdikdən sonra, ondan qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət etdik və həmin notariusda vərəsəlik işi açıldı. Daha sonra, müvafiq sənədləşmə işlərinin aparılması üçün, torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxs2nə müraciət etdik. Müraciət etdiyimiz vaxt məlum oldu ki, mərhum həyat yoldaşımın adma verilmiş sərəncamda ata adı səhvən, Əliağa deyil Əlağa, müharibə veteranı vəsiqəsində isə, ata adı səhvən Əliyağa olaraq qeyd edilmişdir.Onu da qeyd edim ki, mərhum həyat yoldaşımın bütün sənədlərində ata adı Əliağa kimi qeyd edilmişdir.Mərhuma vaxtilə məxsus olmuş pasportda, doğum haqqında şəhadətnaməsində ölüm haqqında şəhadətnaməsində, və.s sənədlərdə onun ata adı Əliağa kimi qeyd edilmişdir. Bu səbəbdən də, Maraqlı şəxs2 tərəfindən yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi üçün məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Qeyd etmək istəyir ki, yuxarıda adı qeyd edilən sərəncamda mərhum həyat yoldaşının ata adının səhv yazılması sənədləşdirmə işlərində bizə problem yaradır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müvafiq sənədlərdə yoldaşının ata adı səhv yazılmışdır, hansı ki, digər bütün sənədlərdə, xüusilədə, doğum haqqında şəhadətnməsində mərhum yoldaşının ata adı Əliağa kimi yazılmışdır. Hazırda həmin sənədlər mərhumun vərəsələrinə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Maraqlı şəxslər Maraqlı şəxs2nə və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs2 vətəndaş Ərizəçi ərizəsinə cavab məktubundan görünür ki, Maraqlı şəxs2 başçısının xx.xx.1998-ci il tarixli, 1483 nömrəli sərəncamına əsasən Babaşov Mirağa Əlağa oğluna fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi, 1-ci massivdən 600 kv.m. torpaq sahəsi ayrılmışdır.Nəzərinizə çatdırırıq ki, xx.xx.1998-ci il tarixli, 1483 nömrəli sərəncamda adıçəkilən şəxs Əlağa, Bakı şəhəri 8 saylı dövlət notariat ofisində açılmış xx.xx.2022-ci il tarixli 2154 nömrəli vərəsəlik işində və AZ-Tİ 073140 nömrəli ölüm haqqında şəhadətnamədə adıçəkilən şəxs isə Əliağa qeyd edilmişdir. Sözügedən sərəncamda Əlağa adının Əliağa kimi oxunmasına dair hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz sizə tövsiyə olunur.Həmçinin bildirir ki, torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən Babaşov Mirağa Əlağa oğluna yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. Rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon icra hakimiyyətinin başçısı tərəfindən 1999-cu il tarixində imzalanmış sərəncamlar və onlara aid digər sənədlər Azərbaycan Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən sözügedən quruma müraciət edilməsi sizə tövsiyə olunur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki , xx.xx.1961-ci il tarixdə anadan olmuş xx.xx.2020-ci il tarixdə ölmüş Babaşov Mirağa Əliağa oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 125/2020 nömrəli vərəsəlik işi açılmışdır. Babaşov Mirağa Əliağa oğlunun vəfat etməsi ilə əlaqədar 2020-ci ildə onun vərəsələrindən Ərizəçi notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaradağ rayon İHB-nın xx.xx.1998-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən mərhum Babaşov Mirağa Əliağa oğluna Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanda 600 kv.metr torpaq sahəsinə və üzərindəki evə hüquqmüəyyedici sənəd (çıxarış,texniki sport, torpaq sahəsinin planı və ölçüsü) təqdim edildiyi halda vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi veriləcəkdir. İş materiallarına əlavə olunmuş АЗ seriyalı 403345 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-cı il təvəllüdlü Babaşov Mirağa Əliağa oğlunun atası Babaşov Əliağa Ziyəddin oğlu, anası Babaşova Reyhan Mirzəhüseyin qızıdır. İş materiallarına əlavə olunmuş Xİİİ- ЖГ seriyalı 412820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Babaşov Fərid Mirağa oğlunun atası Babaşov Mirağa Əliağa oğlu, anası X1r. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 073140 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Mirağa Əliağa oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 205 nömrəli akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş İV-ЖГ seriyalı 348871 saylı evlənmək haqqında şəhadətnamədən görünür ki, Babaşov Mirağa Əliağa oğlu ilə X2 arasında nikah xx.xx.1987-cı il tarixdə 36 saylı akt ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və notarial qaydada təsdiqlənmiş Maraqlı şəxs2 başçısının xx.xx.1998-ci il tarixli, 1483 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhər İcrakomunun xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına əsasən Babaşov Mirağa Əlağa oğluna fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdən 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş 006575 saylı vəsiqədən görünür ki, Babaşov Mirağa Əliyağa oğlu müharibə veteranıdır. İş materiallarına əlavə olunmuş məhkəmənin Daxili İşlər Nazirliyinə verilmiş sorğuya cavabdan görünür ki, Daxili İşlər Nazirliyinin müvafiq Komisiyasıının xx.xx.1997-ci i ltarixli 12 nömrəli protokoluna əsasən vətəndaş M.Babaşova müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmənin Qaradağ rayon Qeydiyyat şöbəsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Babaşov Mirağa Əliağa oğlu ilə xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi adına olan nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Maraqlı şəxs2 başçısının xx.xx.1998-ci il tarixli, 1483 nömrəli sərəncamında Babaşov Mirağa Əlağa oğlu və 006575 saylı müharibə veteranı vəsiqədə isə Babaşov Mirağa Əliyağa oğlu kimi qeyd edilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin müraciətlərinə cavab olaraq sənədin həmin müvafiq şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci maddəsinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Maraqlı şəxs2 xx.xx.1998-ci il tarixli, 1483 nömrəli sərəncamında və X4 006575 saylı müharibə veteranı vəsiqəsində Babaşov Mirağa Əliağa oğlunun ata adı (Əlağa və yaxud Əliyağa olmaqla) həmin şəxsin digər sənədlərdəki(doğum haqqında, nikah haqqında və ölüm haqqında şəhadətnamələrində qeyd edilmiş) ata adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Hazırda mülki iş üzrə mübahisəli hüqüqmüyyəndici sənədlərin verildiyi şəxs olan mərhum Babaşov Mirağa Əliağa oğlu ərizəçinin həyat yoldaşıdır. İş materiallarında olan bütün sənədlərdə hüquqmüəyyənedici sənədlərin verildiyi şəxsin ata adı “Əliağa” kimi qeyd edildiyi halda mübahisəli olan hüquqmüəyyənedici sənədlərdə isə səhvən “Əlağa və yaxud Əliyağa” kimi göstərilmişdir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 Başçısının “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 30 dekabr 1998-ci il tarixli, 1483 nömrəli sərəncamının və X4 006575 nömrəli müharibə veteranı vəsiqəsinin Babaşov Mirağa Əliağa oğluna məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 Başçısının “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 30 dekabr 1998-ci il tarixli, 1483 nömrəli sərəncamının və X4 006575 nömrəli müharibə veteranı vəsiqəsinin Babaşov Mirağa Əliağa oğluna məxsus olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 Başçısının “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 30 dekabr 1998-ci il tarixli, 1483 nömrəli sərəncamının və X4 006575 nömrəli müharibə veteranı vəsiqəsinin Babaşov Mirağa Əliağa oğluna məxsus olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2059/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2059/2024
18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver