Məhkəmə qərarları › İş №2(002)-2067/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2067/2025

17.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2067/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun bacısıdır. X1 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, hazırda ünvan 1 ünvanında yaşamaqla həmin ünvanda qeydiyyatdadır. Bacısı "paranoid şizofreniya, şizofreniya paranoid forma" diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Göründüyü kimi bacısı psixi xəstədir, özünü idarə edə bilmir, kənar şəxsın qulluğuna ehtiyacı vardır Bacısına xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir. Odur ki, bacısı X2 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda bacısının fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona qəyyum olunması üçun lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bacısı şizofren xəstəsidir. İİ-qrup əlildir. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X11 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş X4 paranoid şizofreniya, şizofreniya paranoid diaqnozu qoyulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışından görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş X6 "paranoid şizofreniya, şizofreniya paranoid forma" diaqnozu ilə ikinci dərəcəli əlildir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 2-ci dərəcə əlilliyinə görə 220 manat sosial müavinət alır. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Qasımov küçəsində, ev8 ,2 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 2053 saylı ekspert rəyindən görünür ki, yuxanda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 ŞİZOFRENİYA PARANOİD FORMA, PSİXİ QÜSUR ƏLAMƏTLƏRİ İLƏ (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur Bunu çəkməsi, Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik yeniyetmə yaşlarından psixi xəstəlikdən əziyyət kabinetində dispanser qeydiyyatda olması, SN 1 saylı Respublika Psixiatrya Xəstəxanasında "Şizofreniya paranoid forma dəfələrlə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, dəfələrlə eyni cümləni təkrar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır.1-ci sual: xx.xx.1990-cı il təvəllüdlü X2 hər hansı psixi qüsuru vardırmı? Cavab: X3 Şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur.2-ci sual: xx.xx.1990-cı il təvəllüdlü X6 psıxı vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onlan idarə etmək iqtidarına malikdirmi?Cavab: X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyətlidirmi? Cavab: X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyləri ilə 12xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin bacısı olan xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar