Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-208/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 oktyabr 1947-ci ildə doğulmuş Gülməmmədova Bacıxanım Məmmədhəsən qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı onun anası olmaqla 21 oktyabr 1947-ci ildə anadan olmuşdur. Anası müddətsiz olaraq birinci qrup əlildir. Anamın diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu davranış pozuntusu və koqnitiv funksiyaların enməsi” olmaqla özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Hazırda anası Gülməmmədova Bacıxanım Məmmədhəsən qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nəsirəddin Tusi adına klinikanın çıxarışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızına “Serebral vaskulopatiya”-baş beynin kobud involyutiv-atrofik dəyişiklikləri diaqnozu qoyulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi anası Gülməmmədova Bacıxanım Məmmədhəsən qızıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı “FO7.0 ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU. üzvi mənşəli şəxsiyyət pozuntusu,davranış pozuntusu və koqnitiv funksiyaların enməsi və özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə birinci dərəcəli əlildir. İş materiallarına əlavə olunmuş 061465 nömrəli vəsiqədən görünür ki, Ərizəçi müharibə veteranıdır və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 1-ci məhəllə ,ev 11 B-də qeydiyyatdadır və orada yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3558/2024 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 73 saylı ekspert rəyindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızında Alseymer xəstəliyi nəticəsində yaranmış Demensiya(ağıl zəifliyi)-F00.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər(Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektronTibbi-Sosial Ekspert Komissiyasında “FO7.0 ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU. üzvi mənşəli şəxsiyyət pozuntusu,davranış pozuntusu və koqnitiv funksiyaların enməsi və özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-da “Alseymer xəstəliyi zamanı gecikmiş başlangıclı demensiya. Koqnitiv funksiyalarının enməsi, kəskin enməsi ,özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri(zahirən bir qədər gərgin və çaşqın olması, ünsiyyət yaratmağın mümkün olmaması, kobud yaddaş pozuntularının qeyd edilməsi ,emosional iradi sferasının enməsi,maraq dairəsinin məhdud olması və ) sübut edir.Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızının hər hansı psixi qüsuru vardırmı? Cavab: Yoxlanılan şəxs Gülməmmədova Bacıxanım Məmmədhəsən qızında Alseymer xəstəliyi nəticəsində yaranmış Demensiya(ağıl zəifliyi) müəyyən edilir. 2-ci sual: xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızının öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: Yoxlanılan şəxs Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. 3-cü sual: xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı fəaliyyət qabiliyyətlidirmi? Cavab: Yoxlanılan şəxs Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı Gülməmmədova Bacıxanım Məmmədhəsən qızının sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyi ilə xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızının İ-ci dərəcəli əllilik müəyyən edilərək fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin anası olan xx.xx.1947-ci il təvəllüdlü Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Şəki rayonunda anadan olmuş Gülməmmədova Bacıxanım Məmmədhəsən qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-208/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-208/2025
26.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver