Məhkəmə qərarları › İş №2(002)-2094/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2094/2023

13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2094/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Oğlu xx.xx.1991 -ci il təvəllüdlü X9 İİ Qarabağ müharibəsi əlilidir. Kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. Oğlu onun himayəsindədir, ona özü baxır. Oğlu X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil. Öz davranışlarını qavraya bilmir. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, oğlukoma vəziyyətindədir, ümumiyyətlə heç bir nitqi hərəkəti qavraması yoxdur. Maraq şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında qeyd edir ki, ərizənin təmin edilməsini xahiş edir. Samirə Hüseynin bütün ehtiyaclarını ödəyir, valideynlərinin oğullarının yanına gəlib baş çəkməsinə etiraz etmir, Samirə qətnamədə qəyyum kimi onun qəyyum kimi təyin olunmasını xahiş edir, əlavə olaraq qeyd edir ki, mülki işin yenidən ekspertizaya göndərilməsinə ehtiyac yoxdur, əlavə vaxtın uzanmasına səbəb olur. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraq şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə təqdim etmiş, əlavə olaraq etiraz ərizəsi göndərərək bildirmişdir ki, X9 ilə 2016-cı il tarixdə Maraqlı şəxs2 ilə rəsmi qaydada evlənmişdir. Onların nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X12 doğulmuşdur. X9 N nömrəli hərbi hissənin giziri vəzifəsində işləmişdir. O, xx.xx.2020-ci il tarixdə, yəni İİ Qarabağ müharibəsi zamanı hərbi xidmət keçdiyi dövürdə ağır qəlpə yarası almış və hal-hazırda koma vəziyyətindədir. Hal-hazırda Maraqlı şəxs2 və Hüseyn Mustafayev birgə nikah dövründə aldıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə yerləşən, 8ci bina, 7-ci blok 1-ci mərtəbə, 210 nömrəli, 3 otaqlı mənzildə birlikdə yaşayırlar. Ərizəçi xx.xx.1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsini təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiayasının xx.xx.2021-ci il çıxarışından görünür ki , xx.xx.1991 -ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının ərazı bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ qrup əlilik dərəcəsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 1250 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991 -ci il təvəllüdlü X3 şikayətləri; danışa bilməməsindən, ünsiyyətə daxil ola bilməməsindən, hər dörd ətrafında hərəkət məhdudluğundan, halsızlıqdan, yemək yeyə bilməməsindən, baş ağrılarmdandır. Yaxınlarının deməsinə və təqdim etdiyi sənədlərə görə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır (təsdiqedicı sənəd təqdim etmir). Xəstə xx.xx.2020-xx.xx.2020-ci il tarixdə SQ BKH-ın qastroenterologiya bölməsində müalicə aldıqdan sonra sol bud nahiyəsində olan qəlpələrin çıxarılması məqsədi ilə xx.xx.2020-ci il tarixində Azərbaycan Tibb Universitetinin X8 köçürülmüşdür. xx.xx.2020-ci il tarixində sol bud nahiyəsinin qəlpənin xaric edilməsi, sağ qasıq nahiyəsinin hematomasına görə cərrahi əməliyyat keçirmişdir. Əməliyyat zamanı ürək dayanması olmuşdur. Tibbi yardımlar göstərildikdən sonra xəstəni həyata qaytarmaq mümkün olmuşdur. Xəstə əməliyyatdan sonra koma vəziyyətində olmuşdur. xx.xx.2020-ci il tarixində SQ BKH-ın ürək damar cərrahiyyə bölməsinin reanimasiya bölməsinə köçürülmüşdür Xəstənin vəziyyəti ağır olaraq qalmış, “Baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində işemik tipli pozulması. Serebral koma. Sentral simpatik hiperaktivlik. Hipotalamik sindrom” diaqnozu qoyularaq Türkiyə Respublikası, İstanbul şəhəri X14 xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. xx.xx.2021-ci il tarixədək stasionar müalicə aldıqdan sonra təkrar MN BKH-na təxiiyə edilmişdir. .xx.xx.2020-xx.xx.2020-ci il tarixdə SQ BKH, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə ATU X11, xx.xx.2020-xx.xx.2021-ci il tarixdə SQ BKH-da, xx.xx.2021-xx.xx.2021- Türkiyə Respublikası. İstanbul səhəri X13, xx.xx.2021-ci il tarixdən hal- hazıradək MN BKH-da stasionar müayinə və müalicədədir. Nevfoloji statusu: huşu açıq, kontakta məhdud girir. Göz təması qeyd edilir. Əmrlərə gözləri ilə az cavab verir. Göz yarıqları, ovaf formalı, işığa qarşı düz və müştərək reaksiyası solda zəifdir, sağda çox zəif saxlanılır. Göz bəbəkləri sola baxmağa meyillidir. Göz almalarının kənarlara hərəkəti, bir qədər məhduddur. Kənarlara hərəkəti zamanı nistaqm qeyd edilmir. Burun dodaq büküşü bir qədər assimetrikdir. Marinesku-Rodoviçi və Hoffman simptomları müsbətdir, kordinator sınaqları və Romberq vəziyyəti mövcud vəziyyətlə əlaqədar olaraq müayinə etmək mümkün olmadı. Əzələ tonusu hər dörd ətrafda bir qədər hipertonik vətər-sümüküstlüyü refleksləri canlanmışdır, patoloji Babinski hər iki ətraflarda spontan müsbətdir. Meningeal əlamətlər mənfidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2094/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3002 saylı ekspert rəyindən görünür ki, X5 DAMAR MƏNŞƏLİ (BAŞ BEYİN İŞEMİK TİPLİ POZULMASİ NƏTİCƏSİNDƏ) DƏRİN DEMENSİYA (F01)qeyd olunur. Tibbi sənədlərə əsasən X4 xx.xx.2020-ci il tarixdə sol bud nahiyəsindəki qəlpənin xaric edilməsi əməliyyatı zamanı ürək dayanmasının qeyd olunması, bununla əlaqədar keçirdiyi ağır komadan sonra baş beyin qan dövranının sol orta beyin arteriyası hövzəsində işemik tipli pozulması, uzun müddət serebral koma vəziyyətində qalması, İstanbul şəhəri X13 MN Baş Klinik Hospitalda ATU-nin X6 aldığı müalicələrə baxmayaraq nevroloji vəziyyətinin yaxşılaşmaması və psixi funksiyalarının bərpa olunmaması yuxarıda göstərilən diaqnozu təsdiq edir. Təqdim olunmuş tibbi sənədlərin təhlili belə güman etməyə əsas verir ki, X5 baş beynin qan dövranının işemik tipli pozulmasından sonra onda dərin demensiya formalaşmışdır. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, X5 beyin qan dövranının xroniki pozulması nəticəsində yaranmış “demensiya” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum etmişdir Mülki iş materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1991 -ci il təvəllüdlü X9 hansı psixi qüsuru vardırmı? Cavab: X5 damar-mənşəli (baş-beyin işemik tipli pozulması nəticəsində) dərin demensiya qeyd olunur. 2-ci sual: xx.xx.1991-ci il təvəllüdlü X9 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir? 3-cü sual: xx.xx.1991-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladı olan xx.xx.1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar