Məhkəmə qərarları › İş №2(002)-210/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-210/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-210/2025 30.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəriMaraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 may 1985-ci il tarixli 237654 saylı orderin ünvan 1 ünvana aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını və ərizəyə əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq hesab edir ki, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, ərizəçi ərizənin baxılmamış saxlanılması barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etmiş, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ərizə baxılmamış saxlanıldığına görə Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardadın tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar