Məhkəmə qərarları › İş №2(002)-2101/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2101/2024

21.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2101/2024 21.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun oğludur, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Hazırda onunla birlikdə Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayır. Oğlu ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə uşanadangəlmə lal-karlıq diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Göründüyü kimi oğlu psixi xəstədir, özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Oğluna xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir.Odur ki, oğlu X4 fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğluna fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona ona qəyyum olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etirazı etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X5 müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir və “ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış və nitq pozuntuları ilə anadangəlmə lala-karlıq.İQ-29” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 973256 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 3xx.xx.2004-cü il təvəllüdlü X4 anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi Qaradağ rayonunda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2101/2024 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 2163 saylı ekspert rəyindən görünür ki, X5 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F72.1) qeyd olunur. Bunu anamnestik məlumatlar- körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, anadangəlmə lal-karlıq qeyd edilməsi, 2 nömrəli X1 müalicədə olması, xəstəliyi ilə əlaqədədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - adekvat ünsiyyətə daxil olmaması,kobud davranış pozuntularının qeyd olunması, ona ünvanlanan sualların əkəriyyətini başa düşməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyriadekvatlığı, iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2004-cü il təvəllüdlü X4 hər hansı psixi qüsuru vardırmı? Cavab: X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. 2-ci sual: xx.xx.2004-cü il təvəllüdlü X7 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.3-cü sual: xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? Cavab: X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı Mehdiyev İslamın sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyi ilə xx.xx.2004-cü il təvəllüdlü X4 İ-ci dərəcəli əllilik müəyyən edilərək fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar