Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2151/2023 07.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X2 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş oğlu X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, X14 xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Emil müddətsiz olaraq birinci qrup əlildir. Emil xəstə olmaqla diaqnozu “Ağır kəmağıllılıq (kəskin imbesillik) kobud nitq və davranış pozuntusu” olmaqla onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Göründüyü kimi X10 xüsusi qulluq olmaqla ona kiminsə baxması zəruridir və ona qəyyum təyin edilməlidir.Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir.Hazırda oğlunun fəaliyyət qabiliyyət olmamasını müəyyən etdirmək ona qəyyum olunması zəruridir. Qeyd olunanları nzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, oğlu Emil Nəsirov öz hərəkətlərinin mənasını dərk edə bilmir, uzun müddətdir xəstədir. Ekspertizanın rəyi də bunu sübut edir. Hazırda oğlunun faəliyyət qabiliyyətsiz hesab edilməsi barədə sənədləşmə ona oğlu üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Ərizəçi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Maraqlı şəxs Qəyyumluq və Himayədarlıq məsələləri üzrə Komissiyasının səlahiyyətli nümayəndəsinin məhkəmə baxış iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İ 562884 nömrəli, Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2004-cü ildə doğulmuşdur. X4, anası X6r. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 №-li X3 tərəfindən verilmiş, ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, X10 aid qısa anamnez: irsiyyəti anası tərəfindən ruhi-əsəb xəstəlikləri ilə ağırlaşıb. Belə ki, anası epilepsiya xəstəsidir. Anadan travma ilə doğulub. Doğulandan xəstədir. İlkin psixofiziki inkişafı ləngiyib, gec yeriyib, nitqi yoxdur. Anadangəlmə ağır eşitmə var. Bu səbəbdən sosial müavinət alıb. Ailədə 3 övladdan böyükdür. Uşaq yaşlarından müalicələr alır. Təhsil ala bilməyib. Özünə sadə vərdişlər formalaşdırmayıb. Qulluğu, gigiyenik prosedurları nənəsi tərəfindən həyata keçirilib. Aqresiv davranışları olur, anasını vurur, həmyaşıdları ilə münasibət qura, sosial və interpersonal əlaqələr qura bilmir. Aparılan stasionar müalicələr nəticəsində xəstənin vəziyyətində yaxşılaşma qeyd olunur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(002)-2151/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2023-cü il tarixli 3522 saylı ekspert rəyində müəyyən edilmişdir ki, X8 dərin əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunun anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. X14 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X5 fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2004-cu il təvəllüdlü X9 anasıdır. Ərizəçinin izahatı, ərizəyə əlavə edilmiş xəstəlik tarixçəsindən çıxarış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi xx.xx.2023-cü il tarixli 3522 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X9 psixi qüsuru ciddidir və onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə qeyd edir ki, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə hazırkı işdə ərizəçi sübutetmə predmetini icra etmiş və müəyyənləşdirilməli olan faktiki halların dairəsi, yəni şəxsin psixi qüsurunun mövcudluğu, şəxsin öz hərəkətlərini anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi, psixi qüsurla şəxsin öz hərəkətlərini anlaya bilməməsi arasında səbəbli əlaqənin olması faktı tam müəyyən edilmişdir. Məhkəmə iş üzrə qəbul edilmiş ekspert rəyini ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq, iş üzrə sübutların mötəbərliyinə ayrılıqda və birlikdə qiymət verərək, sübutların birbirini təkzib etməməsini nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-cu ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. 29 noyabr 2004-cu ildə Bakı şəhərində anadan olmuş X14 (şəxsiyyət vəsiqəsinin nömrəsi AA2632721; FİN 8FZKQ33) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2151/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2151/2023
07.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver