Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2156/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı nümayəndəsi X5, Cavabdeh İB-nin nümayədələri X1 və Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı 28 dekabr 2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında "xxxx" ASC tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsi ünvan 1ünvanda yerləşən ev ona məxsusdur. Həmin evdə o,ailə üzvüləri ilə birlikdə yaşayır. Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən əsas xəttin sayğaca gələn hissəsinə hərəkət edən döngələr quraşdırılmışdır. Bu səbəbdən də sayğacı yuxarı və aşağı hərəkət edirdi. Bu barədə o, qaz istismar idarəsinin əməkdaşlarına bildirdi və xəttin birbaşa sayğaca birləşdirilərkən bütün döngələrin ləğv etmələrini xahiş etdim. Lakin onlarbuna əhəmiyyət vermədilər və həmin qaydada sayğacı quraşdırdılar. Həmçinin sayğac üçün qutu da quraşdırılmamışdır. Sayğac yaşadığım evin hasarını çöl hissəsində, yolabaxan hissədə quraşdırılmışdır. Sayğac hərəkət etdiyindən onu kənar şəxslər hərəkət etdirə bilərdi. Qaz idarəsinin əməkdaşları bizim iştirakımız olmadan gəlib həmin qaz sayğacını dəyişdirmişlər. 30 dekabr 2022-cü il və 28 dekabr 2023-cü il tarixdə sayğacda olan nöqsanlar barədə akt tərtib edilmişdir. Tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli aktda “əraziyə baxış keçirildi qeyd olunan ünvanda quraşdırılan qaz sayğacının üfüqi vəziyyətdə gətirildiyi və nəticədə qazm sərfiyyatı qeyd olunmasının qarşısını alındığı aşkar olundu” kimi qeyd edilmişdir. Tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli aktda “əraziyə baxış keçirildi qeyd edilən ünvanda təbii qazdan qeyri qanuni istifadə olunduğu aşkar edildiyi” qeyd edilmişdir. Tərtib edilmiş aktlardan görünür ki, birinci akt tərtib edildikdən bir il sonra eyni nöqsanlarla ikinci akt tərtib edilmişdir. Aktda guya həmin aktın mənə təqdim edildiyi və imza etməkdən imtina edildi kimi yazsalarda həmin aktdan bizim xəbərimiz olmamışdır.Qaz sayğacı dəyişdirilərkən plombu üzərində olmuş və gözlə görünən hər hansı bir nöqsan aşkar edilməmişdir. Sayğacın üfiqi vəziyyətdə qalması onların həmin qaz sayğacına müdaxilə etməyi zəmin yarada bilməz. Belə ki, sayğac həyətdən kənarda yerləşir, qaz sayğacının üfiqi vəziyyətdə dayanmasına onların heç bir aidiyyəti yoxdur. Sayğac kənar şəxsin eynizamanda qaz idarəsinin əməkdaşları tərəfindən də həmin vəziyətə gətirilə bilərdi. Sayğac quraşdırılarkən elə quraşdırılmalı idi ki onu hərəkət etdirmək mümkün olmasın. Qazistismar idarəsinin əməkdaşlaramm səhlənkarlığı nəticəsində mənə əsassız olaraq cərimə hesablanmışdır. O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ay nəzarət olunurdu. O, gecə-gündüz sayğaca nəzarət edə bilmərəm. Sayğac evdən kənarda yerləşdirilmişdir. Əgər sayğacda hərhansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. 30 dekabr 2022-ci ildə barəmdə qeyd olunan məsələ ilə bağlı akt tərtib olunmuş və 4354.56 manat cərimə hesablanmışdır. İddiaçı nümayəndəsi X7 xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, ******* saylı 28 dekabr 2023-cü il tarixli akta əsasən hesablanmış 3110,40 manat məbləğində borcun silinməsinə dair barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB-nin nümayədəsi X4 məhkəmə iclasında aktın dəymiş ziyana görə yazıldığını, sayğacın vəziyətinin üfüqi formada dəyişdirildiyini və bu isə giriş-çıxışların dəyişdirilməsinə səbəb olduğunu qeyd etmişdir. Yəni sayğac kənar təsir altında üfüqi vəziyyət almışdır.İddiaçı onun külək tərəfindən edildiyini vurğulasa da, halbuki onu külək edə bilməz. Cavabdeh İB-nin nümayədəsi Nümayəndə iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixdə Azemis Elektron Məhkəmə Sistemində elektron kabinet vasitəsi ilə ərizə göndərərək, İddiaçı cavabdeh X2rşı (**********00000 istehlakçı hesabı üzrə) hesablanmış 3110,4 borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan iddiaçının mənzilinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aşağıdakı aktlar tərtib edilmiş və ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə 3110,4 manat Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Eyni zamanda Cavabdeh tərəfindən 24 yanvar 2024-cü il tarixdə 14-2-2/2- 378/2024 saylı məktublarla iddiaçının qanunsuz hərəkətləri barədə müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən yaşadıqları ünvana sayğac quraşdırılmış, sayğac quraşdırılan zaman əsas xəttin sayğaca gələn hissəsinə hərəkət edən döngələr quraşdırılmış, bu səbəbdən sayğac hərəkət edirdi. Qaz idarəsinin əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilmiş və 30 dekabr 2022 və 28 dekabr 2023-cü il tarixlərdə aktlar tərtib edilərək sayğacın üfüqi vəziyyətə gətirilərək qazın sərfiyyatının qeydə alınmadığı və təbi qazdan qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir. Qaz sayğacı dəyişdirilən zaman plombunun üzərində olmuş və gözlə görünən hər hansı bir nöqsanın olmadığı aşkar edilmişdir. Əvvəla məhkəmənin nəzərinə çatdırıram ki, iddiaçının fərdi yaşayış evi üzrə xx.xx.2018-ci il tarixdə Smart G-4 İTRON GALLUS PAY markalı, **********5 nömrəli quraşdırılmışdır və sözügedən sayğac xx.xx.2018-ci il tarixdən bu günə kimi iddiaçının istifadəsindədir və bu fakt işə əlavə edilmiş abonentin saldoları ilə də təsdiq olunur. Bununla bərabər iddiaçının mənzilinə quraşdırılmış sayğacda hər hansı nöqsan aşkar edilməmişdir. Ümumiyyətlə sayğaca müdaxilə dedikdə sayğacın ekranının və ya gövdəsinin deşilməsi, yaxud sındırılması, plombun deşilməsi,sınmış vəziyyətdə olması, yaxud yerində olmaması və sair başa düşülür. Hazırki mülki işdə isə dəymiş ziyana görə tələb olunan məbləğ sayğaca müdaxilə nəticəsində yox, təbii qazdan qanunsuz istifadədən, yəni qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmadan (qanunsuz qoşulma) yaranmışdır. Lakin mülki işə əlavə edilmiş fotoşəkillərdən və iddiaçının iddia ərizəsində bidirdiyi kimi sayğac üfüqi vəziyyətə gətirilərək sayğacın qaz sərfin hesablanmasına maneələr törədilmiş, nəticədə qaz sayğacından keçən qaz sərfiyyatı üzrə hesabat düzgün aparılmamışdır. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində hesablanmış qaz borcunun silinməsi barədə iddia ərizəsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir və dəymiş ziyan hesablanmalıdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən sayğacdan kənar qeyri qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, **********00000 saylı abonent İddiaçı qazın həcmi 25920 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə **********00000 saylı abonent kodu üzrə İddiaçı 3110,40 manat məbləğində pul hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 3110,40 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamış və həmin məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, etiraz göndərmiş və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə(və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə),bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanınatəqdimetməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsiniistehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Abonentin saldosundan isə müəyyən olunur ki həmin borc 2023-cü ili əhatə edir. Cavabdeh İB isə iddiaçıya qarşı hər hansı bir inzibati məsuliyyət tədbiri görməmiş, iddiaçı isə məhkəmə iclasında sayğaca müdaxilə etməsini və ya qanunsuz qoşulmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu: **********00000 olan İddiaçı hesablanmış 3110,40 manat (üç min bir on manat qırx qəpik) məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu: **********00000 olan İddiaçı hesablanmış 3110,40 manat (üç min bir on manat qırx qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2156/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2156/2024
30.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver