Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2177/2020 12.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və ailə üzvlərinin müvəqqəti istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 ailə üzvləri (Cavabdeh2 oğlu, azyaşlı uşaqlar X4 və X5) ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir.Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə qeyd olunan Qaydaya əsaslanaraq daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirir. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmədikləri, mənzilləri kirayə verdikləri və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmədikləri müəyyən edilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri müəyyən edilmişdir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinirı xx xxxxxx 2019-cu il tarixli 22/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün olan cavabdehlər Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş ünvan 1 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Qaradağ rayonu “QobuPark” Mənzil İstismar Sahəsinin rəisi tərəfindən aparılan araşdırma zamanı cavabdehlərin 7 (yeddi) aydan artıq müddətdə həmin mənzildə yaşamadığı müəyyən edilmiş, bu barədə akt iddia ərizəsinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş həmin aktdan da görünür ki, mənzildə su sayğacının göstəricisi 0-dır. Ona görə də məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan, cavabdehlərə verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən, yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, mənzili subicarəyə verməmək kirayəçinin vəzifələridir. Həmin müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Odur ki, kirayə müqaviləsinin qeyd olunan şərtləri cavabdehlər tərəfindən pozulduğundan, kirayə müqaviləsi ləğv edilməli və cavabdehlər mənzildən çıxarılmalıdır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 22/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzil məcburi köçkün Cavabdeh1 və ailə üzvlərinə (oğlu X2, oğlu Cavabdeh2 oğluna və oğlu X3) müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin Müqavilənin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verlmiş 22/75 saylı köçürülmə vərəqəsinin surətindən görünür ki, Cavabdeh1, X4, Cavabdeh2 oğlu, X5 ünvan 1 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzilə köçürülmüşdür. İş materiallarında olan Qobupark MKİS-nin rəisi Abdullayev Ə., sahə nəzarətçiləri Mehdiyev Ş. və Vəliyev S. tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Qobupark” yaşayış kompleksi, bina 22, 76 nömrəli iki otaqlı mənzildə məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə gedilmiş, lakin qapı bağlı olmuşdur və mənzildə yaşayış yoxdur. Su sayğacının sərfiyyat göstəricisi 0-dır. Elektrik enerjisi sayğacının sərfiyyat göstəricisi isə 5-dir. İş materiallarında olan Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Cavabdeh1 sayğac göstəricisi 1 olaraq göstərilmişdir. İş materiallarında olan Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 sayğac göstəricisi 55 olaraq göstərilmişdir. İş materiallarında olan “Qobupark” Mİİ-nin rəisi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna ünvanlanmış xx.xx.2020-ci il tarixli xidməti-məlumatdan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsbəsi, “Qobupark-2” yaşayış kompleksi, bina 22, mənzil 76, 2 otaqlı mənzildə məskunlaşan Cavabdeh1 mənzilinə dəfələrlə baxış keçirmişlər, lakin mənzildə yaşayışın olmadığı məlum olmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 22/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzil məcburi köçkün olan Cavabdeh1 və ailə üzvlərinə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı cavabdeh tərəfin həmin mənzildə yaşamadığını, bununla da müqavilə şərtlərinin pozulduğunu iddia edərək və “Qobupark” Mİİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidmətiməlumata, Mİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta, kommunal xidmətlər üzrə sayğac göstəricilərinə əsaslanaraq, müqavilənin ləğvini və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasını tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin əsası olan hallar (kirayə müqaviləsinin 5.7.1-ci bəndinin cavabdehlər tərəfindən pozulduğu) sübuta yetirildiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.3cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 22/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və ailə üzvlərinin müvəqqəti istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 76 nömrəli 2 otaqlı mənzilə dair xx.xx.2019-cu il tarixli 22/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və Cavabdeh1 ailə üzvləri (Cavabdeh2 oğlu, azyaşlı uşaqlar X4 və X5) ilə birlikdə həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(002)-2177/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2177/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver