Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2181/2023 24.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 mənim oğlum olmaqla 01 aprel 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kənan müddətsiz olaraq üçüncü qrup əlildir. Kənanın diaqnozu Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ‘'Orta kəmağıllılıq (imbesillik) kobud nitq və davranış pozuntusu” olmaqla onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X7 məhkəmə iclasında hazırki iş üzrə yekun qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı 2 nömrəli X2 xx.xx.2005-ci il təvəllüdlü X6 müddətsiz üçüncü dərəcəli əlillik müəyyən edilməklə, qulluq və müalicə tələb edən ciddia davranış pozuntusu, orta kəmağıllıq imbesillik kobud davranış və nitq pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2nın xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 orta kəmağıllılıq, imbesillik, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları (F71.1 və İQ-50) aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin STASİONAR(ambulator) kitabçalarna dair çıxarışlardan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X8 orta kəmağıllılıq, imbesillik, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2181/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 2475 saylı ekspert rəyindən görünür ki, Yuxarıda göstərilənlərə əsasən belə qərara gəlirəm ki, X6 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi qüsurlu olmaqla tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, xəstəliyi ilə əlaqədar Bakı şəhər 2 saylı Klinik Psixiatriya Xəstəxanasında müayinədə olaraq tərtib edilmiş rəyə görə onda “Ağır kəmağıllılıq, kobud nitq və davranış pozuntus F71.1” diaqnozu müəyyən edilməsi, əqli geriliyi, əsəbiliyi, davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, narahatlığının olması, həmçinin fizioloji ifrazatları ilə natəmiz olması, ona müddətsiz İİİ qrup əlillik təyin edilməsi, hazırki müayinə zamanı ağır gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir.Mülki işi materiallarını və ambulatorməhkəmə -psixiatrikekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 01,04.2005-ci il təvəllüdlü X5 hər hansı psixi qüsuru vardırmı? Cavab: X6 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 2-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X9 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? 3-cü sual: xx.xx.2005-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyətlidirmi? 2-ci və 3-cü suallara cavab: X9 onda aşkar edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin övladı olan xx.xx.2005-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2181/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2181/2023
24.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver