Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-219/2024 10.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «aktın və tərtib edilmiş tələbnamənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «aktın etibarsız hesab edilməsi və tərtib edilmiş tələbnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı RQSD-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi; qanunsuz olaraq itirilmiş qazın bərpası adı ilə Cavabdeh hesabına tutulmuş pul vəsaitinin özünə qaytarılması; ödənilmiş dövlət rüsumunun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı RQSD-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023cü il tarixli ******* nömrəli aktın, həmin akt əsasında itirilmiş qazın bərpası üçün 25.920 kubmetr qaz həcminin qiyməti olan 3.110 manat 40 qəpik pul vəsaitinin ödənilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin ləğv edilməsi; həmin akt üzrə hesablanmış 3110 manat 40 qəpik cərimənin (borcun) silinməsi; qanunsuz olaraq itirilmiş qazın bərpası adı ilə Cavabdeh İB-nin hesabına tutulmuş 40 manat 25 qəpik pul vəsaitinin geri qaytarılması; səhv olaraq ödənilmiş 96 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyətindədir. Həmin evdə həyat yoldaşı ilə birlikdə yaşayır. İki nəfərdən ibarət olan ailə üzvlərinin istilik sisteminə və isti suya olan tələbatının ödənilməsi üçün evdə bir ədəd kombi, bir ədəd 4 gözlü qaz plitəsi (PQ4), bir ədəd soba, bir ədəd su qızdırıcısı (düz axımlı) quraşdırılmışdır. İstilik sobasından istifadə olunmur. Qaz təchizatı Cavabdeh İB ilə bağladığı QAR/418 saylı qazın alğı-satqısı müqaviləsi əsasında təmin olunur. «Enerji resurslarının səmərəli istifadə və enerji effektivliyi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə uyğun olaraq qaz paylayıcısı ilə balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün G-4 markalı **********0 nömrəli «smart-kart» tipli qaz sayğacı quraşdırılmışdır. Ailə üzvlərindən heç kim mühəndis texniki ixtisası üzrə təlim keçməmişdir, bu sahə üzrə təcrübələri yoxdur. «Smart-kart» tipli qaz sayğacının funksiyalarını da bilmirlər. Yalnız 4-5 gündən bir «Smart-kart»a yüklədiyi müvafiq miqdarda pul vəsaitini hesablaşma sayğacına köçürməklə istehlak edəcəyi qaz sərfiyyatı haqqını əvvəlcədən ödəyir. Qaz hasilatına dair ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsi ilə istehlakçıya ötürülən məlumatlar qaz paylayıcısında olur. 27 aprel 2023-cü il tarixdə Cavabdeh Bakı RQSD-nin 3 nəfər nümayəndəsi tərəfindən yuxarıda qeyd etdiyi qaz paylayıcısının hesablaşma sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi faktı aşkar edilərək sayğac yenisi ilə əvəz olunmuş və nəticəsinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Yoxlama zamanı sayğacın plombu pozulmamışdır. Plombu pozulmamış sayğac laboratoriya müayinəsindən keçirilərək nəticəsinə dair xx.xx.2023-cü il tarixli MSK-14-2- 2/3-5-4244-1 saylı akt tərtib edilsə də, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi səbəbi göstərilməmişdir. Tərtib edilmiş ******* saylı akt əsasında Cavabdeh İB Bakı RQSD-nin komissiyası plombu pozulmamış qaz sayğacında aşkar olunan qüsuru heç bir əsas olmadan onun üzərinə qoymuş və «SOCAR» Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kubmetr, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 25.920 m3 hesabat aparılaraq (6 x 24 x 180 = 25920) hesablanmış məbləğin ödənilməsi barədə ona xx.xx.2023-cü il tarixli tələbnamə göndərilmişdir. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 844 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 2.4-cü bəndinin 5-ci hissəsində şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də, sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi müstəqil qərar qəbul etmək səlahiyyətinə malik olması kimi nəzərdə tutulsa da, ARDNŞ dövlət orqanı deyil, ona görə də, «SOCAR» Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları» normativ hüquqi akt ola bilməz. Qeyd olunanlara əsasən hesab edir ki, həmin Qaydalara əsasən tərtib olunmuş tələbnamə də qanunsuzdur. Bir ədəd kombi, bir ədəd 4 gözlü qaz plitəsi (PQ4) və bir ədəd su qızdırıcısı (düz axımlı) üçün bir saatda 6 kubmetr qaz sərfiyyatının hesablanması ağılasığmaz və qəbul edilməzdir. Hal-hazırda bir sutkada onun evində qaz sərfiyyatı təxminən 2-3 kubmetrdir. Qış aylarında isə bu kəmiyyət sutkada 5-6 kubmetrdən artıq olmur. Cavabdeh İB Bakı RQSD-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın və itirilmiş təbii qaz dəyərinin hesablanması komissiyasının dəymiş ziyanın bərpasına dair tələbnaməsinin aralarında bağlanmış alğı-satqı müqaviləsinin 5.2-ci bəndinin birinci cümləsinə və Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən qarşılıqlı anlaşma yolu ilə ləğv olunması və münasibətin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması üçün xx.xx.2023-cü il tarixdə sifarişli, geriyə xəbərnamə ilə Cavabdeh İB-yə müraciət etmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, müraciət xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin məsul əməkdaşı Paşayeva tərəfindən qəbul edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə onun ünvanına geriyə xəbərnamə daxil olmuşdur. Lakin Cavabdeh İB-yə etdiyi müraciətə 4 aydan çox müddətdə heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 15.2-ci bəndinə əsasən «Smart kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçısı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh İB Qaydaların bu tələbini pozaraq xx.xx.2023-cü il tarixdən etibarən hesablaşma sayğacına yüklədiyi qaz ödənişinin 50 faizi miqdarında «itirilmiş qazın bərpası» adı ilə tutma əməliyyatı aparmağa başlamışdır. Qanunvericilik tərəflər arasında yaranmış mübahisənin birtərəfli qaydada özbaşına həll edilməsini qadağan edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Göründüyü kimi, hesablaşma sayğacına yüklədiyi qaz ödənişinin 50 faizinin «itirilmiş qazın bərpası» adı ilə məhkəmə qərarı olmadan Cavabdeh İB tərəfindən tutulması qanunsuzdur. Hesab edir ki, akt əsassız tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.3-cü bəndinə görə qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə görə qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilməlidir. Qaydaların 4.6-cı bəndinə görə qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombun olması nəzərdə tutulur. Qaydaların 4.8-ci bəndinə görə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik qaz paylayıcısının üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, komissiyanın onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində plombu pozulmadan qaz hesablama sayğacına müdaxilə olunması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Hesab edir ki, Cavabdeh İB-nin bu hərəkətləri qanunsuzdur və Cavabdeh İB Bakı RQSD-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, qanunsuz olaraq itirilmiş qazın bərpası adı ilə Cavabdeh İB hesabına ondan tutulmuş pul vəsaiti özünə qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 3.110,40 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar İB-nin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin aprel ayında yoxlama aparılmış və aşkar olunmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 3.110,40 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 3.110,40 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, «Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X1»nin Tədbirlər Planının 4.1.4-cü bəndində «Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi» təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalmaz tədbirlər həyata kəçirilməsi enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. «Əhalinin tabii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi barədə» 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması ücün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə istinad edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli, QAR/428 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında iddiaçının yaşadığı ünvanın keyfiyyətli qazla təmin edilməsinə, istehlakçı tərəfindən aldığı qazın dəyərinin qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənilməsinə dair müqavilə bağlanmışdır. İstehlakçıya müvafiq abunə kodu verilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda sərf etdiyi təbii qaz sərfiyyatının hesabatını aparan sayğac götürülmüş, yeni sayğac quraşdırılmışdır. 25 aprel 2023-cü il tarixli MSK seriyalı, 14-2-2/3-5-4244-1 saylı Qaz sayğacının yoxlanılması barədə aktdan və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçının mənzilinə aid olan **********0 nömrəli qaz sayğacına dövlət yoxlamasından «sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir» rəyi verilmişdir. Eləcə də, dəymiş ziyanın hesablanması barədə tələb qeyd olunmuşdur. 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə adlı sənəddən görünür ki, yuxarıda qeyd olunan akta əsasən cavabdehə cəmi 25920 m3 (6 x 24 x 180 = 25920 m3) qazın bərpası üçün ödəniş hesablanmışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində deyil, evdən kənarda quraşdırılmışdır və iddiaçı sayğacın nasazlığına, zədələnməsinə, aşınmasına və bu kimi hallara görə məsuliyyət daşımır. İddiaçının həmin sayğaca müdaxilə etməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin akt üzrə hesablanmış 3110 manat 40 qəpik cərimə (borc) silinməli, itirilmiş qazın bərpası adı ilə Cavabdeh İB-nin hesabına tutulmuş 40 manat 25 qəpik pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməli, səhvən ödənilmiş 96 manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda adı çəkilən tələbnamə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən tərtib olunmuşdur, həmin aktın ləğvi barədə qətnamə qüvvəyə mindiyi andan həmin tələbnamə iddiaçıya münasibətdə aktuallığını itirmiş olacaq (tələbnamə aktın nəticələrindən doğan sənəd olmaqla onun etibarsız hesab edilməsinə hüquqi zərurət yoxdur). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt ləğv edilsin. Həmin akt üzrə hesablanmış 3110 manat 40 qəpik cərimə (borc) silinsin. İtirilmiş qazın bərpası adı ilə tutulmuş 40 manat 25 qəpik pul vəsaiti Cavabdeh İBdən tutularaq İddiaçı ödənilsin. Səhvən ödənilmiş 96 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-219/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-219/2024
10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver