Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2193/2023 11.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq Alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən ayrılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə verilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçiirlməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.
2. 15.07.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X1 arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X13”ə ötürür, “X13” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
3. 16.07.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X2 arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X13”-ə ötürür, “X13” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
4. 20.07.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X13”-ə ötürür, “X13” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
5. 16.11.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh Vahid oğlu arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X13”-ə ötürür, “X13” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
6. 08.12.2020-ci il tarixli, MAS-2290 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “X13”-ə ötürür, “X13” isə bu öhdəlikləri “Öhdəlikləri Ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri Lizin Müqaviləsinə göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-in qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
7. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10nə 1 saylı, xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, 1 nömrəli əlavənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10 üzrə əldə olunan əmlak ("Khazar SD" minik markalı, rəngi ağ avtomobil) təşkil edir.
8. xx.xx.2020-ci il tarixli, MAS-2290 saylı X10nə 3 saylı, xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, X10nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay əsas məbləğ və mükafat məbləğindən ibarət sabit məbləğ ödənişlərini, ümumilikdə 18421 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən, “Khazar SD" minik markalı, rəngi ağ avtomobil Cavabdeh təhvil verilmişdir.
10. AD No 763948 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir.
11. 14.06.2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 1564.89 manat gecikdirilmiş əsas, 374.71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 282.16 manat dəbbə pulu olmaqla, cəmi 2221.76 manat məbləğində borcu vardır.
12. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Khazar SD” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1329.32 manat ziyan vurulmuşdur. İddia tələbi
13. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 iyun 2023-cü il tarixə 1564.89 manat gecikdirilmiş əsas, 374.71 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 282.16 manat dəbbə pulu, cəmi 2221.76 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 avqust 2023-cü il tarixə 2245.94 manat gecikdirilmiş əsas, 467.68 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1131 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 1329.32 manat dəymiş zərər, cəmi 5173.94 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, "Khazar SD" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X10"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №o3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu "xxxx" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 15 iyul 2020-ci il tarixdə X8, X1 və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri İ.Ağaşirinov öz üzərinə götürmüşdür. 16 iyul 2020-ci il tarixdə X1, X2 və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri M.Gülməmmədov öz üzərinə götürmüşdür. 20 iyul 2020-ci il tarixdə X2, X6 və "xxxx" MMC arasında MAS-2635 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Z.Hacıyev öz üzərinə götürmüşdür. 16 noyabr 2020-ci il tarixdə X6, X3 və "xxxx" MMC arasında MAS- 2290 saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri M.Mütəllimov öz üzərinə götürmüşdür. 08 dekabr 2022-ci il tarixdə X3, Cavabdeh və "xxxx" MMC arasında MAS-2290 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 11 mart 2020-ci il tarixli "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. X10 üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2290 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən 12 iyun 2023-cü il tarixə ümumilikdə 2221.76 manat borcu yaranmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
16. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11-ci maddələrinə istinad etmişdir.
17. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin avtomobilə ziyan vurduğunu, məhkəmə araşdırması gedişində avtomobil cavabdehlər tərəfindən geri qaytarıldığı üçün iddia tələbinə dəyişiklik edildiyini, dəbbə pulunun 1131 manat olduğunu, müqavilənin ləğvi barədə cavabdehə pretenziya məktubunun göndərildiyini bildirərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasın iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini, öz izahatında avtomobil öz adına olsada əmisioğlunun idarə etdiyini, avtomobilə 18000 manat məbləğində ödəniş edildiyini, avtomobilin motorunda problem olduğunu, əgər borcu ödəyəcəksə avtomobili geri qaytarmaq istəmədiyini bildirmişdir.
20. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
21. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
23. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
25. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
26. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
27. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
28. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
29. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. 748-1.9-cu maddəsinə əsasən, izinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
31. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
32. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
36. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
37. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
38. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
42. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
45. İddia qismən əsaslıdır.
46. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır.
47. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 48 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 387,77 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır.
49. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir.
50. Məhkəmə iddia tələbinin 11 mart 2020-ci il tarixli MAS-2290 nömrəli lizinq müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərinə əsasən: 9.1 Lizinq verən lizinq alanı 1(bir) ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda bu Müqaviləəyə birtərəfli qaydada xitam verə bilər ....9.1.4 Lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 (on beş) təqvim gündən artıq müddətə 3 (üç) dəfədən artıq ödənişi gecikdirdikdə. 9.2. Bu müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz.
51. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır.
52. Göstərilənlərə əsasən, lizinq alan tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb hesab edir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi 11 mart 2020-ci il tarixli MAS-2290 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir.
52. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış əsas və mükafat borcunun məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə verərək 11 mart 2020-ci il tarixli MAS-2290 nömrəli X10nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə yaranmış 2245,94 manat gecikdirilmiş əsas, 467,68 manat gecikdirilmiş mükafat üzrə pul vəsaitinin tutulmasını xahiş etmişdir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır.
54. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
55. Göründüyü kimi, iddiaçı lizinq müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və mükafat borcu üzrə məbləğləri tələb edə bilərdi. Məhkəmə göstərilənləri və cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutların məhkəməyə təqdim edilməməsini, məhkəmə iclasında əsas və mükafat hissədə borc məbləğini mübahisələndirmədiyini bildirməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi irəli sürülərkən göstərilən məbləğlərdə, yəni əsas borc üzrə 1564,89 manat, mükafat borcu üzrə 374,71 manat həddində təmin edilməlidir.
56. İddia tələbinin dəbbə borcu ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyət tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
57. 11 mart 2020-ci il tarixli MAS-2290 nömrəli lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğində gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
58. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı cərimə borcunun məbləğini (1131 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, 100 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə xərcləri
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 53,69 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə
61. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1564,89 manat əsas, 374,71 manat mükafat borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 2039.6 manat borc və 53,69 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-in xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
62. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 11 mart 2020-ci il tarixli MAS-2290 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1564.89 manat gecikdirilmiş əsas borc, 374.71 manat gecikdirilmiş mükafat borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 2039,6 manat pul vəsaiti və 53.69 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova